• Dolça Bürcündə Doğulan İnsanla Münasibət

Qısqanc və Romantik Olmayan, Neytral və Ağıllı, Açıq Fikirli Dolça Bürcü ilə Səmimi Münasibət Qurmağın Asan Yolları.

05.02.2020     03:21

Dolça Bürcü: 21 Yanvar - 22 Fevral Tarixində Doğulmuşdur.

Digər bürclərdən fərqli olaraq, Dolça ilə tanış olmaq çox asandır. Bu münasibətlərdə ən çətini onun diqqətini cəlb etməkdir. Dolçalar çox ünsiyyətçildirlər. İlk tanışlıqda bu adamla tez bir zamanda mehribanlaşıb, istənilən mövzuda danışa bilərsiniz. Dolça bürcündə doğulan insanlar yüksək zəka, intellekt sahibləridirlər. Ona görə də, özlərinə oxşar adamlarla ünsiyyət qurmağı bəyənirlər. Dolça yüksək zövqə malikdir. Zərif, incə hədiyyələri sevir. Dolça üçün ən gözəl hədiyyə kitabdır. Bunu da unutmayın ki, aldığınız hədiyyə məhz Dolçanın istifadəsinə yararlı olmalıdır. Dolçayla ünsiyyət qurduqda çoxlu suallar verin. Bu sual onun işinə, sevdiyi musiqiyə, kitaba, yığdığı, topladığı kolleksiyaya aid ola bilər. Əgər Dolça ilə ailə münasibətlərində hər şeyin yaxşı olmasını istəyirsinizsə, onda sizdən yüksək yumor qabiliyyəti, səmimi ünsiyyət, etibar tələb olunur. Çalışın ki, Dolça ilə hökmranlıqla rəftar etməyəsiniz. O, belə münasibəti xoşlamır. Dolça saatlarla telefonda danışmağı xoşlayır. Bu vərdişini tərk etməyini tələb eləməyin, onsuz da bu alınmayacaq. Dostları ilə ilk baxışdan boş görünən söhbətlərlə saatlarla telefonda danışması onun ən sevimli işidir. Evinizdə köhnə əşyaları atın, mebellərin yerini dəyişin. Dolçalar yeniliyi çox sevirlər. Onlarla münasibətdə öz emosiyalarınıza sahib çıxın. Çalışın onun xoş əhval-ruhiyyəsi olmadığı bir vaxtda problemlər haqda danışmayasız. Bu vəziyyəti daha da çətinləşdirir. Dolça bürcündə dünyaya gələn qadınlar çox cazibəlidirlər. Qadın Dolça elə bil ki, bir qadın deyil, bir neçə qadındır, buna görə onun hiss-həyəcanları da çox və rəngarəngdir. Bu qadın daim dəyişir, onu tez-tez görənlər üçün heç vaxt darıxdırıcı olmur. Dolça bürcündə dünyaya gələn kişilər kimi, o da işləməyi xoşlayır və ciddi intizama dözmür, hər bir məşğələyə zəriflik və parlaqlıq gətirir. İncə və zərifdir, yaxşı rəqs edir, söhbəti maraqlı və şirindir, ərə tez gedir, lakin nadir hallarda xoşbəxt olur, çünki məhəbbəti ərinin məhəbbətindən güclüdür. Dolça hər zaman qarşı cinsə cazibədar, zarafatcıl, fərqli və ağıllı gəlir. Dolça bürcü həyatını özünə görə tənzimləyir və başqa insanlara dəli kimi gələ bilən fikirləri heç çəkinmədən tətbiq edə bilər. Bəzən soyuq, məsafəli və özünü bəyənmiş dayansa belə, əslində digər insanlara dəyər verən, onları düşünən və bəzən də bağlanabilən bir quruluşdadır. Humanist bir quruluşu olan Dolça, olduqca rasional bir yoldan həyata davam etməyi seçər. Optimizm həyatında əsas qanundur. Eşqbazlıq etməyi və dostluqlar meydana gətirməyi çox sevər. Olduqca açıq fikirli olan Dolça bürcü, tənqidləri rahatlıqla qarşılayır və digər insanların fikirlərinə hörmət edər. Elastiklik və dözümlülük Dolçanın ən əhəmiyyətli xarakterləridir. Hər zaman düşünən Dolça bürcü, əsla çox qısqanc və həddindən artıq romantik olmaz. Dolça bürcündən sevgiliniz və ya həyat yoldaşınız varsa, onu dostları, ictimai çevrəsi, tələbələr və pərəstişkarları ilə bölüşməyə hazır olmalısınız. Çünki Sizdən öncə də Dolçanın ətrafında eyni fikir və düşüncələri bölüşən dostlar, tərəfdaşlar və sosial qruplar vardır. Təkcə mənim olsun və ya təkcə mənlə həmsöhbət olsun kimi fikirlərinizdən imtina etməyiniz məsləhətdir. Dolçanı sosial çevrəsindən ayıra bilməyəcəksiniz. Üstəlik çox neytraldır. Başqasının haqlı olduğunu düşünürsə, üzüləcəyini bilsə də, səni müdafiə etməyəcək. Buna baxmayaraq, o, çox humanistdir, hisslərini göstərməsə də, əslində sizi qoruyur, sanki görünməz bir əl kimi yanınızdadır. Günün sonunda, ondan yanlış bir şey görməyəcəksiniz. Qarşısındakı insana fikir və düşüncələri ilə ümid verib, aydınlatmaq istər. Heç vaxt azadlığını məhdudlaşdırmağa və ya işinə müdaxilə etməyə çalışmayın, o zaman həqiqətən Sizə zərər verə bilər. Dolça bürcünün fikirləri ilə razı deyilsinizsə, bunu isbat etmək üçün dəlil sübutunuz olmalıdır.

Hazırladı: Elman Yunis

Mənbə: kayzen.az və wap.sende.biz