• Əkizlər Bürcü Haqqında Ətraflı Məlumat

Əkizlər Bürcündə Doğulan İnsanlar 22 May - 21 İyun Tarixində Doğulmuş, Dəyişkən Xarakterli, Mehriban və Ağıllı Bürclərdir.

01.02.2020     03:57

Əkizlər Bürcü: 22 May - 21 İyun Tarixində Doğulmuşdur.

Hər kəs tərəfindən tanınmaq, məşhur olmaq, tarixə düşmək ən böyük arzularından biridir. Sabitliyi həyatlarının önəmli biri halına gətirsələr bürclərin ən sevimlisi olarlar. Əkizlər ağıllı, intellektual, hərəkətli bir bürcdür. Həmişə yeni məlumat, xəbər və fikir alverində olmaq ehtiyacını duyar. Fikir və düşüncələrini başqalarıyla paylaşmaq istədiyindən, təklikdən heç xoşlanmaz və çalan bir telefon zəngi belə onu çox xoşbəxt edər. Başı işıq sürəti ilə çalışdığından bir çox fərqli məlumatı fərqli şəkillərdə bir araya gətirə bilər. Hər vaxt tərəfsizdir, yeni məlumatlarıda tərəfsiz olaraq dəyərləndirir və çox tez dəyişir. Hər şeyə asan adaptasiya ola bildiyi üçün bir çox mövzuda məsuliyyətlər alar və çox dağıldığı üçün də, işləri gecikməyə başlar. Bir mövzuya yoğunlaşa bilsə hər kəsin bir həftədə bitirə bildiyi işi o bir gündə bitirər. Hava qrupuna aid olması onu uçucu edərkən, dəyişən xüsusiyyəti onun budaqdan budağa qonmasına səbəb olar. Merkuri planetinin verdiyi analitik zəkası onun həm ən böyük qurtarıcısı, həm də ən etibarsız yanıdır. Əkizlər təbiətlərində bir ikilik daşıyarlar. Bu ikiləm həyatlarının dərhal hər sahəsində gözə dəyər. Bir tərəfi getmək bir tərəfi qalmaq istər. Bir tərəfi sevər, bir tərəfi uzaqlaşar. Bir tərəfi etibarlıdır, bir tərəfi etibarsız. Əkizlərin əlləri, sinir sistemini və danışıq mərkəzini idarə edər. Bu səbəblə Əkizlərin əlləri məharətli, zəkaları itidir. Danışmaq mövzusuna gəlincə: kimsə Əkizlərin əlinə su tökə bilməz. Hər kəsdən daha çox Əkizlərin dəyişməyə ehtiyacı vardır. Hərşeydən tez yorulur və gəzmək, hava almaq kimi ehtiyacları var. Kimsə Əkizlərin azadlığına qarışmamalıdır. Şirin danışan və çox mehribandır. Səmimi olması bir çox insanın ətrafında olmasına imkan verir. Ağıllıdır nə istədiyini tez bilir və tez bir zamanda ona çatmağın praktik yollarını asanlıqla tapır. Gözəl sözləri, səlist nitqi, biliyi və bacarığı ilə sevdiyi adama asanlıqla təsir edə bilər. Səyahət etməyi sevir və aktiv, dəyişkən bir həyata üstünlük verir. Sevgidən tez sıxılır. Sədaqət mövzusunda onlardan çox şey gözləməyin, çünki daim həyatda dəyişiklik axtarır. Qarşısındakı insana güvənməkdə çox çətinlik çəkərlər. Münasibətlərində daim etibar problemləri olar. Bu etibarsızlıqda Əkizlərin günahı daha çoxdur. Qəlbin qırdıqda yenidən bərpa etmək çox çətindir ancaq kinli deyillər. Saxta insanlara və saxta münasibətlərə nifrət edirlər. Yenilikləri asanlıqla mənimsəyirlər və onlara uyğunlaşmaqda çətinlik çəkmirlər. Xeyirxahlıqlarına görə bəzən zərərli insanlar tərəfindən asanlıqla istifadə olunarlar. Əkizlərin böyük ünsiyyət bacarığı, inandırmaq bacarığında da özünü göstərir və bu mövzuda da üstün bir nailiyyətə sahibdirlər. Həyatlarının ən əhəmiyyətli cəhətlərindən biri də eyni anda çox şey etmək bacarığıdır. Həyat tərzi ilə özlərini ifadə edirlər. Qərarlarını çox tez və davamlı olaraq dəyişdirmələri, ikili xarakterlərinin ən böyük əlamətidir. Ancaq həmişə orijinal düşüncələrini və qərarlarını saxlayırlar və onları tapmaq çox çətindir və hətta imkansızdır. Günəş bu bürcə qibtə ediləcək dərəcədə bir zəka vermişdir. Əkizlər civə kimidir bir yerdə durmaz. Hava qrupu özəlliyin daşıdığı üçün dəyişkən və gözlənilməz xarakteri olar. Əkizlərin iki və ya üç işi eyni anda birlikdə etməsi çətin deyil, əksinə bu onların həyat prinsipləridir. Eyni zamanda məftunedici, liderliyə qadir, planları üçün narahat olan və narahat olduqları zaman da öz şənliklərin itirməyən nikbin insanlardır. Kəskin zəkalı və ağıllı olduğu üçün intellektual insanlarla münasibət qurmağı, dostluq və ya söhbət etməyi sevir. Qadın əkizlər dayana bilməyən insanlardır. Daimi hərəkətdə olmaq onları xoşbəxt edir. Səyahət etmək və yeni şeylər kəşf etməyi sevirlər. Sevdiklərinə və dostlarına yardım etmək eyni zamanda da onlardan da bu yardım almaq Əkziləri xoşbəxt edən digər səbəblərdən biridir. Danışmağa başlayanda ətrafdakıların hamısı diqqətlərini onlara yönəldər. Əkizlər bürcündə dünyaya gələn adamlar ilk növbədə müşahidəçilik qabiliyyəti ilə seçilirlər. Onlar başqalarının informasiyalarından daha çox öz intuisiyalarına inanırlar. Bu bürcün sakinləri dünyanı olduğu kimi deyil, öz xəyallarındakı kimi təsəvvür edirlər. Məhz bu səbəbdən də əksər hallarda ömürləri boyu reallıqdan kənarda qalır, mürəkkəb prosseslərdə özlərini itirirlər. Əkizlərin ən böyük qüsuru ikili fikrə malik olmalarıdır. Belə ki, onlar lazımi məqamda qərar çıxarmaqda çətinlik çəkirlər. Bəzən hətta son ana qədər baş verən məsələyə münasibət bildirməkdən də çəkinirlər. Əlbəttə ki, bundan əvvəl haqqında yazdığımız Buğa bürcünün sakinləri də öz fikirlərini son məqamda deyirlər. Lakin birincilərdə bu addım təmkinlə, uzaqgörənlikdən irəli gəlirsə, ikincilərdə səriştəsizlikdən və qətiyyətsizlikdən doğur. Yəqin elə bu səbəbdən də bəzi münəccimlər belələrinin etibarlı dost olmadığını israr edir. Əkizlər nadir hallarda zəmanədən şikayətlənirlər. Onların əsas gileyi yalnız insanlar olur. Əgər belə tanışlarınız varsa, yəqin ki, dediklərimizi təsdiqləyərsiniz. Bu bürclərin nümayəndələri həmişə narahat görünürlər. Bəzən hətta cəmiyyətdən təcrid olunub ağır güzəran da keçirirlər. Lakin gələcəyə romantik inam həmişə onlarda yarana biləcək ruh düşkünlüyünün qarşısını alır. Bu bürcdən olan adamlar özləri haqda az və ya yalnız yanlış informasiya verirlər. "Gözümlə görməsəm, inanmaram" ifadəsi də məhz onlar üçündür. Çünki Əkizləri danışıq və məsləhətlə yola gətirmək nadir hallarda baş tutur. Bu şəxslər təcrübələri olmayan heç bir prosesə inanmırlar. Çevik və aktiv olan Əkizlər başladıqları işi axıra çatdırmağa meylli olsalar da, bu istək çox vaxt reallaşmır. Münəccimlər hesab edir ki, bu bürcdə dünyaya gələnlərin qəlbində böyük mərhəmət və xeyirxahlıq hökm sürür. Sadəcə olaraq, bunu üzə çıxarmaqda çətinlik çəkirlər. Bəzən ömürlərinin sonuna qədər sadaladığımız bu mühüm keyfiyyətləri büruzə verə bilmirlər. Əkizlər tənhalıqdan çox qorxurlar. Çox vaxt belə hallardan üzülüb özlərinə qəsd də edirlər. Əkizlərin diqqətini cəlb etmək üçün həmişə yüksək əhval-ruhiyyədə olmaq lazımdır. Onlar daxili aləmini sonacan dərk etmədikləri, sirli, qeyri-adi insanları sevirlər. Əkizlər hər şeylə maraqlanır, fantaziyaları sevirlər. Onlar məşhur insanları, parlaq söhbətləri və əyləncələri olan cəmiyyətə çıxmaq istəyirlər. Bu şəxslərə xas olan uzaqgörənlik və ehtiyatlılıq heç də özünü həmişə doğrultmur. Onlar özləri ilə mübarizə apara, hər iki tərəfə kömək edə və ya aranı qızışdıra bilərlər. Onlar məhz bu cür xarakterə qadirdirlər. Onlar hətta yayda qar da tapa bilərlər. Hər işi bacarmalarına baxmayaraq, Əkizlərin intim əlaqədəki cəhdləri uğursuzluqla nəticələnir. Qadın Əkizlər çoxlu açarları olan vəzifəli şəxslərə qarşı xüsusi ehtiras bəsləyirlər. Bu vəzifəli şəxs bank direktoru, türmə rəisi və s. ola bilər. Bu cür insanlar rəhbər orqanlara keçdikdən sonra Qadın Əkizlər çətinlikləri bəhanə gətirərək, o, rəhbərləri soymaqla məşğul olurlar. Kişi Əkizlər isə bu cür haqsızlığa dözə bilmir, bunun qarşısını almaq üçün əllərindən gələni edirlər. Bu bürcə aid insanlar istənilən mühitdə uğur qazana bilərlər. Lakin əminliklə demək olar ki, onlar heç bir sahəni mənimsəmirlər. Onların karyera qurmaq üçün ən yaxşı şansı musiqidə, ələlxüsus da ədəbiyyat sahəsində olur. Əkizlər maliyyə və kapitalla rəftar etməyi bacarmırlar. Buna görə də pulla bağlı problemlər az qala bütün ömürləri boyu onları təqib edərək çoxlu sıxıntılara, hətta ailə qalmaqallarına da səbəb olur. Onların fəaliyyət göstərməsi üçün nisbətən uğurlu mühit radio, televiziya və dilçilikdir. Həmçinin kapital qoymaq üçün onların ən uğurlu sahəsi kağız istehsalıdır. Bir şeyi də nəzərinizə çatdıraq ki, barəsində yazdığımız bürcün qadınları əzmkarlıq, zəhmətkeşlik baxımından heç də kişilərdən geri qalmırlar. Əkizlər və Oğlaq bürcünün qadınları evlilik həyatında ailə başçısı missiyasını öz üzərlərinə götürürlər. Bəzən də ailəsini təkbaşına dolandırırlar. Ümumiyyətlə, Əkizlərin müəmmalı cizgiləri çoxdur. Bəzən onların halı xarab olanda ətrafdakıların ovqatını səbəbsiz yerə korlayır, müəyyən vaxtdan sonra buna görə təəssüflənib üzr istəyirlər. Fikirlərini konkret bir məsələ üzərində cəmləşdirə bilməyən Əkizlər bəzən nəyisə təhlil edir, hərtərəfli aydınlaşdırır, sonra isə bunu yarımçıq qoyub başqa bir işə girişirlər. Bu xüsusiyyət isə onları başqalarından üstün göstərə bilmir. Bu adamlarda nəzakət və mülayimlik az olur. Əkizlər hətta sevəndə də qısqanclıq və çığır-bağır səhnələrinə davam gətirməkdənsə, qaçmağı vacib sayırlar. Onlar öz hisslərini çox ustalıqla gizlədə bilirlər. Əkizlər bürcündə doğulanların sevgisini qazanmaq üçün əvvəlcə özünüz onlara məhəbbətinizi bildirməlisiniz. Çünki Əkizlər öz sevgisini heç vaxt etiraf etməyəcək, səylə öz hisslərini gizlətməyə çalışacaqlar. Onlar evlilik həyatında, ailədə uşaqları çox sevir, amma onlara qarşı o qədər də diqqətli olmurlar. Əkizlər bürcündə dünyaya gələn adamlar ən müxtəlif peşə qabiliyyətlərinə malik olurlar. Əkizlərdən bacarıqlı vəkil, ticarətçi, katib, hüquqşünas, müəllim, səyahətçi, natiq, filosof, siyasi vasitəçi, bəzənsə fırıldaqçı və oğrular yetişər. Əkizlər bürcü daha çox mətbuat işçisi kimi yararlı olur. Çünki bu adamlar qədər informasiyanı tez qəbul edənlər yoxdur. İdarəedici Əkizlər isə yaradıcı, oyun qaydalarını yaxşı bilən, bəzi hallarda isə hiyləgər olurlar. Ona tabe olanlara mütləq sərbəstlik lazımdır. Bu rəhbərlə şəxsi münasibətləri dərinləşdirmək məsləhət deyil. Yoxsa öz problemlərinizlə onda sizə qarşı ikrah yarada bilərsiniz. Rəhbər Əkizlərlə ehtiyatlı olmağınız da vacibdir. Çünki o, kənar təsirlərə tez uyur, işçiləri haqqında deyilən hər yalana inanırlar. Bu səbəbdən də karyeraya yetişmək istəyirsinizsə, öz giley-güzarınızı bir tərəfə atıb yalnız fəaliyyətlə məşğul olmalısınız. Yaxşı olar ki, müdirinizə yeni ideyalar verəsiniz. Amma yumor hissinizi də dondurmamalısınız.

Hazırladı: Elman Yunis

Mənbə: astroloq.com, kayzen.az və wap.sende.biz