• Balıqlar Bürcündə Doğulan İnsanla Münasibət

Tənhalıqdan Qorxan, Səhhəti Zəif, Düzgün Düşünüb Yaxşı Danışa Bilməyən Balıqlar Bürcü ilə Münasibət Qurmağın Asan Yolları.

05.02.2020     03:21

Balıqlar Bürcü: 23 Fevral - 20 Mart Tarixində Doğulmuşdur.

Balıqlar olan məclislərdə, yığıncaqlarda onları həmişə diqqət mərkəzində görmək mümkündür. Əgər onlar bunu bacarmasalar, onda bir qıraqda durub darıxacaqlar. İlkin söhbət üçün musiqi, teatr haqqında söz salın, bu onların maraq dairəsindədir. Balıqlar monoloq söyləməyi xoşlayır. Onlara diqqətlə qulaq asın və sözünü kəsməyin. Əgər söhbətində heç nəyi başa düşmədinizsə, onda səmimi olaraq bunu onlara deyin. Balıqların ən sevimli işi nəyisə insanlara başa salmaqdır. Onlar düzgün düşünür, ancaq gözəl danışa bilmir. Odur ki, sözündən inciməyin. Balıqlar rəqs etməyi xoşlayır. Onları ilk görüşə çağırmaq üçün rəqs etmək mümkün olan restorana, toya, dostlarla yığıncağa və ya hər hansı bir bayrama dəvət edə bilərsiz. Əgər tanışınız qadın Balıqdırsa, ona tez-tez kompliment söyləməyi unutmayın. Balıqların səhhəti bir qədər zəifdir. Ona görə də, onun geyiminə, yeməyinə diqqət ayırın. Çalışın ki, zərərli vərdişlərdən əl çəkməyinə kömək edəsiniz. Laqeyd olmadığınızı göstərin, onda sizə etibar edəcək. Onların ürəyinə yol tapmağın açarı sizə qarşı olan etibar və inamıdır. Onlar tənhalıqdan qorxur. Əgər Balıqları doğrudan da çox sevirsinizsə, onları heç vaxt tək qoymayın. Balıqlar hədiyyə almağı çox sevir. Hədiyyə almış olsanız, çalışın ki, maraq dairəsinə yaxın bir şey olsun. Şəkil albomu, münəccim elminə aid kitab, şeir məcmuəsi, zinət əşyaları, bahalı aksessuarlar varsa, lap yaxşı olar. Bu onları çox sevindirər.

Hazırladı: Elman Yunis

Mənbə: kayzen.az və wap.sende.biz