• Buğa Bürcü Haqqında Ətraflı Məlumat

21 Aprel - 21 May Tarixində Doğulmuş Tənbəl, Yeyib-İçən və Mal-Mülk Düşkünü Buğa Bürcü Haqqında Hər Şeyi Biləcəksiniz.

01.02.2020     03:54

Buğa Bürcü: 21 Aprel - 21 May Tarixində Doğulmuşdur.

Torpaq qrupunun bürcü olan Buğanın sabit qrupdan aldığı xüsusiyyətlər, onu qazandığını yığmağa, qorumağa və mal mülk sahibi olmağa istiqamətləndirir. Həssas təbiətə sahib Buğalar qiymətli şeylərə sahib olmaq istər. Buğa bürcü başqalarının əşya və mal mülkünə də özününmüş kimi eyni məsuliyyətdə qoruyuculuq edə bilər. Təhlükəsizliklə əlaqəsi vardır və sığortaçılıq da Buğaya görədir. Səbirli olmaqla birlikdə əməklərinin nəticəsini bir an əvvəl görmək istər. Bəzi bürclər məşhur olmaq, hörmət görmək üçün çalışsa da Buğa bürcü üçün ən əhəmiyyətlisi əməklərinin qarşılığında nağd pul qazanmaqdır. Gözəllik, uyğunlaşma, sənət və sevgi planeti Veneranın idarə etdiyi Buğalar, torpaq qrupudurlar və sabit xüsusiyyət daşıyarlar. Planetləri Venera, torpaq qrupu və sabit xüsusiyyəti Buğa bürcünün xarakteristikasına damğasını vurar. Bu səbəblə möhkəmlik, pragmatiklik, dayanıqlılıq, iradə gücü Buğaların ən əhəmiyyətli xüsusiyyətləri arasındadır. Digər tərəfdən həm də inadkardırlar. Kimsə onları asanca istiqamətləndirə bilməz, idarə edə bilməz. Ancaq güvənsələr, birini istəyərək və sədaqətlə izləyə bilərlər. Həyat yolunda sabit, balanslı, mühafizəkar davranmağı seçərlər və qaydalara uyğunlaşarlar. Dinclik və sülh istəyərlər. Status kvonun davamından yanadırlar. Sabit xüsusiyyətdə olduqları üçün hər cür dəyişmə onları narahat edər və dəyişməyə müqavimət göstərərlər. Bir torpaq qrupu olaraq, ayaqlarını yerə sağlam basar və həyatda əhəmiyyət sıralamalarını maddi dəyərlərə və fiziki ehtiyaclara görə edərlər. Fərdi münasibətlərdə olduqca etibarlı olan Buğalar, insanlara kömək etməkdən ləzzət alır. Həyatları boyu güvən axtarırlar və buna görə də asanlıqla risk etmirlər. Hədəfləndiyi işələri səbirlə etmələri bəzən digər insanları bezdirə bilir. Bütün bunlara baxmayaraq, dostları tərəfindən daim axtarılan isti qanlı insanlardır. Ruhən doymuş adamlardır. Tədbirlər təşkil edərkən rahatlıqlarına diqqət yetirirlər və öz zövqlərinə əhəmiyyət verirlər. Həyatda istədiklərini əldə etməkdə heç bir şərt onları başqa istiqamətlərə çəkə bilməz. Pulu rahatlığa çatmaq üçün bir vasitə olaraq görürlər. Buğalar, varlığıyla dünyaya rəng və zənginlik qatan, ümidin bürcüdür. Səbirli və məsuliyyətli Buğalar, bürclər içində ən mehriban olan bürcdür. Təbiət ona bütün insanı xüsusiyyəti bəxş etmişdir. Buğalar, ruhsal varlığına bağlı olduğu qədər, maddi varlığına da bağlıdır. Bir yerə köçdükdə, yenidən rahat olması üçün vaxt lazımdır. Özünü hər şeyin əbədi davam edəcəyinə inandırar. Bunun səbəbi etibar və həmrəylik istəyidir. Buğalar səbir, sabitlik və dözüm nümunəsidir. Başqaları qaçarkən, Buğalar dözür və əlində olanı qoruyub saxlayır. Ətrafdakı hər şey darma-dağın olsa belə, Buğalar onları toplayıb bir araya gətirə biləcək bir səbirə və əzmə sahibdir. Ətraf mühitə çətinliklə uyğunlaşır və buna görə də ciddi qaydaları olan işləri sevir. Buğalar məntiqlə deyil, duyğularla hərəkət edər. Beləliklə də, məktəbdə "əzbərləmə dərslərində" başqalarından geridə qalarlar. Böyük uğurları, sadəcə duyğusal bağlı olduğun hiss etdiyində qazana bilər. Duyğu az olarsa, marağı da azalacaq. Uşaqlıqdan sevgi və həddindən artıq qayğıya ehtiyacı var. Bu qayığıya və sevgiyə o qədər alışıblar ki, böyük yaşlarda da buna ehtiyacları var. Bu, ehtiyacları əks cinsdən də tələb edərlər. Buğalar əsasən sabit fikirli insanlardır və həyatı dəyişməz ağ-qara rəsim kimidir. Dostları ilə anlaşa bilir. Əgər ara sıra vaz keçməyi öyrənib inad etməsələr həyatları asanlaşar. Dözümlü və səbirli olması onu bacarıqlı insan edər. "Davamlı axan damcı, daş deşər" atalar sözü sırf Buğalara aiddir desək heç yanılmarıq. Buğa kişisi mənəvi olan hər şeyə bağlı olmasına baxmayaraq, bir qadının bütün intellektual yanını ortaya qoymasına çox da dəyər verməz. Bu durumda qadın kişinin diqqətsizliyinə və soyuq baxışlarına məruz qalır. Bu xasiyyətdə Buğa kişisi və qadını bir-birinə bənzərdir. Ağıllı insanlarla söhbət etməyi sevsə də, filosof olan bir adamın Buğa qadını qarşısında heç bir şansı yoxdur. Buğalar bütün insanların istək haqqına hörmətlə yanaşır. Qarşısındakı alim, axmaq və ya zibil toplayan hər kim olur, olsun, hər bir insana hörmət edir. Buğalar fiziki cəhətdən çox cəlbedicidirlər və təbiətin bu hədiyyəsindən xəbərdardırlar. Baxımlı görünmək üçün özünə böyük qayğı göstərər. Özünü göstərmək üçün etdiyi bütün hərəkətlər ətrafdakıların diqqətini cəlb etmək və onları qısqandırmaq üçündür. Çox danışan və düşüncələrini açıqca ifadə edə bilən yaxşı bir dinləyicidirlər. Toxuna biləcəyi və fiziki cəhətdən tuta biləcəyi hər şey ona öz reallığını təyin etməyə kömək edir. Bu səbəblə, Buğalar fiziki qaynaqlarına sahib olduğu insanlara çox bağlıdır. Buğanın ən çox istədiyi şəxsi təhlükəsizliyidir. Xeyirxah, qayğıkeş, səbirli, etibarlı bütün bu sözlər Buğan bürcünə aiddir. Hər bir kəsə Buğa bürcündə doğulan insan lazımdır. Onlar sədaqətli və etibarlı adamlardır. Buğanın tərsliyi hər hansı bir şəxsi ağlamaq həddinə gətirsə də, o yerindən tərpənən deyil. Buğalar xaraktercə öküzü xatırladırlar. Buğada daimi qayğıkeşlik hissi var. O hərşeyi qayğısına qalıb, etibarlı şəkildə qorumaq istəyir. Bir çox adamların işləri düz gətirməyəndə, xoşagəlməz hadisələr baş verəndə Buğanın təklif etdiyi komfort, dünyanın ən böyük rahatlığı kimi görünür. Əlbəttə, hər şey yaxşı olanda və həyat maraqlı hadisələriə dolanda, Buğa ləng və darıxdırıcı görünür. Məsələ heç də onda deyil ki, Buğa sürətlə hərəkət edə bilmir, sadəcə, o, buna cəhd göstərmir. Nəhayət, Buğa hərəkətə başlayanda, deməli kimsə ona güclü təkan verib. Buğa cəzaya qarşı qeyri-məhdud dözümə malikdir, elə ona görə də hücuma gedən öküz kimi yalnız təhrik ediləndə müşahidəçi üçün qorxu və təhlükəyə çevrilir. Buğanın bir problemi də var, adətən hücum edəndə öküz kimi gözlərini yumar və bu vaxt çox işlər törədə bilər. Nadir hallarda əhval-ruhiyyə ilə nə isə etməyə cəhd göstərəndə çox böyük ziyan vurar. Buğanın əsas arzusu özünü olduğu kimi saxlamaqdır. Elə ona görə də dəyişikliklərə müqavimət göstərir, zədələnmiş və ya xarab olmuş hər bir şeyin qayğısına qalır. Özünə məxsus olan əşyalara qarşı çox həssasdır. Onun yaxşı zövqu var, eyni zamanda yeməklərdən lazımınca baş çıxarır. Buğalar adətən çox yaxşı aşpaz olurlar. Ləzzətli yeməyi çox sevən Buğanın sanki gözü doymur. O, arxayın olmalıdır ki, hələ ehtiyat ərzağı var və ac qalmayacaq. Həvəslə dostlarını evinə qonaqlığa dəvət edir, onları ləzzətli yeməklərlə yedizdirib-içizdirir. Təsəlli, sakitlik və etibarlılıq həmişə Buğanı müşayiət edir. O, səbir və qayğı ilə istədiyinə nail ola bilir. Bu bürcdə doğulanların tərs üzü öz mövqelərini əldən verməmək və dəyişməməkdir. Qədim Babil münəccimləri Buğa bürcündə dünyaya gələnləri varlı və öz mənafeyini hər şeydən üstün tutan adamlar adlandırırdılar. Torpağa bağlı olan Buğa bürcündə müəmmalı cəhətlər çox olduğundan hələ də onun xarakteri tamamilə aşkar olunmayıb. Müşahidələr göstərir ki, təbiətin ən gözəl çağına təsadüf edən Buğa bürcü həm də toy-nişanla zəngin keçir. Qoçla müqayisədə Buğa bürcünün əhatə etdiyi dövr kifayət qədər sakit olur. Haqq-ədalətin, tapdanmış hüquqların bərpası, kəskin qarşıdurmaların sonuclanması da məhz bu ərəfəyə təsadüf edir. Hesablamalar göstərir ki, Buğa bürcünün yalnız 1-ci hissəsi (21-30 aprel) insanlar üçün təlatümlü keçir, qalan hissəsi isə həqiqət üzə çıxır, müəmmalı hadisələrə aydınlıq gəlir. Müasir dünya münəccimlərinin qənaətincə, cinayət işlərinin ən çox açılması da məhz bu bürcün əhatə etdiyi vaxta düşür. Buğa bürcündə dünyaya gələn adamlar ilk növbədə yüksək qabiliyyətləri və əməksevərlikləri ilə diqqəti cəlb edirlər. Onlar hətta mənasız görünən məsələlərdə də ciddi nüanslar tapırlar. Güclü yaddaş, özünə inam, dəqiqlik, hədsiz təmkin bu adamların ən mühüm keyfiyyətlərindən hesab olunur. Belələri ətrafda cərəyan edən hadisələrə tələsik reaksiya vermir, hətta hər şey aşkarlansa belə, fikir bildirməyə tələsmirlər. Hər bir məsələdə vaxtı uzatmağı sevən Buğalar nadir hallarda yanılırlar. Onların qapalılığı ünsiyyətdə olduğu adamlarda ikrah hissi doğursa da, ciddi görkəmləri və yüngüllükdən uzaq olmaları münasibətlərin korlamır. Buğaların nə düşündüyünü və hansı addımlar atacağını öyrənmək çox çətindir. Çünki bu bürcün sakinləri ən yaxın simsarlarına belə sirr vermir, gələcək planlarını hamıdan gizlədirlər. Riskdən uzaq olan bu adamlar adətən tələsmir, hər şeyi öz axarında həll etməyə çalışırlar. Buğalar o qədər dözümlü olurlar ki, bəzən onların hər şeydən məhrum olduğunu zənn edirlər. Lakin gərgin situasiyalardan elə ustalıqla çıxırlar ki, hamı inanılmaz dərəcədə təəccüblənir. Bəri başdan nəzərinizə çatdıraq ki, bu bürcdə doğulanlar ən darıxdırıcı insanlardır. Onların öz həmsöhbətləri ilə ünsiyyəti yalnız Miriş demişkən, "Salam. Sağ ol" çərçivəsindən çıxmır. Əgər Siz bir kişi ilə tanış olarkən cəmi beş dəqiqə sonra onunla söhbətdən bezirsinizsə, çox ehtimal ki, yeni tanışınız Buğa bürcündəndir. Orta əsr münəccimlərinin qənaətincə, Qadın Buğalar çox tamahkar olur, ən gözəl, ən yaraşıqlı oğlanları ovsunlamağa çalışırlar. Ümumiyyətlə, bu adamlar həddindən artıq xidmət göstərən olur, işlədikləri müəssisənin şərəfini qaldırmaqdan və müəssisə rəhbərəni razı salmaqdan böyük zövq alırlar. Buğalarla yaxşı ünsiyyət yaratmaq üçün onların xarakterinə uyğun davranış nümayiş etdirmək lazımdır. Hər hansı yumor, yüngül hərəkət, çılğınlıq və ya yalançı meyllər ağır nəticələr verə bilər. Bizim leksikonda işlədilən "Yerəbaxan" sözünü haqqında yazdığımız bürcə şamil etsək, heç də yanılmarıq. Lakin onların sakitliyini fağırlıq və ya qorxaqlıq kimi qəbul etmək də səhv olardı. Çünki onlara "sataşmaq" çox təhlükəlidir. Ən azı ona görə ki, belələri hiddətlənəndə mütləq qisas alırlar, hətta 20 il keçsə belə Əqrəb bürcü kimi öz kinli xarakterin qoruyub saxlayır. Buğaların nəyə maraq bəslədiyini bilmək kiməsə nadir hallarda qismət olur. Məktəb illərində heç vaxt qabaqcıl şagird olmasalar belə, bu, heç də onların passiv oxumasına dəlalət eləmir. Hər şeyə qiymət verən Buğalar qənaəti sevir, yığımcıl olurlar. Hətta həddi-buluğa çatmamış övladlarında bu qabiliyyəti görən valideynlər öz "qaraqabaq" uşaqlarının gələcəyinə ümidlə yanaşırlar. Yeri gəlmişkən, nəzərinizə çatdırırıq ki, Buğa bürcündə doğulan hər kəs, istər qadın olsun, istərsə də kişi gözəl aşbazlıq qabiliyyətinə malik olurlar. Yəqin çoxlarınız bilmirsiniz ki, bürclər arasında ən varlısı da məhz Buğalarla Oxatanlardır. Oxatanlar var-dövlətə əziyyətləri və dostlarının köməyi ilə çatırlarsa, Buğalar buna bəxtləri və ağılları hesabına yetişirlər. Onlar özlərindən və ailələrindən daha çox başqalarının mənafeyini təmin etməyə üstünlük verirlər. Bu bürcdə bir qədər hiyləgərlik də var. Lakin onlar bunu yalnız lazımi məqamda icra edirlər. Məsələn, öz ideyalarının obyektiv olduğuna valideynlərini inandırmaq, münasibətləri soyuqlaşan iki şəxs arasında sülh yaratmaq üçün biclik işlədirlər. 

Hazırladı: Elman Yunis

Mənbə: astroloq.com, kayzen.az və wap.sende.biz