• Oğlaq Bürcündə Doğulan İnsanla Münasibət

Hər Şeyi Ciddi Qəbul Edən, Qərara Gəlməkdə Çətinlik Çəkən Oğlaq Bürcü ilə Yaxşı Münasibət Qurmağın Asan Yolları.

05.02.2020     03:21

Oğlaq Bürcü: 22 Dekabr - 20 Yanvar Tarixində Doğulmuşdur.

Hər şeydə olduğu kimi, sevgilisin də çox ciddi qəbul edər. Onların soyuqqanlı, uzaq və sərt görünüşləri sizi inam və sabitlik tapa biləcəyinizə inandırır. Ancaq Oğlaqla münasibət, səbir tələb edir, çünki zamanla başa düşülən bir sevgilidir. Oğlaqlar plan və tərtibatdan zövq alır. Oğlaq bürcü sürprizləri, qeyri-səmimi, boş-boğaz insanları sevməz. Ona qarşı istifadə edəcəyiniz sözləri diqqətlə seçməlisiniz. Sosial mövqe və status onlar üçün vacibdir. Həyat yoldaşlarının və ya sevgililərinin cəmiyyətdə hörmətli bir yerə sahib olacağını, ictimai qəbul edilmiş davranış sərgiləmələrini istərlər. Oğlaq bürcündən olan kişilər şəhvəti sevgiyə daxil edir. Sevgi ona çörək və su kimi zəruridir. O, belə hesab edir ki, hər bir nəcib qadının daxilində üzə çıxmağa can atan bir pozğun qadın da var. Ona qadının özü deyil, seksual münasibətləri lazımdır. Oğlaq Əqrəb kimi qəddar olmasa da, güclü seksuallığı onu ağına-bozuna baxmadan hərəkətə sövq edir. O, məmnuniyyətlə təcrübəsizlik və sadəlövhlükdən istifadə edir və özündən çox cavan tərəfdaşları sevir. Ehtiyatlıdır, çox həssasdır. Qadının naz-qəmzəsinə vaxt itirmək istəmir. Lakin yatağa girməməyin həqiqi səbəbini arqumentli hesab etsə, səbir və dözüm göstərə bilir. Bununla belə, onu aldatmaq olmaz. O, qadının tamam təslim olmağını istəyir. Çox sədaqətlidir və düşüncəsinə görə "bir kişi yaxşı bir qadına sahibsə, başqa yerdə qadın axtarmağa dəyməz". Evdə qalmağı üstün tutur, məclis və qonaqlıqlarda əylənməyi çox da xoşlamır. Bu, əlbəttə o, demək deyil ki, ev həyatı sizi darıxdıracaq. Seksual Oğlağın buna vaxtı yoxdur. Yaşa dolduqca sevginin fiziki tərəfinə marağı heç azalmır, getdikcə texnikasını cilalayır. Kişi Oğlaq üçün seks kifayət etmir, o, qadında təkcə yaxşı məşuqəni deyil, həm də gözəl evdarı görmək istəyir. Qadın onun üçün həm də iş yoldaşı, sadiq dost, ümumi tale ilə birləşdiyi sadəcə bir insandır. Pulu sevir. O, ehtiyatlı, səliqəli, güzəştsiz adamdır. Öz fikrini gizlətməyi bacarır. Lakin sakitliyinin arxasında arzuları alışır. Məqsədinə doğru cəsarətlə gedir. İşi sevir. Anadangəlmə rəhbərdir, rəisdir. Praktik, məqsədyönlü və ambisiyalıdır. Ona qulluq göstərənlər mükafatlarını alacaqlar. Uğursuzluğu dəf edə bilir. Oğlaq kişilər başqalarına nisbətən daha çox pula görə evlənirlər. Onların praktik ağlı məhəbbəti şəxsi maraqlardan sonra arxa plana keçirir. Qadın Oğlaq tez alışır. Bəzən onu elə təkcə bir hərəkət və nəvazişlə alovlandırmaq mümkündür. O, ehtiraslıdır, lakin əxlaqi qadağalara ciddi əməl edir. O, məmnuniyyətlə heyranlığı və məhəbbəti qəbul edir, lakin heç vaxt özünü tam təslim etməz. O, Sizin nə istədiyinizi bilir, lakin siz heç vaxt, onun nə düşündüyünü bilməyəcəksiniz. Əhvalındakı daimi dəyişikliklər hər bir məşuqu dəli edə bilər. O, sevməkdən qorxur, çünki əvvəlcə əmin olmalıdır ki, bu hiss ciddidir ya yox. Hər şeydən qabaq o, təhlükəsizlik və müdafiə hissinə malik olmalıdır. Çox sədaqətlidir. Bunun üçün də sevilməli və arzu edilməlidir. Özünü təslim etməmişdən əvvəl ehtiyatla bütün imkanları götür-qoy edir. Hissiyyatı həmişə keşikdədir. Onun sevgisinə layiq olan kişi üçün hər şey etməyə hazırdır. Sevgili seçəndə səhv edibsə, bu səhvi öz xeyrinə tərəf döndərə bilir. Bunun üçün onda inadkarlıq, səbir və həyati qüvvə var. İncikliyi gec unudur, qisasını həddi-hüdudu yoxdur. Oğlaq qadınlar müstəqil olub istədikləri kimi yaşamağa can atırlar. Məftunedici gözəlliyinin qədrini bilir. Təmizkar və səliqəlidir. Başqa qadınlar kosmetika və geyim barəsində onunla məsləhətləşirlər. Haqq-hesabını biləndir. Gənclikdə zəif və utancaq olur, yaşa dolduqca özünə inamı artır və kişiyə rəhbərlik edir. Ağıllı olduğuna və hər şeyə ciddi yanaşdığına görə seksi həyatında mühüm hesab etmir. Onun həmişə yeni məqsəd və vəzifələri olur. Çox vaxt layiq olduğundan az şey alır. Birlikdə problemləri həll etmək Oğlaq bürcünün ürəyincədir. Oğlağın ən çox sevdiyi və bildiyi sahəni öyrənin, bu hər hansı bir xarici dil, kompüter, klassik musiqi, rəngkarlıq sənəti ola bilər. Başa düşmədiyinizi ondan soruşun, sizə bunu öyrətməyini xahiş edin. Şərt deyil ki, dərslər parta, masa arxasında keçsin. Gözəl havada, parkda gəzişə-gəzişə öyrənmək də mümkündür. Elmə olan marağınızı Oğlaqlara suallarla göstərin. O, sizin öyrənmək istəyinizi çox gözəl qiymətləndirər. Onunla ciddi mövzularda söhbət edin. Bu fəlsəfə və ya maliyyə xəbərləri ola bilər. Onun gözəl yaddaşına, iti ağlına baxıb zövq alın. Oğlaq qiymətli əşyaları sevir. Çox vaxt da əntiq şeyləri kolleksiyalaşdırır. Hədiyyəyə gəldikdə, ona nadir tapılan kitab, məşhur rəssamın əsərini və ya əntiq əşya hədiyyə etsəniz, ürəyincə olar. Oğlaq görüşdə gözlənilməz hadisələri sevmir. Yadda saxlayın ki, Oğlaq hər yerdə adəti üzrə eyniliyi sevir. Ona görə də, görüşə gəldiyinizdə çiçəkləri unutmayın. Qadın Oğlaq romantikdir. Ona sevginizi etiraf edin, gözəl sözlərdən, şerlərdən söyləyin. Kişi Oğlaqlar isə romantik deyil. Sentimental musiqiləri, filmləri sevmirlər. Bu bürcün sahibləri səs-küydən uzaq, sakit həyatı xoşlayırlar. Ailədə çox vaxt güzəştə gedən bu bürcün sahibləridir. 

Hazırladı: Elman Yunis

Mənbə: astroloq.com, kayzen.az və wap.sende.biz