• Əqrəb Bürcündə Doğulan İnsanla Münasibət

İnsanların Fikirlərin Peşəkar Bir Falçı Kimi Oxuya Bilən, 6-cı Hissi Güclü Olan, Sabit və Kinli Əqrəb Bürcü ilə Münasibət Qurmağın Yolları.

05.02.2020     03:21

Əqrəb Bürcü: 24 Oktyabr - 22 Noyabr Tarixində Doğulmuşdur.

Bir Əqrəblə birlikdəsinizsə, hər şeydən əvvəl ondan heç nəyi gizlədə bilməyəcəksiniz. Çünki beyninizin ən dərinliyinə qədər Sizin fikirlərinizi oxuya bilir. Zatən ondan bir şey gizlətmənizə gərək yoxdur. Çünki bürclər içində Əqrəb qədər yaxşı sirr saxlayan ikinci bir bürc yoxdur. Sirli şeyləri dinləmək və sirləri saxlamaq onların hobbisidir. Etibarlı və keyfiyyətli insanlardır. Heçvaxt yalan danışmaz və yalan danışan insanları da anında fərq edib, onları ifşa etməkdən zövq alarlar. Dedi-qodu sevməz və dedi-qodu edən insanları dinləməzlər. Sözü acı ya şirin olsun, birbaşa üzə deyərlər. Əqrəb kişisi və ya qadını dözülməz bir həyat yoldaşıdır. Çətin ki, bu dünyada kimsə onların qısqanclığına tab gətirə bilsin. Bir Əqrəbin qısqanmasına səbəb olmadıqda onunla dünyanın ən xoşbəxt insanı ola bilərsən. Çünki sevdiyi insana və ya dost tanışına çox bağlı insanlardır. Bağlı və sadiq olmasına baxmayaraq, Sizi davamlı sınayar və xoşuna gəlmədiyi xasiyyətinizi dəyişməyə məcbur edər. Əqrəblə yola getməyin tək yolu, onunla dürüst və səmimi olmağınız, eyni zamanda onu Lider seçmənizdir. Çünki, Əqrəbləri idarə edə bilməzsiniz, əgər fikirləriniz ortaqdırsa Sizinlə razılaşar, ortaq deyilsə razılaşmayacaq. Siz onları idarə etdiyinizi düşünərsiniz, lakin Sizin xəbəriniz olmadan, Əqrəb Sizi idarə edir. Siz onu seçməzsiniz, o Sizi səmimi və dürüst olduğunuz üçün seçəcək. Çox sabit və ehtiraslıdır. Bu ehtiras tək sekslə bağlı deyil, o hər şeyə ehtirasla bağlıdır. Maraqlı insan və ya ehtiraslı bir aşiq olduğu üçün ondan ayrıla bilməniz çox çətindir. Onlar əsasən uzun müddət güvəndiyi və yaxından tanıdığı insanlarla yaxın dostluq və ya sevgi bağı qura bilərlər. Əqrəb bürcünün ən böyük çətinliklərindən biri də güvənmələridir. Statistika göstərir ki, orta yaşa çatmış bir Əqrəbin dost-tanışları illərdir onlarla birgə olan insanlardır və bu insanlar Əqrəblərin güvən sücgəcindən özləri də bilmədən keçiblər. İnsanlara güvənmədiyi üçün yeni tanışlıqlara can atmır. Onların ətrafında həmişə köhnələr, keçmişdən tanıdıqları insanlar olar. Bir Əqrəb söz verdisə sonuna qədər sözündə qalacaq. İnsanların hekayəsin sonuna qədər dinləyib sonra fikrin söyləyər. Hirsli olmadığı zaman çox mərhəmətli və düşüncəli davranar. Əslində çox səbirli və təmkinlidirlər, onları hirsləndirmək çox çətindir. Əqrəb bürcünün məqsədi başqasının qərara gəlməsini, bu qərarda qalmasını və inkişafını təmin etməkdir. Ağıllı və məntiqli məsləhət verən insanlardır. İnsanlar arası əlaqələrdə, satış işlərində, bazarlıqda çox yaxşıdırlar. Nəzarət etmə istəyi üzündən qısqanc və mühafizəkar ola bilər. Əqrəb bürcündən bir çox insan yaxşıdır, hətta çox yaxşıdır, amma hirslənincə qorxunc tiplər ola bilərlər. Onun fikirini dəyişdirməniz qeyri-mümkündür. Əqrəb bürcünün əsas xüsusiyyəti onun sabit olmasıdır. Bürclərin də ən sabiti də elə Əqrəblərdir. İnsanlar əqrəb bürcünün bəzilərinə "inad" deyirlər. Əslində bu tip əqrəblər doğru bildiyi şeylərə sonuna qədər sadiq qalır və bu da insanlar arasında "inaddır" fikrini oyadır. İnadçı damğası vurulan Əqrəblərin doğru bildiyi şeylər çox zaman doğrudur. Çünki digər bürclərdən fərqli olaraq, tanrı onlara 6-cı hiss və analiz etmə bacarığı verib. Yenə bu xüsusiyyətinə baxmayaraq sevdiklərinə və dostlarına çox bağlıdır. Solğun, sarımtıl və qara qabaq görüntü bu bürcün simvolu hesab olunur. Əqrəblər bütün bürclər içində: ən iradəli, kinli, vicdanlı, acımasız, qapalı, qısqanc və seksual bürcdür. Ancaq çox qapalı olduqları üçün Siz bu xüsusiyyətləri fərq etməzsiniz. Ümumiyyətlə Əqrəblər son dərəcə idarəli və sakit görünərlər. Ancaq bu sakitlik aysberqin görünən üzüdür. Əqrəblər ənənəvi ictimai mühitlərdə: zövqlü söhbətlər edən, qürurlu, bir azda içə dönük, cana yaxın və nəzakətli insanlar olaraq görünərlər. Əqrəb bürcündə doğulan insanlarla ünsiyyət yaratmaq, dil tapmaq üçün müəyyən bacarığa malik olmaq lazımdır. Əqrəblərin xarakterində bir neçə xüsusiyyət var. Onlar hər şeyin ağası olmaqla yanaşı, həm də başqalarında iradəni qiymətləndirirlər. Əqrəb bütün münasibətlərdə Lider olmağı sevir. Bəyənmədiyi, onun fikriycə layiq olmayan, diqqətini çəkməyən insanla ünsiyyətə girmirlər. Əqrəbin diqqətini çəkmək üçün mütləq ondan məsləhət alın. Əqrəblər çox gözəl məsləhətçidir və məsləhət verməkdən heç yorulmazlar. Əqrəbləri tərifləyərək onların diqqətin çəkmək yerinə onun zəhləsin tökə bilərsiniz. Əqrəblər çox vaxt sakit oturmağı sevirlər. Onlar sizə diqqətlə qulaq asıb, yeni informasiya almaq istəyirlər. Onunla söhbət zamanı siyasət, hava haqqında danışmayın və ya kiminsə dedi-qodusun etməyin. O, sizinlə söhbət xatirinə söhbət edəcək. Onları maraqlandıran mövzu haqqında danışmağa çalışın. Əgər siz Qadın Əqrəblə restoranda, qonaqlıqda tanış olmusunuzsa, onda Siz onlara şahlara qulluq edildiyi kimi qulluq göstərin. Onlar bunu nəzərindən qaçırmayacaqlar. Əgər Qadın Əqrəbə hədiyyə almaq istəyirsinizsə, onda yadigar qalan bir şeylər alın, eyni zamanda gülləri də unutmayın. Söhbət əsnasında kobudluğa və kəskin sözlərə yol verməyin. Onların keçmişi ilə çox maraqlanmayın, onsuz da danışan deyillər. Öz keçmişinizi də qabarıq şəkildə gündəmə gətirməyin. Belə ki, gələcək münaqişələrdə Əqrəb üçün fakt ola bilər. Əqrəblər də bu faktlardan çox gözəl istifadə edib Sizin üzünüzə şillə kimi vuracaqlar. Ümumiyyətlə, çalışın Əqrəbləri qısqandırmayasız. Onları tənqid atəşinə tutmayın, bunu xoşlamırlar. Narazılıqları yumşaq formada söyləyin və ya zarafata salın. Ona əmr yox həmişə xahiş edin. Ona yaltaqlıq da etməyin, o, Sizi yaltaqlıq etdiyiniz üçün alçatmayacaq, sadəcə Sizi dəyərsiz biri kimi görəcək. Kinli və sabit fikirli olduğu üçün Sizin etdiyiniz bu yaltaqlığı heçvaxt unutmayacaq. Söz vermisinizsə, mütləq əməl edin. Təyin olunmuş yerə gecikməyin, yoxsa gəlib görəcəksiz ki, Əqrəb çıxıb gedib.

Hazırladı: Elman Yunis

Mənbə: astroloq.com, kayzen.az və wap.sende.biz