• Əkizlər Bürcündə Doğulan İnsanla Münasibət

Yenilik və Rəngarənglik Aşiqi, Deyib-Gülməyi Sevən, Çox Tez Fikir Dəyişdirən Əkizlər Bürcü ilə Səmimi Münasibət Qurmağın Yolları.

05.02.2020     01:58

Əkizlər Bürcü: 22 May - 21 İyun Tarixində Doğulmuşdur.

Əkizlər bürcündə doğulanların devizi rəngarənglikdir. Onlar heç vaxt istəmirlər ki, nə iləsə uzun müddət bir yerdə qalsınlar, əksinə hər şey barədə həmişə təzə, ətraflı informasiya almağa can atırlar. Onlar üçün konfranslar, telefon zəngləri, video və daim meydana çıxan yeni ideyalar cənnətə bərabərdir. Əslində Əkizlər üçün ən mühüm olan şey fikir və danışıqdır. Onlar həmışə yeni ideya və duyğular aclığı çəkirlər və elə ona görə də yeni-yeni insanlara ehtiyac hiss edirlər. Əkizlərin hər şeyi bilmək marağı ödənmir. Onlar təzə xəbərlər eşitmək və bütün yenilikləri görmək həvəsi ilə alışıb yanırlar. Əkizlər yeni ideyanı hər bir tərəfdən nəzərdən keçirirlər ki, onun nə verəcəyini, hansı fayda gətirəcəyini görsünlər. Digər bürclər üçün Əkizlərlə ünsiyyətə girmək çətindir, çünki onlar dərhal sözün məğzinə çatır, işin mahiyyətini qavrayır və söylənən fikrin sonunu artıq əvvəlcədən tamamlaya bilirlər. Əkizlər təzə informasiya verməyən həmsöhbətə maraq göstərmirlər. Əkizlər işlədikləri kiçik kollektivlərdə darıxırlar və elə ona görə də özlərini mütaliə, tapmaca, krossvord ilə əyləndirirlər. Onlar görüşlərində çox dəyişkəndirlər və səhər özlərini xoşbəxt hiss etdikləri halda, axşam dərin depressiya içində ola bilərlər. Onlar uşaq kimi tez-tez ovqatca dəyişirlər, münasibətləri sabit deyil. Əkizlər əşya və hadisələri müqayisə edərək onlar arasındakı əlaqə və münasibətləri deyil, fərqli cəhətləri daha çox görürlər. Onlar fərqi, müxtəlifliyi sevirlər. "Əkizlər yalançı adamlardır" fikri həqiqətdə düz deyil, çünki, hər şey onların başında, dedikləri söz və ifadələrə münasibətdədir. Əkizlər sözlərlə əylənib oynamaq istərkən heç də kimisə aldatmaq istəmirlər, ancaq hər şey əksinə alınır. Elə şeylər var ki, onu yalnız Əkizlər edə bilər. Məsələn: əllərinə düşən hər şeyi oxuyarlar, qəzet, jurnal, xarici dildə kitab və s. Çoxlarına bu çatmır, ancaq Əkizlər üçün bu çox adidir. Əkizlər boş vaxtlarında darıxırlar və mütləq nə iləsə məşğul olmalıdırlar. Onlar eyni zamanda qəzet oxuyur, televizora baxır və həm də dostları ilə zəngləşirlər. Əkizlər qeyri-adi dərəcədə istedadlıdırlar. Onlar hazırcavab və yaxşı nağılçıdırlar, lakin sentimental və emosional deyillər. Əkizlər başqalarının nə deməsi və necə düşünməsi ilə həmişə maraqlanırlar. Ola bilər ki, onlar razılaşmasınlar, ancaq özlərindəki fikir və münasibətlərlə mütləq müqayisə aparmalıdırlar. İkili təbiətə sahib, əldə ovucda tutulması çətin, kompleks, ziddliklərlə doludur. Dəyişkəndir, iki üzü vardır və hava kimi dəyişkən təbiətlidir. Əkizlər gəncliyin, ünsiyyət, zəkanın və uşaqlığın planeti Merkuri tərəfindən idarə olunur. Onlar bir az uşaq, bir az yetkin kimidir və bu halları həyatları boyunca çox dəyişməz. Özünü yaxşı hiss etdiyi, işləri yolunda getdiyi zaman Əkizlərin dadından doymaq olmaz. Son dərəcə cazibədardır, hər kəsi ovsunlayar. Ancaq özünü pis hiss etdiyində, işlərin yaxşı getmədiyi zamanlarda hər şey dəyişər. Şərtlər onların istədiyi kimidirsə, bir uşaq kimi şən, canlı, həyat dolu və xoşbəxtdirlər. Ancaq tərs vəziyyətlərdə, təbiətlərinin o biri yanı ortaya çıxar və eqolu, narahat və mübahisəçi olarlar. Əkizlər istər praktik olsun, istər olmasın, istər nəticə olsun, istər olmasın hər cür yeni proyektə atılar. Çox da üzərində düşünməz. Çünki təbiətlərinin davamlı yeniliyə ehtiyacı vardır. Bir proyektdən bir başqasına atladıqları çox görülər. Bunu da çox ciddi məqsəd güdmədən edər. Eynilə çiçəkdən çiçəyə uçan bir kəpənək kimidirlər. Həyat onlar üçün daim yeni, təzə şeylərlə dolu olmalıdır. Təkrarlanan şeylərdən nifrət edər. Çayı keçərkən at dəyişdirmək, Əkizlərin xüsusiyyətidir. Xüsusilə hər hansı bir mövzuda qərar vermələri lazımdırsa, tam bir qərar almışkən, tamamilə fikir dəyişdirib başqa bir istiqamətə yönələ bilərlər. Sabit düşünmə qabiliyyətindən məhrum olduqlarından, çox vaxt itirəcəkləri iddiaları boynuna götürdükləri də olar. Təbiətlərinin şəfqətli, nəzakətli, mehriban, comərd yanı da vardır. Yoxsulları düşünən, onlar üçün əzab çəkən insanlardır. Daim dəyişən bir quruluşa sahib olduqları üçün bəzən "pis insan" görüntüsü yaradarlar. Təbiətlərindəki ikililik eşqdə də onlardan əl çəkməz. Əkizlərin bir tərəfi romantik olaraq, sevgilisinə dərindən bağlıykən digər tərəfi bu romantikliyə düşməndir. Bu xasiyyət onları romantik mövzularda zaman-zaman geriyə çəkilən biri edər. Sanki bir başqasının həyatını izləyirmiş kimidirlər və bu da sevgilisinin çaşmasına və əzab çəkməsinə səbəb olur. Əslində heç bir şeyi çox ciddi qəbul etməzlər. Eşqdə də duyğularının keçici sıxlığı çox uzun sürməz. Ümumiyyətlə yeniliyə düşkün, bir az səthi, havalı və eşqbazdırlar. Bu hallarıyla dostlarına və sevdiklərinə verdikləri ağrını çox fərq etməzlər. İntriqanı sevərlər və bir dəfə ovlarını tutdularmı bütün maraqları itər və yeni bir ovun arxasınca düşməkdə tərəddüd etməzlər. Çox ciddi olmayan vəziyyətlərdə əyləncəli, ağıllı bir yoldaşlardır. Ən pis anlarında belə kobud və tamamilə anlayışsız, darıxdırıcı deyillər. Səthi görünüşlərinin altında daim bir aktyorluq yönü tapılar. Parlaq, ağıllı və mübahisəçidirlər. Boşboğaz, öyünən, dedi-qodu, qeybətçil, yalançı və hiyləgər olduqları da doğrudur. Ümumi xüsusiyyətləri özlərini etibarsız bir insan halına soxsa da, Əkizlər ümumiyyətlə həyat yolunda müvəffəqiyyətə çatarlar. Dildə, danışıqda, yazıda son dərəcə manipulyativ bir qabiliyyətləri vardır. Bu səbəblə mükəmməl müzakirəçi, diplomat, vaiz, müəllim, yazıçı, şair, jurnalist ya da vəkil ola bilərlər. Zəkalarını qıdıqlayan hər cür iş onlara uyğundur. Tərəfsiz, məntiqli, şüurlu və analitik ola bildikləri üçün xüsusilə kimya və astronomiya sahəsində yaxşı bir elm xadimi olmaları da çətin deyil. Sənət mövzusunda musiqi, şəkil və heykəl onlara uyğundur. Şübhəçi tərəfləri onları yaxşı bir araşdırmaçı da edər. Ünsiyyətcil insanlar olduğundan onlarla münasibət qurmaq bir o qədər çətin deyil. Diqqətlə sizə qulaq asacaqlar. Maraqlı qeybəti, dedi-qodunu çox sevirlər. Özləri də bununla məşğul olurlar. Əkizlərin diqqətini çəkmək üçün yüksək fantaziyaya malik olmalısız. Onları ilk görüşdə teatra, rəsm sərgisinə, konsertə dəvət etsəniz, ürəklərincə olar. Əkizlərin qohumlarına qarşı yüksək diqqət nümayiş etdirin. Göstərdiyi şəkillərə xüsusi maraq bildirin. Onlar haqqında olan məlumatlara diqqətlə qulaq asın. Əkizlər bunu qiymətləndirirlər. Əkizlər yeməyə, təmizliyə, bahalı alış-verişə tələbkardırlar. Onların ürəyinə yol mədədən yox, başdan, ağıldan keçir. Yaddan çıxarmayın ki, ömür boyu Əkizlərlə xoşbəxt yaşamaq üçün intellektual baxımdan maraqlı olmaq lazımdır. Əkizlərlə münasibət qurulmazdan əvvəl söhbət üçün təzə ən maraqlı xəbərləri, elmi və ya siyasi-sosial, məişət xarakterli məlumatları bilmək lazımdır. Gün rejiminə riayət etməyən, bəzən söz verib unudan insanlardır. Onlar çətin ki, evin təmiri ilə məşğul olsunlar, amma təmirçi ustanı məzəmmət etməyi, göstəriş verməyi xoşlayırlar. Qadın Əkizlər isə hətta evinin pəncərəsini belə silməyi özünə rəva bilmir. Onları əla aşpaz adlandırmaq olmaz. Restoranda yemək sifariş etməyi üstün tuturlar. Pul qazana bilirlər. İşləri ilə məşğul olduqları zaman çalışın onlara mane olmayasız. Yeniliyi, təzə əşyaları sevdiklərindən, Əkizlər mağazalara getməyi, alış-veriş etməyi xoşlayırlar. Qonaqpərvərdirlər. Əkizlər yaşayan evə qonaq gələn şəxslər heç vaxt narazı getmirlər. Özləri də qonaq getməyi sevirlər.

Hazırladı: Elman Yunis

Mənbə: astroloq.com, kayzen.az və wap.sende.biz