• Dolça Bürcü Haqqında Ətraflı Məlumat

Dolça Bürcü: 21 Yanvar - 22 Fevral Tarixində Doğulmuş və Pula Dəyər Verməyən, İdealist və Xəyalpərəst Bürclərdən Biridir.

01.02.2020     04:08

Dolça Bürcü: 21 Yanvar - 22 Fevral Tarixində Doğulmuşdur.

Dolça bürcü dəyişiklik və inqilablar planeti Uranın təsiri altındadır. Dolça bürcündə doğulanlar dostcanlı, ahəngdar eyni zamanda nə etdiyi bəlli olmayan insanlardır. Dolça fərqli cəhətlərdən, ziddiyyətlərlə dolu bir şəxsiyyətə malikdir. Adi insanlar kimi reaksiya verəcəyini gözləməyin, o da dəyişiklik və macəranı sevir. Dolça bürcünün balanslaşdırılmış bir şəxsiyyəti olsa da, bu bürcün tarazlığı fərqli təsirlərlə tez pozulur. Hərşeyi həddindən artıq şişirtməyə meyllidir. Dünyanın hazırkı vəziyyəti onun xoşuna gəlmirsə, onu dəyişdirib öz ideallarına uyğunlaşdırmaq istər. Dünyada öz izlərini buraxmağı bacaran Dolçalar da var. Buna misal olaraq köləliyi ləğv edən Abraham Linkoln-u göstərmək olar. Dolçanı məqsədi ədalətsizliyə qarşı mübarizə aparmaqdır. İnsanlara yeni musiqilər bəstələyən Wolfgang Amadeus Motsart bunlardan biridir. Bəzi Dolçalar kosmosda səyahət etmək və ya zamanda səyahət etməyi reallaşdırmaq üçün öz  enerjilərini xərcləmişlər. Nümunə olaraq Jül Verne və ya H. G. Vells kimi məşhur elmi fantastika yazıçılarını göstərə bilərik. Atlantikanı ilk keçən  Çarlz Lintberq-in də bürcü dolçadır. Hava qruplarının bütün əlamətləri kimi, Dolça bürcü də şişirdilmiş duyğulardan qorxur. Ağlının köməyi ilə mümkün qədər nəzarətsiz vəziyyətlərdən qaçır. Öz ağılı təhlükə anlarında Dolça üçün ən yaxşı çıxış yoludur. Əsasən yaxşı, anlayışlı, köməkçi və dözümlüdür. Dolça bürcü hər hansı bir şeyə tərəf olmaq istəmir. Buna görə də tez-tez vecsizlikdə ittiham olunur. Dolça bir şeyi görmək istəmirsə, görməyəcək... Dolçanın bəşəriyyətin necə olması ilə bağlı böyük fikirləri var. Onların idealları həqiqətən çox böyükdür. Utopias və axmaq fikirlərlə məşğul olmağa meyllidirlər. Bir firmanın maliyyə işçisi olmaq istəyən Dolçanın qarşısında durmayın. Ya dahi ilə, ya da bir dəli ilə qarşılaşa bilərsiniz. Qərar vermədən əvvəl hər vəziyyətdə diqqətli olmalı və daha yaxşı məlumat almalısınız. Dolça üçün maddi dəyərlərin heç bir mənası yoxdur. Ən böyük çatışmazlığı öz ideallarını həyata keçirə bilməməsidir. İnsanları xilas etmək istəyinə çox ciddi yanaşır, ancaq ona da çox vaxt sərf etdiyi üçün gündəlik işlərini də unudur. Dolça bürcü sosial həssaslığına baxmayaraq eqoistdir. Ancaq fərdi deyil, kollektiv dəyərlər uğrunda mübarizə aparır. Bu zaman tamamilə digər insanlardan ayrılır. Əgər ideallarını həyata keçirə bilməsə, özünə qapanar və divarları eqoizmdən ibarət bir qala qurar. Özünü xoşagəlməz sürprizlərdən qorumaq üçün bu üsuldan istifadə edir. Bir çox Dolçanın söylədiyi sözlərin içində səmimi olaraq deyilən bir "sən", ifadəsi yoxdur. Dolça bürcündə doğulanlar dostluğun hakim olduğu bir dünyaya həsrət qalırlar. Sevginin arxasında böyük təhlükələrin olduğuna inanırlar: qırılan ürəklər, öldürülmüş rəqiblər kimi. Belə sevgi bir dram ilə bitər və bu Dolçanı qorxudur. Sevgisiz bir dünyada daha az xaosun olacağını düşünən Dolça sayı az deyil. Çoxları məntiqlə duyğular arasında geri və irəli gedirlər. Dolça bürcünün həyatında sevgi üçün yer ayırması nadir hallarda görülər. Sevgi bu bürc üçün əsas ideallarından (dahiyanə və ya axmaqca fikirlərindən) sonra gəlir. Dolça bürcü üçün azadlıq mübarizəsi, peşə vəzifələri sevgidən daha önəmlidir. Dolça bürcü nadir hallarda sevginin qurbanı olur. Qurban olandan sonra məzlumların haqqlarını və böyük fikirlərinin xəyalını qura biləcəyi dünyasına geri çəkilir. Dostları bu davranışı laqeydlik kimi görürlər, amma əslində belə deyil. Dolça, duyğularını ifadə etməkdə çox utancaqdır. Ondan ayrılıq acısını göz yaşları ilə göstərməsini gözləmək çətin məsələdir. Bu bürc saysız-hesabsız əfsanələrlə, ulduzlara aid əsatirlərlə bağlıdır. Qədim xəritələrdə və atlaslarda Dolça bürcü əlində içərisindən şırıltı ilə su axan kuzə tutmuş adam şəklində təsvir edilirdi. Görünür, bu rəmz ilin fəslinin konkret əlamətlərini əks etdirirdi: Günəş bu bürcə bahar yağışları başlandığı, dağlarda qar əridiyi vaxt, daşqın mövsümündə daxil olurdu. Dolçanın rəmzi sayılan su qədim xalqların təsəvvüründə hər şeyin həm əvvəli, həm də axırı idi. Təsadüfi deyildir ki, bir sıra miflərdə Dolça bürcünü ümumdünya tufanı haqqında rəvayətlə bağlayırdılar. Qədim astroloqlar deyirdilər ki, Dolça bürcündə dünyaya gələn adamlarda həm müsbət, həm də mənfi keyfiyyətlər olur. Dolça müstəqildir, xeyirxahdır, dəyişikliklərə can atır, lakin dəlisov və nəzakətsizdir. Astroloqlar Dolça işarəsi altında dünyaya gələn adamlara alim, astronom, döyüşçü olmağı məsləhət görürdülər. Bundan əlavə, onlar ametistdən bəzək şeyləri taxmalı idilər. Dolça bürcünün rəmzi səhləb çiçəyidir. Dolçalar Zodiakda ən mehriban insanlardır. Dolçanın ətrafında ünsiyyət üçün kifayətqədər insan olanda, onun həyatı idealdır. Bu insanlar müxtəlif dərnəklər təşkil edirlər: iş yoldaşlanın kompaniyası, köhnə məktəb dostları qrupu, futbol klubu üzrə tanışlar dərnəyi və s. Ona elə gəlir ki, hər hansı bir qrup insanlar ilə sıx-bağlı olmaq mövcudluğun heç də yaxşı forması deyil. Dolça bürcü altında doğulan insanların həyata münasibəti soyuqqanlı, özgələşmiş və müstəqildir. Zodiak bürclərinin əksəriyyətindən fərqli olaraq Dolçanı bir yox, iki planet idarə edir. Onu soyuqqanlı və intizamlı olmağa vadar edən Saturn  və başqalarına bir qədər oxşamağa qoymayan, ona azacıq fərqləndirici cəhət verən Uran planetidir. Dolçanın fikrincə, ən pisi bir insana bağlanmaqdır. Bu isə öz müstəqilliyini qurban vermək deməkdir. Müstəqillik Dolça üçün çox vacib bir işdir. Onda elə bir təlabat yoxdur ki, kiməsə məxsus olsun və ya kiminsə ona çox böyük ehtiyacını hiss etsin. Dolça elə öz-özlüyündə də çox xoşbəxtdir. Ona ən çox ehtiyacı olan insan elə onun özüdür. Bu heç də onun soyuq və ürəksiz olduğunu göstərmir. Əslində isə o çox xeyirxah və diqqətcildir, indiki halda layiq bildiyi işə çox vaxt və güc sərf edir. O istədiyi işlərdə iştirak edir, istəmədiyindən isə imtina edir. Hər şeyi özü həll edərək tam müstəqilliyini qoruyub saxlayır. Bir çox Dolçalar siyasi və ekoloji hərəkatlarda fəal iştirak edirlər. Onların baxışları, görüşləri başqa insanlara ekstremist görünə bilər. Görüşləri, fikirləri necəliyindən asılı olmayaraq arqumentli və ağıllı sübutlara əsaslanır, çünki Dolçalar səmimi şəkildə ictimai xeyir barədə düşünürlər. Dolçanın nöqteyi nəzərincə, başqalarının hesabına bir nəfərə üstünlük verən hər hansı bir sistem pis qurulub. O, bütün monopoliya formalarının əleyhinədir və tamamilə əmindir ki, bütün insanların hamısı bərabərdirlər və eyni bir diqqətə layiqdirlər. Bu Oğlaq bürcünün nöqteyi  nəzərinə ziddir və elə ona görə də onlar çətin ünsiyyətə girirlər. Dolçalar öz görüşləri uğrunda həmişə vuruşmağa və ədalətsiz hesab etdikləri hər hansı bir sistemə qarşı durmağa hazırdırlar. Bu da Dolçaların çoxusunu siyasətə cəlb edir. Dolçanın prinsipləri çox yüksək və təmizdir. O, sərt məntiqə əsaslanır və özünün düzgün, haqlı olmasına şübhə etmir. Əlbəttə, bu o demək deyil ki, Dolça həmişə çox ciddidir. Onun dostlarının bəxtindən Oxatan etdiyi kimi, heç kimin səhv baxışlarını düzəltməyə can atmır. O hətta vaxtaşırı, söhbətin darıxdırıcı olmasını aradan qaldırmaq üçün sadəcə, gülüş naminə ümumi rəyin əksinə fikir də söyləyə bilər. Dolçanın mühitində olmaq xoş və sevindiricidir. Belə hesab edilir ki, Dolçalar həmişə keçmişdən daha çox gələcəklə maraqlanırlar. Onun hərşeyə müasir baxışı səhv gorünənləri düzəltmək səyidir. Məhz bu keyfiyyəti onun şəxsiyyətindəki fərdiyyəti, müstəqilliyi açıb göstərir. Dolça bürcü yoldaşlarına çox əhəmiyyət verər və yoldaşlığı ömür boyu sürər. Dolça birliklər, cəmiyyətlər, qruplar və dərnəklər bürcüdür. Dolça bürcünün sabit xüsusiyyət daşıması bəzilərini inanılmaz gələ bilər. Sabit xüsusiyyətlər, Dolçada öz özünə müntəzəm işləyən elmi bir beyin quruluşu, qəti nəticələr alınan nizamlı işlər şəklində ortaya çıxar. Dolça bürcü irəliyə dönük olmaqla birlikdə Qoç bürcü kimi səbirsiz və ani çıxışlarla deyil, planlı və sistematik olaraq atılımlar edər. Dolça dahilərin, icad və kəşflər edənlərin bürcüdür. Hava qrupuna aiddirlər və sabit xüsusiyyət daşıyarlar. Dolça bürcünü astrologiyada böyük insan birliklərini, insanlıq ideallarını, qrupları idarə edər. Dahilər bürcü də deyilən Dolçaların böyük insanlıq idealına özlərini həsr etdikləri çox təsadüf olunan bir vəziyyətdir. Ən böyük arzusuz "Kömək Etməkdir".  Dolça bürcü insanları insanlıq sevgiləriylə təyin olunarlar, eqoist deyildirlər. Xəyal dünyasına dalmaz, gerçəklərlə məşğul olarlar. Dünyanın gələcəyi ilə maraqlanarlar, dünyanı daha yaxşı bir yer halına gətirib özlərindən daha pis vəziyyətdə olan kəsləri qurtarmaq istəyərlər. Buna görə hər kəsə kömək edərlər. İrq, cinsiyyət və ictimai vəziyyətinə baxmadan hər kəsin eyni imkanlara sahib olmasını istəyərlər. Özlərini gerçəyə həsr etmişlər. Yenilik və dəyişikliyin tərəfdarıdırlar. Müasir fikirlərinə qarşı inadçı və sabit fikirli olarlar. Cazibədar olsalar da istiqanlı və təhsilli deyildirlər. Onlara yaxınlaşmaq çox çətindir, çünki nə qədər dostca davransalar davransınlar arada hər vaxt bir uzaqlıq buraxarlar. Fərdi xüsusiyyətləri onlar üçün o cür əhəmiyyətlidir ki buna görə ən yaxın şəxslərini silib ata biləcəyi kimi, eyni zamanda uğruna hər cür fədakarlıqda edə bilərlər. Şablon düşünən insanlar aydın olmaz davranışları üzündən Dolçalarla zidd düşə bilərlər. bəlkə qanunları sonuna qədər müdafiə etmələri üzündə onları xoşagəlməz tapa bilərsiniz. Bu rəftarları onları heç narahat etməz, dahası məmnun belə ola bilərlər. Xüsusi olma ehtirasları səbəbi ilə elmi sənət qabiliyyətləri ola bilər. Dolçalar başqalarının düşündükləri ilə maraqlanar lakin yenə də öz fikirlərini asan dəyişdirməzlər. Xəyal gücləri sərhədsiz olmaqla birlikdə, düşüncələri olduqları çağın kənarında, ağılçı və hissidir. Elmə bir başa sahibdirlər, lakin elm adamı olmaya da bilərlər. Dolçalar tərs olar, özlərinin dinləyənlərin nə demək istədiklərini anlamadıqlarını zənn edərlər, əsəbləşərlər. Dolça bürcünü təyin edən cümlə "BİLİRƏM" dir. Evli Dolçaların belə özlərinə xas bir azadlıqları olması lazımdır. Bu da yoldaşının anlayışlı olub, onun tələyə düşmüş duyğusuna qapılmamasını təmin etməsiylə ola bilər. Buna görə Dolçalara ailə həyatı bir az çətin gəlir. Tək yaşamağı, hər istiqamətdə hərəkət azadlığına sahib olmağı üstün tutarlar. Dolçalar uşaqlarının ən az özləri qədər azad və özlərindən irəli, yaxşı öyrədilmiş olmalarını istəyərlər. Uşaqlarla yaşlarından böyük mövzuları danışıb, onların tam anlaya bilməyəcəyi şeyləri öyrətməyə çalışarlar. Uşaqları ilə yaxşı əlaqələr qura bilərlər. Öz fikirlərini dəyişdirməməklə birlikdə uşaqlarının düşüncələrinə dəyər verərlər. Dolça uşaqları ağıllı olarlar. Yaradıcı gücləri ala bildiyincə erkən ortaya çıxarılmalıdır. Musiqini sevərlər,bəzi musiqi alətlərində ifa etmək istəyə bilərlər. Tez öyrənərlər və "Qiymət Cədvəlləri" də yaxşı olar. Yetkin Dolçalar kimi ovsunlayıcı amma bir az özlərini bəyənmiş olarlar. Dolça bürcü qadını azadlığına düşkün, qərarlı, bacarıqlı və dəyişən quruluşuyla diqqəti çəkər. Şən və kefqom bir şəxsiyyəti vardır. Ətrafında axtarılan və fikirinə əhəmiyyət verilən bir dostdur. Dostluğa çox əhəmiyyət verər və özü kimi düşünən insanlarla yoldaşlıq etməkdən çox kef alar. Dolça bürcü qadını ağıllı və problemlərə praktik həllər tapan quruluşuyla güclü bir xarakter göstərər. Çalışqandır və girişdiyi hər işdə müvəffəqiyyətli olur. Maddi mövzularda bədxərcdir və düşüncəsizcə pul xərcləməyi sevər. Dolça bürcü qadını özünü məhdudlaşdıran birliklərdən uzaq dayanmağı seçər. Yaxşı niyyətli, əqli olaraq uyğunlaşdığı və özünü anlayan bir kişilə xoşbəxt ola bilər. Sevdiyi zaman mükəmməl bir aşiq olacaq və əlaqəsini kefli hala gətirmək üçün əlindən gələni edəcək. Dürüstdür və etibarlıdır. Ətrafındakı insanlara qarşı çox açıq və aydındır. Dolça bürcü kişisi nəzakətli, optimist, azadlığına düşkün və çox istiqamətli quruluşuyla diqqəti çəkər. Çox istiqamətli olması çətin aydın olan bir şəxsiyyət sərgiləməsinə səbəb olar. Duyğularını asan-asan bildirməz. Xoş və şən şəxsiyyəti cəmiyyət içində sevilən bir insan olmasını təmin edir. Dolça bürcü kişisi praktik və çalışqandır. Öz işini etməkdən çox kef alar. Dəyişiklikdən və fərqlilikdən kef alar. Hərəkətli həyatı onu xoşbəxt və enerjili edər. Hər mənada mükemmeliyetçidir və "Azla Kifayətlənməyi" sevməz. Yeni insanlarla tanış olmaq və onlarla fikir mübadiləsində olmaqdan kef alar. Hal və hərəkətləri ilə bəyənilən bir insandır. Dolça bürcü kişisi dürüstlüyü və etibarlılığı ilə ətrafında heyranlıq oyandırar. Davamlı eyni şeylə məşğul olmaqdan sıxılar və asanca istiqamət dəyişdirə bilər.

Hazırladı: Elman Yunis

Mənbə: astroloq.com, kayzen.az və wap.sende.biz