• Balıqlar Bürcü Haqqında Ətraflı Məlumat

23 Fevral - 20 Mart Tarixində Doğulmuş Balıqlar Bürcü Bütün Bürclər İçində Ən Tez Uyğunlaşan, Qayığkeş və Mərhəmətli Bürclərdən Biridir.

01.02.2020     04:09

Balıqlar Bürcü: 23 Fevral - 20 Mart Tarixində Doğulmuşdur.

Balıqlar bürcü su qrupdur və dəyişkən, uyğunlaşan bürcdür. Yupiter və Neptunun himayəsi altındadır. Xarakteri əsrarəngizdir. İncə intuisiyası vardır. Balıqlara Neptun daim narahatlıq keçirmək, öz özlərinə qarşı mübarizə aparmaq kimi təzadlar gətirir, Yupiter isə uğurlu tale və müdriklik bəxş edir. Zahirən sakit olmalarına baxmayaraq, Balıqlar bu ziddiyyətli təsir altında tez-tez ruhən əzab çəkir, narahatlıq və sıxıntı keçirirlər. Buna görə də çox həssas bir bürc ortaya çıxıb. Balıqlar duyğuları sayəsində xarici dünyanı dərhal dərk edir. Balıqlar bürcü demək olar ki, duyğular ilə yaşar və duyğulardan ibarət olar. Belə emosional bir bürc, əlbəttə ki, dünyamızda bir çox kədərli vəziyyətlərlə qarşılaşacaqdır. Bunların hər biri onu məhv edə bilər. Ancaq Neptun sayəsində Balıqlar özünü aldatma xüsusiyyətinə malikdir. Yəni Balıqlar bürcü narahat olmamaq üçün ətraf mühitə tez uyğunlaşır. Buna görə də öz düşüncələrindən imtina edir. Bu uyğunlaşmanı etməzsə, Balıqlar bürcü böyük pessimizmə düşər. Onların öz şəxsi fikirləri olmaz. Balıqlar yaxşı niyyətli, yumşaq və çox mərhəmətlidirlər. Həm də inanılmaz dərəcədə rəngarəng daxili dünyaya malikdirlər. Balıqlar üçün real olan bu daxili dünyadır. Ancaq bu xəyalların reallıqla əlaqəsi yoxdur. Bununla birlikdə, Balıqların intuisiya gücü də inanılmaz dərəcədə inkişaf etmişdir. Bu intuisiyalar onu həqiqətə hazırlayar. Bu hisslər həyatı sərtlikdən qoruyan qalxanlar kimidir. Balıqlar zəruri hallarda özünü reallıqlardan uzaqlaşdıra da bilir. Bəzən bu reallıqlardan qaçmaq istəyi içki və narkotik maddələrin içinə düşməyə də səbəb ola bilər. Balıqlar bürcü çox ülkəkdir, onlar reallıqlardan başqa: olmayan şeylərdən belə qorxarlar. Beləliklə, onun əsəbləri pozula bilər. Yenə bu bürc özünü aldadar və istənilən vəziyyətə asanlıqla uyğunlaşa bilər. Balıqlar bürcü özlərin aldatmağı yaxşı bacardığı üçün başqa insanları da aldatmağı təbii sayır. Yuxarıda söylənilən xarakterlərə görə Balıqları gücsüz və çarəsiz bilməyin. Onlar Balıqların xarakteridir. Yazıçı bacarığı olan Balıqlar daha çox uğur qazana bilər. Təsviri sənətin bütün sahələrinə onlar daha uyğundur. Balıqlar bürcündə bir çox məşhur yazıçı və sənətkar doğulmuşdur. Balıqlar bürcü narahat olduğu bir vəziyyətdə dərhal pessimist olur. Bu hüzn bir az davam edərsə, əsəb pozğunluğu və həzm pozğunluqları baş verə bilər. Balıqlar bürcünün intuisiyası çox güclüdür. Ən gözəl şeyləri də xəyal edə bilər, ən pis hadisələri də xəyal edə bilər. Danışığı yumşaq və şirindir. Həyatdakı gözəl şeylərdən, rənglərdən, musiqidən, lüksdən ləzzət alır. Çox romantik və yaxşı bir sevgilidir. Sevdiyi insanı hər cür üstünlükləri ilə bəzəyir. Məyus olarsa, sevgisi sönər, lakin çox çəkməz yenidən böyük sevgi ilə sevər. Balıqlar bürcünün hər şeyə dair bir fikri var. Danışanqandır və danışdıqları hekayələrlə dərhal digər insanları öz ətraflarına toplayırlar. Heç kimin onları dinləmədiyini hiss edirlərsə, xəyallara dalırlar. Amma Balıqlar lotereyada "ÇekPot" udduğun xəyal edəcək dərəcədə də xəyalpərəst deyil. Balıqlar öz fikirləri ilə başqalarını həyəcanlandırmaq üçün çox səy göstərər. Ən xoşbəxt balıqlar sənətçilərdir. Danışıqları sayəsində tez-tez onları qorumaq üçün himayəçilər taparlar. Balıqlar bürcünə himayəçi lazımdır. Onlar təkbaşına digər bürclərdən daha çox əzab çəkər və qorxu hiss edər. Balıqlar bürcü, dəyişən qrupdan aldığı xüsusiyyətləri ətrafındakı insanların duyğularını anlamaq və düzəltmək üçün istifadə edər. Dəyişən bürclərin ünsiyyətçisidir. Balıqlar eyni zamanda su qrupundan olduğu üçün digər insanlarla əlaqədardır, onların dərdlərini dinlər, kürəklərini tumarlayar və işlərinə yarayacaq tövsiyələr verər. Balıqlar bürcünün adaptasiya olma qabiliyyəti elə inkişaf etmişdir ki, kömək etməyə çalışdığı insanların xüsusiyyətlərini ala bilər və ətrafındakı insanlara bənzəməyə başlar. Hətta bəzən özünün harada bitib digər insanın harada başladığını belə qarışdıra bilər. Qarşısındakı insanın dərdini üstünə o qədər götürmüşdür ki, o adamın problemi həll edildikdən sonra belə Balıqlar bunu öz üzərindən ata bilməz. Balıqlar bürcüylə hər hansı bir mövzuda məsləhətləşmişsinizsə onu mütləq yeniliklərdən xəbərdar edin yoxsa o hələ eyni nöqtədə sizin üçün narahat olacaqdır. Balıqlar bürcünün dəyərini bilin və onun yaxşı xasiyyətlərini istismar etməyin. Balıqlar bürcü altında doğulan insanlar: düşüncəli, təxəyyülə malik, eyni zamanda qətiyyətsiz, dəyişikliklərə meylli və reallıqdan ayrılmış olurlar. Bu bürclə Yupiter və Neptun planetləri bilavasitə əlaqədardır, lakin onlardan heç biri praktik işlərə öz enerjilərini ayırmırlar. Hər ikisi təxəyyülün genişləndirilməsi ilə bağlıdır və Balıqlara öz hisslərini sərbəst şəkildə ifadə etmək imkanı verirlər. Heç də təəccüblü deyildir ki, Balıqlarla müqayisədə digər bürclər darıxdırıcı və borc hissi ilə həddən artıq bağlı görünürlər. Balıqların fəallığı reaktivdir: başqa sözlə, onlar yalnız yaranan effektə cavab olaraq hərəkət edirlər və heç vaxt ilk addımı atmırlar. Yüksək kövrəklikləri onları emosional cəhətdən çox yaralı insan edir. Suyun digər iki bürcü (Xərçəng və Əqrəb) adlarını daşıdıqları heyvanlar kimi özlərinə möhkəm zahiri zireh düzəldiblər. Bəs Balıqlar nə edə bilər? Əlbəttə, yalnız üzüb getmək qalır. Diskomforta, rahatsızlığa qarşı onların müdafiəsi qaçışdır. Balıqlar barədə çox vaxt belə deyirlər ki, onlar məsuliyyətdən qaçır və çətin şəraitdə aradan çıxırlar. Lakin onlar bunu yalnız təzyiqdən yaxa qurtarmaq üçün edirlər. Balıqlar kimi, hissiyyatlı və kövrək insanlar üçün hər hansı bir növ emosional təzyiq hətta fiziki ağrı da doğura bilər. Sudakı balıqların mayenin təzyiqini azaltmaqları üçün müxtəlif mexanizmləri var. Emosiya və təəssüratlar dənizində üzən insan kimi Balıqlar da oxşar vərdişlərə malikdirlər. Balıqlar qaçıb aradan çıxa bilməyəndə məharətlə görünməz olurlar. Hər halda müəyyən dərəcədə gərginliyi azaltmaq istəyirlər. Bu, tamamilə faydalı bir oyundur və yalnız Balıqlar bürcü belə şeyə qadirdir. Bahqların iki ən böyük talantı təxəyyül və şəfqətdir Zodiakda hamıdan yaxşı məhz Balıqlar hər hansı bir yaradıcılıq sahəsində, xüsusilə bədii sözdə və təsviri sənətdə təxəyyül, fantaziya göstərə bilirlər. Cazibədar obrazların yaradılması ilə bağlı bütün sənaye sahələri (kino, televiziya, video, jurnal, reklam fəalıyyəti) Balıqların özünü ifadə və təsdiq sferalarıdır. Yüz il bundan əvvəl astrologiya üzrə kitablar Balıqlar haqqında əsasən belə yazırdı ki, onlar "sərxoşluğa və qumara meyllidirlər". Lakin XXI əsrdə onların təxəyyülü böyük uğur deməkdir və Balıqlar özlərinə var-dövlət qazana bilərlər. Balıqların digər keyfiyyəti  şəfqət, heç də onların təxəyyülündən zəif deyil. Balıqlar o qədər həssas və kövrəkdirlər ki, kimsə əzab çəkirsə, kimsə ağrıyır və ac qalıbsa, kiməsə soyuq və ya istidirsə, onlar bunu tamamilə öz üzərlərində olduğu kimi aydın, canlı şəkildə hiss edirlər. Özgə dərdi onları ağrıdır, elə ona görə də ürəklərində yaranan şəfqət duyğusu ilə diskomfortu azaltmaq üçün nəsə deməyə və etməyə çalışırlar. Balıqlar üçün hərəkət çox vacibdir. Əgər onlar həyatda öz yerdəyişmələrini hiss edə bilmirlərsə, bunun səbəbini başa düşməyə çalışırlar. Balıqlar emosiya və hərəkəti birləşdirməyi sevirlər. Odur ki, incəsənət, teatr, balet və rəqslə maraqlanırlar. Elə hallar olur ki, Balıqlar həqiqətən tələyə düşürlər. Belə situasiyalarda onlar musiqi və kitabın köməkliyi ilə öz xəyallarına qapılırlar. Əgər gerçəklik həddən artıq xoşagəlməz və iztirablıdırsa, Balıqlar onu öz fantaziyaları ilə əvəz edə bilərlər və işlər düzələnə qədər öz fantaziyalarına inanarlar. Yalnız Balıqlar belə bir daxilə sığınma və xilas olma imkanına malikdirlər. Bir qədər Balıqlar barədə düşünün: qızıl balıq hər il üzüyuxarı çay boyunca üzərək doğulduğu yerə qayıdır. Onun üçün axına qarşı üzmək asan deyil, ancaq yenə bu işdən əl çəkmir. İnsan Balıqlar da həmçinin məcbur olsalar, axına qarşı üzüyuxarı üzə bilərlər. Balıqlar həm də humanizm və fədakarlıq rəmzidir. Mənən zərifdirlər, ağılları itidir, çox şeyə şəkk gətirirlər. Balıqlarda intuisiya məntiqdən güclüdür, onlar öz istedadlarını həmişə dərk etmədikləri halda, uzağı görmək bacarığı ilə ətrafdakı adamları heyran qoyurlar. Bu işarə altında dünyaya gələnlər rahatlığı və səliqə-sahmanı xoşlayırlar. Əliaçıq, qonaqcıldırlar, lakin tez-tez qəmgin olurlar. Uşaqlıqdan həyatları normal keçdikdə, ədalətli, səmimi və mehriban olurlar. Yaxşı yaddaşları və elmlərlə məşğul olmaq qabiliyyətləri vardır. Orta əsr münəccimləri bu cür şəxsləri təmkinlərinə və uzun ömürlərinə görə digərlərindən fərqləndirirdi. Qənaətlərə görə, "Balıqlar" qısa zamanda, həmçinin gənc yaşlarında ikən məşhurlaşa bilirlər. Haqqında yazdığımız bürcün sakinləri uzaqgörənlikləri sayəsində öz həyat və peşə perspektivlərini neçə illər öncədən təyin edir və yanılmadan fəaliyyət göstərirlər. Qərb münəccimləri isə "Balıqları" iki xüsusi keyfiyyətə bölürlər. Bu, artistlik bacarığı və siyasətçilikdir. Qədim Babil münəccimləri belə hesab edirdilər ki, Balıqlar bürcünün himayəsində dünyaya gələnlər özündən əvvəlki işarələrin hərəsindən bir neçə xüsusiyyət "oğurlayıb". Bu səbəbdən də onları həddindən artıq "təzadlı və mürəkkəb xarakterə malik adam" kimi qələmə verirdilər. Bu bürcün sakinləri uzaqgörən, dəqiq, işini ehtiyatla tutan və bir qədər hiyləgər olurlar. Onlarla hansısa konfliktə girmək təhlükəlidir. Və rəqibləri bunun üçün böyük riskə getdiklərini başa düşməlidir. "Balıqlar" baş verən hər bir hadisəyə sakit və qərəzsiz yanaşmağa çalışırlar. İşdir, əgər çılğınlıq və ya hövsələsizlik nümayiş etdirsələr, mütləq məğlubiyyətlə üzləşirlər. Hətta antik dövrün münəccimləri də belə hesab edirdilər ki, bu zodiak işarəsində dünyaya gələn adamlar yalnız səbrli olmaqla öz niyyətlərinə qovuşa bilirlər. Bu şəxslər kiçikboylu görünürlər, hətta boyları kifayət qədər hündür olduqda da onları heç kim seçə bilmir. Balıqlar bürcündən olan sürücünü heç təbii fəlakət də yol hərəkət qaydalarını pozmağa məcbur edə bilməz. Hətta yolda piyada və ya başqa maneə olmayanda da, onlar yenə də dördyol kəsişməsində avtomobili dayandırırlar. Bir sözlə, bu adamlar çox ehtiyatlı olurlar. Əgər "Balıqlar" kiməsə qurğu və ya tələ qurmaq istəsələr, bu, böyük hay-küy yaradır, onlar ifşa olunurlar. Belələrinin rəhbərliyi altında çalışanlar öz müdirlərinə asanlıqla hiylə gələ bilir, hətta bəzi hallarda onu müflisləşdirə bilərlər. "Balıqlar" bir qayda olaraq tam əmin olmadıqları işlərə baş qoşmurlar. Belə məqamlarda uzaqgörənlik onların köməyinə, yaxın ətrafınınsa rəğbətinə səbəb olur. Müasir münəccimlərin ən etibar etdiyi və inandığı Alan Leo bildirir ki, əgər lazımınca qiymətləndirilmirsə, "Balıqlar" öz istedad və qabiliyyətlərini qəlblərində saxlayır, heç vaxt büruzə vermirlər. Bu bürcün sakinləri yaxşı sirr saxlamağa, anlaşılmaz situasiyalardan asanlıqla qurtulmağa qabildirlər. Onlar sevimli və zərif olduqları kimi, narahat və hövsələsiz də olurlar. Orta əsrlərdə bu adamları bəxti gətirməyənlər, yaxud da ikili həyat yaşayan adlandırırdılar. Belələri öz talelərilə tez barışır və "yəqin belə də olmalıymış" düşünürlər. "Balıqlar" üçün ən təhlükəli məqam öz səlahiyyətlərini başqalarına həvalə edərkən yaranır. Bəzən bu, onların həyatı bahasına başa gəlir, talelərinə qüssə və bədbəxtlik gətirir. Odur ki, "Balıqlar"a özlərinə böyük inam bəsləmələri məsləhət görülür. Həssas və zəif "Balıqlar" magik təsirə məruz qalan bürcdür. Buna baxmayaraq, onlar fövqəltəbii varlıqlara meylli olurlar. Amma bu işlərlə məşğul olmaq onlara məsləhət görülmür. Əks halda fəlakətlə, xəstəliklərlə üzləşə bilərlər. Onlar müdafiəsiz və dözümsüz olur, bəzən problemlərini özləri həll etmək istəyirlər. Öz düşmənlərindən intiqam almaq üçün magiyadan istifadə edir və nəticədə bundan yalnız özləri əziyyət çəkirlər. "Balıqlar" həm də tez-tez maraqlı yuxular görür, lakin bu yuxuları şərh edə bilmirlər. Əgər onlar inadkar şəkildə fövqəltəbii varlıqlarla, mərasimlərlə məşğul olmaq istəyirlərsə, onlara "Əqrəb" və ya "Buğa" bürclərinin biri ilə müttəfiq ola bilərlər. Onların birlikdə böyük uğurlar qazanması mümkündür. Yer kürəsində bu bürclər qədər haqqı tapdanan, get-gələ salınan yoxdur. Hətta bəzən buna görə onlarda hamıya qarşı inamsızlıq hissi baş qaldırır. Apardığımız müşahidələrə görə, Balıqlar bürcündən olan adamların ürəyində daimi bir "dağ" olur və bu "dağ" zaman-zaman onları üzüntülərə məruz qoyur. Hətta bir çox hallarda bu bürcün sakinləri həmin "dağ"ın ucbatından ya olduqca gec evlənir, ya da ömürlərinin sonuna qədər subay qalırlar. Qədim zərdüştilik astrologiyasında "Balıqlar"ın taleyini iki dövrə bölürdülər. Kahinlərin qənaətincə, bu adamlar ən əziz simsarlarından birini itirir və bununla da onların taleyində ikinci dövr başlayır, böyük dəyişikliklər baş verir.mElə güman etməyin ki, haqqında yazdığımız bürcün xarakteristikası yalnız bədbin notlar üzərində köklənib. Əslində, əyləncəyə həvəsinə, yumor hissinə, mehriban ünsiyyətinə və sadiqliyinə görə onlar həmişə seçilirlər.

Hazırladı: Elman Yunis

Mənbə: astroloq.com, kayzen.az və wap.sende.biz