• Buğa Bürcündə Doğulan İnsanla Münasibət

Dadlı Yemək Bişirən, Bahalı Kolleksiyaları Sevən Buğa Bürcündə Doğulan İnsanlarla Aşağıdakı Qaydalara Əməl Edərək Yaxşı Münasibət Qura Bilərsiniz.

04.02.2020     02:59

Buğa Bürcü: 21 Aprel - 21 May Tarixində Doğulmuşdur.

Buğalar cəmiyyət içərisində parlamağı, seçilməyi xoşlamır, sakit yaşamağı və özünü səbirli aparmağı bacarırlar. Buğalarla ilk görüşü təşkil etmək üçün müəyyən vaxt lazımdır. Kişi Buğalar görüşü təyin etməyə tələsmirlər. Qadın Buğalar tez bir zamanda görüşməyə razılıq vermirlər. Əgər görüş təyin olunubsa, onda siz seçilənlərdənsiniz. Buğalar komediyanı, gülüş doğuracaq filmləri, televiziya verilişlərini izləməyi xoşlayırlar. Onlar incə və səmimi yumoru duya bilirlər. Buğalar bahalı restoranlara getməyi sevirlər. Dadlı yeməklər və şirin desertlər onların ürəyincədir. İştahaları, maşallah yaxşıdır. Buğalar gözəl əşyaları sevən və qiymətləndirən şəxslərdir. Əgər siz hər hansı bir əşyanı kolleksiya edirsinizsə, mütləq onu Buğalara göstərin. Bu onların çox xoşuna gələcək. Topladığınız əşyanın qiymətini də söyləməyi unutmayın. Bunu soruşmasa da, onun üçün çox maraqlıdır. Amma dediklərinizdə yalan və şişirtmə olmamaq şərtinə diqqət edin. Buğalar yalana nifrət edir və dərhal onu hiss edirlər. Onlar məhəbbətlərini tez-tez etiraf etməklə sevgililərin ərköyünləşdirirlər. Əgər siz Buğalara hədiyyə etmək istəyirsinizsə, onda gündəlik istifadəyə gərəkli əşyalar alsanız daha yaxşıdır. Məsələn: Qadın Buğalara saat, üzük, alçaqdaban ayaqqabı, başmaqlar və s. ala bilərsiniz. Kişi Buğalara hədiyyə almaq istəsəniz, onların zəif yeri boğaz olduğundan kəşmirdən, ipəkdən olan şərf yerinə düşər. Buğalarla söhbət etdikdə intellektual, çətin mövzulardan başlamayın. Filmlərdən, dəbdə olan musiqidən söhbət açsanız, söhbət daha səmimi alınar.  Buğalar sevgidə çox tələbkardır. Hər nə istəsən, etməyə qadirdilər. Amma bunun əvəzini də görməyə çalışırlar. Cüssəli, qamətli, qəşəng görkəmli Buğaların məhəbbətini qazanmaq istəyirsinizsə, əvvəlcə özünüzə fikir verin. Çünki onlar sevdiyi adamı gözəl və yaraşıqlı görmək istəyirlər. Siz dəbə uyğun, zövqlə geyinməyi bacarmalısınız. Ehtiraslı Buğanı intim əlaqələrdə də razı salmaq çox çətindir. Siz məhəbbətin bütün sirlərinə yiyələnməlisiniz. Əks halda, onlar sizə qarşı bütün maraqlarını itirəcəklər. Buğa bürcündə anadan olmuş kişilərin zəif hesab edilən cəhəti qadınlarda cazibə sayılır. Bu qadınlar gözəl əşyaları, gül-çiçəyi, bərbəzəkli paltarı, ləziz xörəkləri və şərabları xoşlayırlar. Onlar öz pərəstişkarlarını var-yoxdan çıxarırlar. Belə qadınlar adətən qısqancdırlar. Özləri çox yelbeyindirlər, çox zaman ürəkdən vurğunu olduqları adama belə xəyanət edirlər. Rahatlığa can atır və çox vaxt pintidir. Cah-cəlal, toy-bayram, dəbdəbə və təmtəraq aludəçisidir. Hər şeydən zövq almağı bacarır. Yerdən tükənməz qüvvət alır, sağlam heyvani instinktə malikdir. Buğa şıltaqçıdır, xırda-para məsələlərdə inadcıldır, lakin ümumən üzüyola, sakit və səbirlidir. Yüksək rütbəli və nüfuzlu adamlarla tanış olmağı xoşlayır. Münasibətlərinə çoxlu zəriflik və məlahət gətirir, lakin öz uşaq şıltaqlığı və tərsliyi ucbatından xırda məsələlər üstündə tez-tez savaşır.

Hazırladı: Elman Yunis

Mənbə: kayzen.az və wap.sende.biz