• Oxatan Bürcü Haqqında Ətraflı Məlumat

23 Noyabr - 21 Dekabr Tarixində Doğulmuş Oxatan Bürcləri Xeyirxah, Zırrama, Bədxərc, Nikbin və Müstəqil Bürclərdir.

01.02.2020     04:06

Oxatan Bürcü: 23 Noyabr - 21 Dekabr Tarixində Doğulmuşdur.

Bürclər sistemində 9-cu yeri tutan Oxatan bürcünün planeti Yupiterdir. Oxatan bürcü od qrupudur və dəyişən xüsusiyyət daşıyır. Oxatan bürcü həyatı heç kimin sevmədiyi qədər sevər və damğasını vurar. Parıldayan, sehrli gözlər, bəzənsə hiyləgər baxışlar, zahiri gözəllik, istənilən adamla dil tapmaq bacarığı, görüb-götürmək istedadı, xeyirxah və özünü sevdirə bilən birisi varsa o, Oxatan bürcündə doğulub. Ortaq qərarlar və ənənəvi düşüncə tərzi onu dəhşətə gətirir. Onun ehtiyacı yaxşı bir həyat və yeni fikirlərin araşdırıla biləcəyi azad bir mühitdir. Oxatanlar nikbin, canlı, iddialı, ağıllı və özlərinə çox inamlıdırlar. Cəsarətlərini sübut etmək üçün hər fürsətdən yararlanar və özləri üçün faydalı olacağını düşündükləri insanlarla əlaqə qurarlar. Oxatanlar bütün dünyada məşhur və qiymətləndirilən insanlara ümid bağlayar. Başqalarının işləri ilə lovğalanmaqdan çəkinməz. Oxatan bürcü bir idarəçi olaraq tanınır. Ancaq davranış tərzi və quruluşu fərqlidir. Oxatan bürcü hər zaman dəyişkəndir. Yeni yerlər gəzib dolaşması ona çox cəlbedici gəlir. İstədiyin əldə etdikdə artıq ona marağı qalmır. Oxatan bürcü tərəddüdlü dostluqları laqeydlikdən necə xilas etməyi bilir. Bunu laqeyd dostların incitmədən edər. Oxatan bürcün yanlış bir qərarda və ya özünü təhlükəyə atmaqda qınaq edib, günahlandırsanız, ən yaxşı məqsədə sadəcə onun çatacağın söyləyib özünü haqlı göstərməyə çalışacaq. Oxatan bürcü ilə yaşamaq o qədər də asan deyil. Oxatan bürcünün həyatı necə keçər? Hər şey gənclik çağlarında başlayar. Oxatan hər mövzuda böyümüş biridir. Yeni bacarıqlar əldə etmək və əldə etdikəri ilə öyünmək onlara xas xüsusiyyətdir. Girici Qoç bürcündən fərqli olaraq, Oxatan daima hərəkətlərinin nəticəsinə cavabdehdir. Çox güclü və inkişaf etmiş bir məsuliyyət hissinə sahibdir. Bədxərcdir və əyləncə üçün çox pul xərcləyər. Ancaq qürurlu olduqları üçün valideyinlərindən təkrar pul istəməz. Oxatan bürcü təxminən 30-40 yaşında böyümüş bir insan olacaq. Rahat və komfortlu həyat seçib, özünə faydalı olan şeylər ilə ətrafın əhatə edəcək. Hər şey yaxşı gedərsə, ətrafındakı insanları səmimi və ədalətli idarə edən biri olar. Dəyişikliyə çox inanır. Lazım gələrsə, bütün prinsip və qaydalara məhəl qoymadan günah çıxaran falçı kimi də fəaliyyət göstərə bilər. Demək olar ki, hər Oxatan, materialist olduğuna dair bütün ittihamları rədd edir. Oxatan bürcü insanları 3 qrupa bölür: 1) "Yaxşı insanlar" qrupana Oxatanlara son dərəcə sadiq olan və hər mövzuda Oxatanların bütün məsləhətlərin dinləyən iş yoldaşları və dostları daxildir. 2) "Pis insanlar" qrupuna Oxatanların fikirləri ilə razılaşmayan insanlar daxildir və bu qrupa daxil olan insanların axmaq olduğun düşünər. 3) "Tərəfsiz insanlar" qrupuna daxil etdiyi insanların da 1-ci qrupa daxil olmasın istəyər. Oxatan bürcünün ən böyük problemlərindən biri də bir çox məsələ ilə məşğul olmasıdır. Dəyişiklik arzusu onu maraqlı görünən hər bir iddianı araşdırmağa məcbur edir. İnsanlara yardım etməyi və yığıncaqları idarə etməyi hərkəsdən yaxşı bacarır. Klub və şirkətlərin yaradıcısıdır. Çətinlikləri sevərək tək başına həll edən Tərəzi bürcündən fərqli olaraq, Oxatan bürcü böyük qruplara daxil olmağı üstün tutar. Oxatan təklikdən çox qorxar və heç bir işlə məşğul olmadıqda dərin depresiyaya düşər. Onun üçün pis yaxşı iş yoxdur. İş olsun başını qatsın. Ədalət uğrunda mübarizə aparar və bütün enerjisini digər insanlar üçün xərcləyər. Öz fikirləri ilə ortaq olmayan insanlara qarşı çox düşüncəsiz olarlar. Bəzən eqoist və laqeyd olsa da, əsasən sakit və hörmətcil insanlardır. Əqrəb bürcü kimi Oxatan bürcü də ehtiraslı və sadiq bir aşiq olar. Ancaq dəyişməz Əqrəbdən fərqli olaraq, Oxatan dəyişikliyə daha çox meyllidir. Qısamüddətli, bu yataqdan o biri yatağa atlayan aşiq kimi görünsə də, bəzən sadiqliyi ön plana çıxar. Bürclər içində sərbəstliyinə ən çox düşkün olan Oxatan, aktiv və ictimai həyat yaşamağı sevir. Çoxlu dostları olan Oxatan, onlarla da deyib gülməyi sevir. Cəsarətli və ağıllı olduğu üçün hərkəsə və əks cinsə asanlıqla təsir edər. Dostları ilə səyahət etməyi və dostları ilə vaxt keçirməyi sevir. Düzgün və anlayışlı bir quruluşa sahib Oxatan bürcünün cinsi həyatı da çox aktivdir. Oxatan bürcü fəlsəfə və ruhi dünya üzərinə baş sındırır. Atəş xüsusiyyəti isə Oxatana macəra və kəşf arzusu verir. Əkizlər bürcü gündəlik həyatın detalları ilə maraqlanarkən, Oxatan bürcü gündəlik hadisələrin (keçmiş və bu gün) altında yatan əxlaqi və mənəvi dəyərləri araşdırar. Bütün dəyişən bürclər kimi Oxatan bürcü də çox maraqlıdır. Hadisələri başladan, aktivist atəş qrupundan olduğu üçün, içlərində ən çox araşdıran, kəşf edən, fərziyyələr üzərinə baş yoran, mübahisələri başladan da özüdür. Açıq iclasları, mətbuat konfranslarını seyr etməkdən zövq alar. Bu dəyişən atəş bürcünə uyğunlaşmaq çətindir. Oxatanlar ümumiyyətlə coşğulu, optimist, səyyah və fəlsəfidirlər. Oxatanların ənənəvi şanslılığı həm bolluq planeti Yupiterdən həm də bu planetin onlara bəxş etdiyi optimist dünyagörüşündən qaynaqlanır. Oxatan bürcündə doğulanların əsas ideyası azadlıqdır və bu ideya hər şeyə münasibətində aydın nəzərə çarpır. Oxatan son dərəcə xeyirxah, alicənab fərddir. O, təkrarolunmaz məlahətə malikdir, amma müntəzəm surətdə ətrafa səhv qiymət verir, laqeydlik göstərir. Lakin ümumilikdə yüksək dairələrdən informasiya aldığı üçün adətən hər şeyi dolğun şəkildə təsvir edir. Oxatan asanlıqla bir işdən başqa bir işə yönələ bilir. Buna görə də onun əsas problemi diqqətsizlik və məsuliyyətsizlikdir. Ali Oxatan "Tanrı Həqiqətlərini" insanlara ötürən liderdir. Onun idarə etdiyi sahələrdə insan vasitəsilə ali ideyalar sanki bəşəriyyətə yayımlanır. Bu ideyalara fəlsəfi və dini xarakter xasdır. Oxatanın beyni ideyalarla doludur, lakin o, ideyalarını heç kimə zorla yeritmir, daha çox bu ideyaları işıq kimi ətrafa saçır. Oxatan ən xoşbəxt bürcdür. Bu mənada o, başqa bürclərdən çox üstündür. Oxatan bürcündə doğulan insanlar narahatlıq keçirmir və həyəcanlanmırlar. Onlarda hər bir çətin vəziyyətdən çıxmaq üçün hissiyyat, istedad, təxəyyül var. Bununla belə, öz təbəssümlərini də qoruyub saxlaya bilirlər. Adətən Oxatanlara iri bədən, böyük ürək və geniş ideyalar xasdır. Oxatanlar Günəş sisteminin ən boyük planeti Yupiterin enerjisindən qidalandıqlarına görə, onlarda hər bir keyfiyyət böyük həcmdə olur. Oxatan öz himayədarı Yupiter kimi həddən artıq ürəyi yumşaqdır, hər şeylə maraqlanır, lakin yüngülcəsinə münasibət bəsləyir, onlara əyləncə kimi baxır. Oxatanın ağlına gəlmir ki, bəzi şeyləri bilmək, üzə çıxarmaq, başqalarına danışmaq təhlükəli ola bilər. Onun fikrincə, biliklər hamıya və hər bir kəsə məxsusdur. Elə ona görə də hamıya nə oldu danışa bilir. Oxatanlara yaxından, xüsusilə uzaqdan nə isə yeni olacaq bir şeyə bəslədiyi ümid rahatlıq vermir. Səyahətlərin romantikası, dünyanı görmək arzusu onlara xasdır. Eyni bir yerdə qalıb yaşamaqdan bezirlər. Oxatanlar üçün yerində durmaq, xoşbəxt ailə həyatı qurmaq macəra və sərgüzəştlərə can atmağın müqabilində axmaq bir işdir. Onlar daima yeni-yeni insanlarla görüşə can atırlar. Oxatan bürcündə doğulanlar 2 tipə bölünürlər: Birinci tipdəki Oxatanlar: intellektuallar. Onlar əllərinə düşən hər bir kitabı: məhəbbət romanlarını, səyyahların gündəliklərini, tarixi əsərləri oxuyurlar. Oxatan, kitab mağazasının yanından keçərkən mütləq ora baş çəkməli və bir neçə kitab almalıdır. İkinci tipdəki Oxatanlar: idmançı və fəal. Onlar hərəkətə bağlı olan hər şeyi sevirlər: atçapma, xizək, motorlu idman növləri və s. dinamik şeylər onları maraqlandırır. Oxatanlar çox hövsələsiz olurlar. Onlar hər xırda şeyə vaxt sərf edəndə əsəbləşir, bir şeyi tez qurtarıb başqasına keçməyə tələsirlər. İşdə də belədir. Onlar işin prinsiplərini və son məqsədini dərhal görürlər, lakin işi layiqincə və qaydasında yerinə yetirmək üçün lazım olan detalları öyrənməyə can atmırlar. Oxatanlara xas olan ən üstün keyfiyyət optimizmdir (nikbinlikdir). Həqiqətən onların heç vaxt ağlına gəlmir ki, hər şey nəhayət çox pis də qurtara bilər, halbuki digər 11 bürclər bilirlər ki, xoşbəxt sonluq yalnız sehrli nağıllarda olur.

Hazırladı: Elman Yunis

Mənbə: astroloq.com, kayzen.az və wap.sende.biz