• Əqrəb Bürcü Haqqında Ətraflı Məlumat

Əqrəb Bürcündə Doğulan İnsanlar 24 Oktyabr - 22 Noyabr Tarixində Doğulmuş və Ən Kinli, Sabit və Seksual Bürclərdir.

01.02.2020     04:05

Əqrəb Bürcü: 24 Oktyabr - 22 Noyabr Tarixində Doğulmuşdur.

Əqrəb bürcündə dünyaya gələn adamlar öz xüsusiyyətlərinə görə, 2 sinfə bölünürlər: 
1) Mistiklər: Bu sinifə aid Əqrəblər hər şeyi ilahiyyatla bağlayır, dini inancları daha çoxdur. Bu sinifə daxil olan Əqrəblər "Əsl Əqrəb" xarakterinə malik insanlar deyillər. Onlar daha çox Xərçəng bürcü kimi dindar bir xarakterə malikdirlər.
2) Materialistlər: Bu sinifə aid Əqrəblər isə "Əsl Əqrəb" xarakterinə malikdir. Əsasən, fağır və sakit görünsələr də, öz məqsədləri uğrunda hər şeyə gedirlər. Hətta onlar kədər və sıxıntı içində yaşasalar da, özlərinin şəxsi maraqları xatirinə buna dözürlər. Əqrəblər daim narahatlıq hissi keçirən adamlardır. Bu bürc altında dünyaya gələnlər çatışmaz hərəkətlərini, o cümlədən hiyləgərliklərini çox ustalıqla gizlədə bilirlər. Onların nə istədiyini, hansı addımı atacaqlarını özləri deməsə, təyin etmək çətindir. Əqrəb bürcündə doğulanlar ətraflarında baş verən hadisələrdən tez nəticə çıxarır və özləri üçün ölçü götürməyi ustalıqla bacarırlar. Belələri ətrafda baş verən hadisələri taraz saxlamağa çalışan, xaraktercə qapalı və küskün adamlardır. Onların psixoloji dəyanəti və bol enerjisi imkan verir ki, dağı-dağ üstünə qoysunlar. Buna baxmayaraq, Əqrəblərin mənfi yanları da kifayət qədərdir. Belə ki, onların məsuliyyətsiz addımları ucbatından nəinki özləri, hətta ətrafındakılar da zaman-zaman əziyyət çəkirlər. Hisslərə qarşı həssas olan bu adamlara qarşı xəyanət olunarsa, stressdən ölə də bilərlər. Onların yaddaşı yalnız 30-35 yaşa qədər normal olur. Sonrakı dövrlərdəsə bəzən yarım saat əvvəl gördükləri işlər də yadlarından çıxır. Bu bürcün xarakteri çox zəngindir. Onlarda yüksək enerji, diribaşlıq, güc və diqqəti cəlb etmək bacarığı var. Amma onların amansızlığı, tündməcazlığı və bir qədər kobudluğu da olur. Bu şəxslər böyük enerjiyə malikdirlər. Digərləri ilə müqayisədə daha məhsuldar çalışırlar. Lakin başlanmış işi axıra çatdırmadan, nəticəni görmədən işi məhv etmək də onlara xas bir şeydir. Əqrəblərdə psixiatr və cərrah, həmçinin hərbçi olmaq istedadı var. Onlar özlərinə qarşı səxavətli, digərlərinə qarşı xəsisdirlər. Həmişə özlərinə qarşı tələbkar olurlar. Bu adamlar hər zaman hədiyyələri qəbul edir, lakin eyni qaydada hərəkət etməyi, kiməsə hədiyyə almağı ağıllarına belə gətirmirlər. Pul onlar üçün hakimiyyət və nüfuz rəmzidir. Məhz buna görə Əqrəblər pulu çox sevirlər. Əqrəb daima özünü və ətraf mühiti dəyişən, daxilənsə çox emosional şəxsiyyət kimi izah olunur. Onun içində güclü emosiyalarla müşaiyət olunan psixi dəyişikliklər baş verir. Lakin çox qapalı olduğundan bütün bunları hiss etdirmir. Əqrəblərin hamısı qapalıdır, bu səbəbdən də az qala heç kəs onların daxili aləmindən, emosiyalarından, özünə hörmət və ləyaqət hisslərinin mahiyyətindən xəbər tutmur. Belələrinin gözəl ixtiraçılıq qabiliyyəti var və bacarıqlarından yararlanıb insanları idarə edə bilirlər. Amma onlar bütün bunları özləri üçün edirlər. Danılmaz bir həqiqət də var ki, şəxsi maraq güdən Əqrəb çox asanlıqla məhrumiyyətlərə uğrayır. Ali Əqrəb hər cür şərdən uzaq olan fərddir. O, şərdən birbaşa Tanrı tərəfindən qorunur. Bu insanın ətrafında güclü magik sahə yaranır ki, bu sahəyə düşən ən pis adam belə günahlarını etiraf etmək, tövbə etmək istəyir. Bu zaman insan qəfil həyata daha ciddi yanaşmağa, həqiqətpərəst olmağa, xeyirxahlığa doğru güclü impuls hiss edir. Əqrəblər həm də şəri neytrallaşdırıb yerində xeyir cücərtmək istəyirlər. Eyni zamanda Əqrəblərin mənfi xüsusiyyətləri geniş şəkildə izah olunur. Qeyd olunur ki, öz məqsədlərinə nail olmaq üçün həmişə vəzifəyə can atan Əqrəblərlə daimi ünsiyyət qurmaqdan çəkinmək lazımdır. Çünki hücum üçün onların silahları həmişə hazır vəziyyətdə olur. Zahiri görünüşdən çox cəlbedici, gözəl olmalarına baxmayaraq, qadın Əqrəblər əsl cadugər olurlar. Onlar ağlasığmaz, qeyri-adi hərəkətlər törətməkdə mahirdirlər. Klassik astrologiyada Əqrəb cəhənnəmi, kini və şiddəti təmsil edir. Elə isə Əqrəb - təbəssümlə insanları yoldan çıxaran bir şeytandır? Əlbəttə xeyr! Əqrəb, şübhəsiz ki, şeytan deyil, amma insanları pis hərəkətlər etməyə məcbur edən xüsusiyyətlərə malikdir. Əqrəb Plutonun təsiri altındadır. Pluton isə bütün planetlərdən fərqli olaraq, 6-cı hissi güclü olan insanların planetidir. Əqrəblərin həyatındakı ən vacib motiv ehtiraslarının atəşidir. Duyğularının idarəsini itirərlərsə, özlərin belə zəhərləyib məhv edə bilərlər. Əqrəblərin həmişə ifrat vəziyyətə düşmə ehtimalı var. Heç bir bürc Əqrəblər qədər, pis işlərdə yaxşı nailiyyətlər əldə etməyə qadir deyil. Əqrəbin ehtirası cinsəllikdən qaynaqlanır. Əqrəbin cinsəlliyi bədəninə ən saf və ən incə formada uyğunlaşıb. Saf və tam inkişaf etmiş bir Əqrəb bütün bürclərin ən təsir edici bürcüdür. Deyildiyi kimi, Pablo Pikasso da Əqrəbdir. Əqrəblər həqiqəti tapmaq yolunda sonsuz arzularla doludur və arzularına qapılıb, özləri və digər insanlar barəsində diqqətsiz olurlar. Bu bürcdə bir çox dahi insan doğulmuşdur. Əqrəblər inandığı şeylərdən vaz keçmir. Bunu tarixlə də isbatlaya bilərik. Məsələn: Hitlerin təbliğat naziri Geobbels də bu bürcdə doğulmuşdur. Geobbels də Əqrəblərin əsas xüsusiyyətlərinə sahib idi: İdarəçi, inadlı, sabit, güclü, özünə inam, kəskin zəka və cəsarət. Hətta Hitleri bəzən Geobbels idarə edir desək heç də yanılmarıq. Geobbels-in Hitlerə olan ilahi sevgisi onu dünya tarixinin ən vicdansız liderlərindən biri etdi. Almaniya müharibəni uduzub təslim olarkən Geobbels də "Kapitan batan gəmisin tərk etməz" deyərək, 6 uşağı və arvadı ilə birlikdə intihar etdi. Bu məğlubiyyəti qəbul etməkdənsə ölməyi seçmək və fikirlərinə və inandıqlarına sonsuzadək bağlı olmağın göstəricisidir. Bu nümunəni ona görə çəkdik ki, Əqrəblər inandıqlarına son nəfəslərinədək bağlı olur, bu da Əqrəbin özün məhv etməsinə gətirib çıxarır. Əqrəb bir insanı incidirsə, bu özünə olan acımasızlığın, rəhimsizliyin əlamətidir. Bu tanınmış Əqrəbin həyat hekayəsindən sonra gəlin bu bürcün xarakterini açaq: "Ən mürəkkəb yol varkən niyə sadə yolu seçməliyəm?" sözü Əqrəbin həyatından bəhs edir. Bu sözdə də ağıl küpünün zəhərli fikirlərini görmək olar. Hərşey məhv olsa da, Əqrəb halından məmnundur. Müzakirələr, döyüşlər, qələbələr və ya məğlubiyyətlər bütün bunların hamısı Əqrəb bürcünə aiddir. Bu insanlar doğulandan ölənə qədər savaşçıdır. Həmişə həqiqi bir insanla savaşmasalar da özləri ilə savaşırlar. Həyat Əqrəb üçün bir təcrübə sahəsidir. Ölmək və ya yaşamaq onun üçün maraqlı deyil. Etdiyi hər şeyi çox ciddi qəbul edir. Qətiyyətləri ilə çəkilmiş bir məqsədləri var. Yolunda olan hər şeylə mübarizə aparır və mümkünsə məhv edir. Başqalarının oyunlarını pozar, hiylə və fırıldaqlarını açmağı xoşlayar. Heç kim onları aldada bilməz. Bütün fırıldaqçıları və yalançıları dərhal görür. İnsanın içini oxuyan baxışları ilə hərşeyinizi bilir və Siz onun qarşısında özünüzü çılpaq hiss edirsiniz. Ancaq Əqrəbləri çox az adam tanıyar. Kimsə onun şəxsi işinə müdaxilə edə bilməyəcək. Dolayı yolla həmin adamı mütləq zəhərləyəcək. Özünə çox inamlı görünən Əqrəbdə də olan bu təkəbbür və eqo əslində "duyğusal ürəyini" gizlətmək üçün bir örtükdür. Bütün insanlar kimi, Əqrəb də sevilmək istəyir. Müstəqilliyi sevsə də, yalnızlıqdan əzab çəkir. Əqrəb, öz xasiyyətin yaxşı bilir və kimsənin bəyənib, sevməyəcəyindən o qədər əmindir ki, onu sevənlərə və hərşeyə qarşı şübhə ilə yanaşır. Ancaq Əqrəb həqiqətən sevildiyini hiss edərsə, ən ehtiraslı və güclü aşiq olar. Kimsə qəlbin Əqrəb kimi danışdıra bilməz. Bütün dost və tanışları emosional problemlərin Əqrəblərə danışarlar. Hətta Əqrəbin istəmədiyi şeyləri belə daha çox detallı şəkildə danışarlar. Hamısı Əqrəbin xilaskar roluna girib, onlara yardım etməsin istəyir. Ancaq bu rol Əqrəblər üçün ağır sarsıntıdır. Bu yardımsevər və dinləyici "hobbisindən" vaz keçib bir psixiatr və ya psixoloq olsa özü üçün daha çox yaxşılıq etmiş olar. Dostlarının problemlərinə göstərdiyi anlayışın əsas səbəbi Əqrəblərin də zamanında bu "cənnətli-cəhənnəmli" yollardan keçmiş olmalarıdır. Əqrəblər hər şeydə uğurlu ola bilər. Başqa bir bürc bu qədər üstünlüklər ilə doğulmamışdır. Ən uğurlu idmançılar, aparıcı elm adamları və dahi sənətkarlar Əqrəbdir. Bəli, acımasız və rəhimsizdirlər, amma yaradıcılığı onları sənət adamlarına aparır. Həyat Əqrəb bürcünə bizim anlayış hədlərimizi aşan, sahib ola bilmədiyimiz özəl düşüncə və bacarıqlar verib. (deyilənə görə: Həzrəti Məhəmməd Peyğəmbər) və Martin Luther, kimi böyük dini liderlərin də Əqrəb bürcündən olması təsadüfi deyil. Orta əsrlərdə Əqrəblərə diaqnostika həkimi, cərrah, müəllim, məhkəmə işçisi olmağı məsləhət görürdülər. Bununla yanaşı, sərkərdə, fəal mafiya üzvü, detektiv, psixoloq, siyasi xadim bir sözlə araşdırma və savaş peşələri onlar üçün daha uyğundur.

Hazırladı: Elman Yunis

Mənbə: astroloq.com, kayzen.az və wap.sende.biz