• Oğlaq Bürcü Haqqında Ətraflı Məlumat

22 Dekabr - 20 Yanvar Tarixində Doğulmuş Oğlaq Bürcü Ən Dözümlü, Sakit və Pessimist Bürcdür.

01.02.2020     04:07

Oğlaq Bürcü: 22 Dekabr - 20 Yanvar Tarixində Doğulmuşdur.

Oğlaq bürcü Torpaq qrupudur və Saturnun himayəsi altındadır. Tərs, inadcıl və ağıllıdır. Oğlaq bütün bürclər içində istər fiziki, istərsə də mənəvi cəhətdən ən dözümlüsü və davamlısıdır. Hisslərini gizlədəndir, üzə vurmasa da şöhrətpərəstdir. Real həyatla yaşayır, işləməyi bacarır və xoşlayır. Hədsiz bir qüvvə ilə müvəffəqiyyətə can atır. Böyük səbirlə və hədsiz inadçıllıqla bütün maneləri aşaraq addım-addım, pillə-pillə məqsədə doğru gedir. Heç bir şey Oğlağı həvəsdən salıb yolundan döndərə bilmir. Oğlaq hələ gəncliyindən öz qarşısına məqsəd qoyur və ömrü boyu о məqsədə doğru gedir. Oğlaq işdə də belədir. O, sxem quraraq işi qabaqcadan avtomatlaşdırır, təfərrüatı müəyyənləşdirir, səliqə-səhman yaradır ki, sonra xırda-para işlərə vaxt sərf etməsin. Sənayenin bütün sahələrində gözəl işçidir. Oğlaq bürcü istedadlı dövlət xadimidir. Oğlaq bürcündə dünyaya gələnlər həmişə hörmət qazanırlar, lakin onlara yaxınlaşmaq çətindir, çünki qapalıdırlar, onları açıq söhbətə çəkmək mümkün deyildir. Oğlaq ənənəni, ədəb-ərkanı, sabitliyi xoşlayır, müəyyən məqsədi olmadan qərar qəbul etmir, tez qızışan və ehtiyatsız iş tutan deyildir. Zahirən təkəbbürlü görünsə də, daxilən öz tənhalığından əzab çəkir və ətrafda olan adamların rəğbətini qazanmaq istəyir. Çox vaxt həssas və utancaqdır, lakin bunu böyük səylə gizlədir. Məğrurluğu onun üçün açıq-aşkar əzab-əziyyət mənbəyinə çevrilir. Oğlaq parlaq zəkaya və gözəl yaddaşa malikdir, lakin onu mühafizəkarlıq və xırdaçılıq təhlükəsi gözləyir. Yaxşı inzibatçı, mühəndis, alim, siyasətçi, iqtisadçı ola bilər. Ömrünün ikinci yarısı adətən birinci yarısından xoş keçir. Ümumiyyətlə evlənmək qərarına gəlsə də, bir qayda olaraq gec evlənir. Subayların əksəriyyəti bu işarə altında dünyaya gələnlərdir. Oğlağın həyatı iki dövrə bölünür. 30 yaşdan əvvəl və sonra. Bu yaş, Saturnun doğuş zamanı təsirli olduğu dövrdür. Bu planetin Günəş ətrafında yuvarlaqlaşması üçün 29 il 167 gün lazımdır. İlk 30 ildə Oğlaq axtarışda olur. 30 yaşa qədər Oğlaq özünə əmin deyil və erkək keçi qədər şıltaq və təhlükəlidir. 30 yaşından sonra Oğlaq gənliyində qazandığı təcrübələrindən dərs alır. Oğlaq 30 yaşdan sonra öz yolun tapır və özünə əmin olur. Onun peşəkar nailiyyətləri çox gec ortaya çıxır. Bu yaşdan sonra həyatı ciddi qəbul edir. Kənardan baxınca Oğlaqlar inamlı, güclü, sarsılmaz görünsə də, içərisində qayğı, sevgi tələb edər. Xəstəlik dərəcəsində həssasdır və özünü dünyadan təcrid edər. Hisslərini göstərmək bu bürcdə doğulanlar üçün həkim peşəsinin çətinlikləri ilə müqayisə edilə biləcək dərəcədə çətin məsələdir. Oğlaq, vasvasılığı ilə tanınır, hər şeyə çox ciddi yanaşır. Verdiyi vədləri vaxtında yerinə yetirən, etibar edilə bilən biridir. Yalan, riyakarlıq və iki üzlülük onun üçün şeytan işidir. Onların idealları reallıq, dəyərlər, təbiilikdir. Süni olan hər şeyə nifrət edir. Çox insan Oğlağın bu vasvasılığından bezir. O da bunu bilir və üzülür. Ağır tənqiddən çox təsirlənir və tez reaksiya verərək zəif nöqtələrin ortaya çıxarır. Kimsə Oğlağa qarşı çıxmalı deyil. Eyni zamanda birlikdə olduğu insanların zəifliklərindən də söz-söhbət etməyi xoşlayır. Buna görə düşməni də çox olar. Oğlağın şans mələyi zamandır. Bütün rəqiblərinə zamanla qalib gələr. Onlar zamanı çox yaxşı istifadə edərlər. Bir cəhdin necə ediləcəyin çox yaxşı bilir və bu xarakterin işdə və sevgidə istifadə edir. Oğlağı izah edən əsas kəlimə "ƏZİMDİR". O məqsədinə çatana qədər əzmlə mübarizə aparır. Oğlaqlar bütün işlərini vasvasılıqla edər. Qərarları həmişə ifratdır, ayrıseçkilik yoxdur. Oğlağın zəifliyi təkəbbürdür. Dünyanı müharibədən, anarxiyadan və mənəvi çöküşdən xilas etmək istəyən insanlar həmişə bu ulduz falıda doğulur. Etiraza dözə bilmir. Hava çirkəndirəni belə cəzalandırmaq üçün hərşey edər. Oğlaq bürcü tolerantlığı olmayan bir bürcdür. Ona qarşı çıxanlara dözə bilmir. Onun ağlına və savadına xitab edin və bu xoş sözlərdən sonra Oğlaq biraz gülümsəsə, artıq təhlükəli deyil. Oğlağın özünə xas vərdişləri olur və öz yolu ilə gedəndə özünü xoşbəxt hiss edir. Cəmiyyətdə mehriban və xoş söhbət bir adam kimi tanınar. Qoç bürcü kimi özünü tez ortalığa atmaz. Ona yaxınlaşmaq asan deyil, ancaq onunla dost olsanız, bütün bürclər içində Oğlaq kimi sədaqətli dost tapa bilməzsiniz. Oğlaq bürcün idarə edən Saturn ağır iş, gərgin əmək hesabına olsa da onların lap sonda, nəhayət öz məqsədlərinə çatmaqlarını təmin edir. Əksərən onlar soyuqqanlı, ifrat həyəcan keçirməyən, ora-bura vurnuxmayan, münasibətlərdə mülayim insanlardır. Oğiaqlarda sanki hissiyyat yoxdur, ancaq əslində, onların hiss və duyğuları üzdə deyil, dərinlikdə olur. Onlar bilirlər ki, nə istəyirlər, həm də bilirlər ki, tez həyəcanlanıb başını itirməyin xeyri yoxdur. Oğlaqlar beş və ya on il sonra harada olacaqlarını, nə edəcəklərini planlaşdırırlar. Oğlaq belə hesab edir ki, işdə onun yeri yüksəkdir. Bu yeri tutanda hamı ona hörmət edəcək. Hakimiyyət, mövqe, reputasiya Oğlağın istədiyi bunlardır. O, bununla bağlı məsuliyyəti öz üzərinə götürüb işləri görə bilər. Oğlaq təkcə 10 və ya 20 il əvvəli görmək qabiliyyətinə deyil, həm də əvəzedilməz zəhmətkeşliyə malikdir. Oğlaq başqa bürclərdəkilərə nisbətən daha dözümlüdür, uzun müddət işləyə bilir. O, öz məqsədinə çatmaq üçün illərlə də çalışmağa hazırdır. Oğlaqlar hər şeyə çox ciddi baxırlar. Onlar gündəlik boş söhbətlərə çox da meyilli deyillər, lakin çox güclü, məqsədyönlü, qətiyyətlidirlər. Dostlar arasında olanda yumor hissini göstərirlər. Oğlaqlar işlədikləri kimi də əylənirlər. Onlar bahalı oyuncaqları, təm-təraqlı geyimləri, saat, üzük və alışqanı xoşlayırlar. Şöhrətpərəst, zəhmətkeş, məqsədyönlü Oğlaq axırda qalib gəlir, çünki öz yolundan qırağa çıxıb ötəri, ikinci dərəcəli işlərlə məşğul olmur. Oğlaq yaşa dolduqca, daha da yaxşılaşır, xarakteri gözəlləşir. Oğlaq bürcündə dünyaya gələn adamların olduqca əzablı taleyi olur. Hələ erkən yaşlarında gələcək həyatını proqramlaşdıran "Oğlaqlar" nadir hallarda istədikləri ömrü yaşaya bilirlər. Roma İmperiyası dövründə yaşayan məşhur astroloq Arbitr Petronin bu bürc haqqında olduqca dəqiq proqnoz verirdi. Belə ki, onun qələmə aldığı "Satirikon" kitabında "Oğlaq" barədə belə bir ifadə işlənir: "Oğlaq bürcündə doğulanların dərd əlindən buynuzları çıxır". Bu məlumat məcazi mənada işlənilsə də, müəllif onun izahını ustalıqla verir. Petronin əsaslandırır ki, bu bürcün sakinləri yaşadıqları ömürdə, xüsusən də, 35 yaşına qədər hədsiz təzyiq və tənələrə, haqsızlıq və amansızlıqlara məruz qalır, son məqamda onların qəlbində hamıya qarşı kin-kidurət və qisasçılıq meylləri güclənir. Petroninin sözündə həqiqət var. Çünki Oglaq bürcü altında doğulanlar, bir-iki nəfəri çıxmaq şərtilə heç kimə xüsusi simpatiya bəsləmirlər. Amma bu, heç də o demək deyil ki, hamıya "yuxarıdan aşağı" baxırlar. Belə adamlar çox işləyir, rahatlıq bilmir, hətta xəstə ola-ola yenə də bekar durmurlar. Onlar hər şeydən əvvəl özləri üçün, öz ideyaları naminə mübarizə aparırlar. Oğlaqlara görə özlərindən qabaqda heç kəs yoxdur. Bəzən öz doğma övladları da onlar üçün "daha vacib" hesab olunmur. Oğlaq bürcündə doğulan insanlar həssas, savadlı, məğrur, təkəbbürlü, ehtiyatsız iş tutmayan, hamının hörmətini qazanmağa çalışan adamlardır. Onların ən mənfi xüsusiyyəti qəfil inadkarlıqları, fikirlərinin tez-tez dəyişməsi, xüsusən də qapalı olmalarıdır. Oğlaqlar yalan danışa bilmirlər. Oğlaqların söhbətində nəyi ciddi, nəyi yalan, nəyi süni, nəyi sidq-ürəklə dediklərin anlamaq asandır. Oğlaq və magiya bir-birinə zidd anlayışlardır. Bu, bir tərəfdən yaxşıdır. Çünki Oğlaqlar magik təsirə məruz qalmır, bədnəzərdən uzaqdırlar. Onlar uzun müddət heç bir narahatlıq keçirmədən "qara" mühitdə yaşaya bilir, çox güclü vampirlərlə, pisniyyət insanlarla ünsiyyət yaradırlar. Lakin Oğlaqların da mənfi xüsusiyyətləri az deyil. Belə ki, onlar bəzən qarşılarına çıxan hər şeyi darmadağın edirlər. Oğlaq bürcünün etmək istədiyi istənilən cadu, tilsim həm onun özünə, həm də düşməninə böyük zərər gətirə bilər. Yeganə bürcdür ki, onlarda "özünü inkar", daxili təzadlar boldur. Belə ki, Oğlaqlar bir tərəfdən qara magiyadan hücum üçün maksimum yararlanır, digər tərəfdənsə əllə toxunula bilməyən hər şeyi inkar edirlər. İkinci səbəbə görə onlar magik mərasimlərlə maraqlanmırlar. Oğlaq bürcündə doğulanlar anadagəlmə təşkilatçıdır. Əgər onun kollektivi yoxdursa, o, bu istedadını öz həyatını qurmağa tətbiq edəcək. Məqsədyönlülük, məsuliyyət, təcrübə və ciddilik Oğlaq üçün xarakterikdir. Onlar emosional deyillər, hətta bir qədər "vecsiz adam" təsiri bağışlayırlar. Lakin çətin layihə və planları həyata keçirmək üçün lazım olan xarakterik xüsusiyyətlərə malikdirlər. Bu bürc altında doğulanların həyatındakı əsas hiss bədbinlikdir. Bu adam ilk baxışdan həyata nəzər yetirərkən əsasən ümidsiz dərəcədə dolaşmış xaosu və öz planlarını reallaşdırmağın qeyri-mümkün olduğunu görür. Lakin illər keçdikcə həyatda öz yerini tapır və həyata münasibəti dəyişir. Oğlaqlar son dərəcə sadəlövh və tez inanandır. Bu səbəbdən də ömürləri boyu bəlalara düçar olurlar. Hindlilərin fikrincə, bu adamların ailədə necə olması yalnız özlərindən asılıdır. İstəsələr, bircə anda hamıda xoş əhval, yaxud da əsəbi gərginlik yaradarlar. Amma nümunəvi ailə başçısı və ya evdar xanım olmağa da qabildirlər. Onlar ahıl yaşlarında törətdikləri günahlarını başa düşür, düz yola qayıdırlar. Oğlaq bürcündə doğulan qadınlar dünyanın ən qəribə, ən sirli, müəmmalı varlıqlarıdır. Onlarla "oyun oynamaq", onları razı salmaq çox çətindir. Belə qadınlar heç vaxt istəməzlər ki, övladları ata tərbiyəsi alsınlar. Çünki onlar ailədə aparıcı şəxs olmaq üçün hər şeyə gedirlər. Belə qadınlar ömür-gün yoldaşlarını öz iradələrinə tabe etdirir, özlərindən asılı vəziyyətə salmaq istəyirlər. Bu xanımlar həmişə həyat yoldaşlarını passivlikdə günahlandırır, "əfəl" adlandırırlar. Yeri gəlmişkən, belə Oğlaqlara uzunmüddətli ər olmağı hər kişi bacarmır. Saturn öz himayəsində olan qadınlara yaraşıqlı, gözəgəlimli sifət verir. Hətta onlar 40 yaşında da 16 yaşında olan təravətlərini itirmirlər. Amma dediyimiz kimi, başlarına gətirilən müsibətlərə görə hamıya, bəzən öz övladlarına da nifrətlə yanaşırlar. Ərə gedənə qədər mənalı və romantik günlər yaşayan Oğlaq bəzən sonrakı dövrdə qəddarlaşır. Onlar öz uşaqlarını xüsusi ampulada tərbiyə edir, hamıdan üstün görməyə çalışırlar. Təəssüf ki, bu proses övladları evlənənə qədər davam edir. "Mən çəkən əzabları sən də çəkməlisən", prinsipini əsas tutan bu qadınlar övladlarını əziyyətə alışdırmağa səy göstərirlər. Bu isə çox vaxt bədbəxt hadisələrlə, ayrılıqlarla nəticələnir. Bu bürcün sakinləri həssas və duyğulu olduqlarından daha çox yaradıcılığa meylli olurlar. Onları qələmsiz təsəvvür etmək çətindir. Tərəzi bürcündən sonra müəllim-pedaqoq peşəsinə ən yaxın olan bürc də məhz Oğlaqdır. Belə adamlarda musiqi istedadı da olur. Onlar xırda biznes, texnika, dilçilik, incəsənət və s. sahələrdə asanlıqla məşhurlaşırlar. Oğlaq, hadisələri başlatdığı zaman nəticələri onsuz da beynində hazırdır. Oğlaq bürcü torpaq qrupundan olduğu üçün məqsədlərini planlı bir şəkildə tətbiq etməyə başlar, düşünərək hərəkət edər və heç bir zaman tələsməz. Onu motivasiya edən şey isə Buğa bürcü kimi pul qazanmaqdan çox, cəmiyyət içində tanınmaqdır. Oğlaq bürcü işinə görə hörmət görmək istəyər. İmzasını atdığı hər işi ən yaxşı şəkildə bitirmək istəyər. Özünü az qala Qız bürcü qədər gördüyü işə həsr edər. Lider ola biləcəkləri işlərdə çalışmaq, şöhrət qazanmaq və tanınmaq istəyərlər. Praktiki qabiliyyətləri olan Oğlaq bürcü insanı, az pul olsa da dəbdəbəli bir rəis mövqeyini qəbul edəcəkdir. Belə bir məsuliyyətli işlə, indi olmasa belə gələcəkdə çox pul qazanacağını düşünər. Torpaq qrupu olan Oğlaq qabaqcıl xüsusiyyət daşıyar. Bu xüsusiyyətlər Oğlaq bürcünün əsas xarakteristikasıdır. Oğlaq bürclərin içində ən tutarlı, bəlkə də ən ciddi bürcüdür. Bu müstəqil, qaya kimi xarakter bir çox qiymətli xüsusiyyətə malikdir. Ümumiyyətlə Oğlaqlar, etibarlı, iradəsi güclü, duyğusuz, ağıllı, praktik, məsuliyyət sahibi, çalışqan, mühafizəkardır. Həddindən artıq uclarda düşünən və yaşayan insanlara şübhə ilə yaxınlaşarlar. Özləri üçün hədəflədikləri yol nə qədər uzun olursa olsun məqsədlərinə çatana qədər ipin ucunu buraxmazlar. Boynuna götürdükləri hər işi məsuliyyətlə ələ alan, etibarlı insanlardır. Onlar Qoç, Şir, Oxatan kimi daha qabaqcıl, yaradıcı sayılan bürclərin başlatdıqları proyektləri sonlandırmağı bacaran insanlardır. Bu səbəblə çalışdıqları yerin qısa zamanda göz bəbəyi olarlar.

Hazırladı: Elman Yunis

Mənbə: astroloq.com, kayzen.az və wap.sende.biz