• Oxatan Bürcündə Doğulan İnsanla Münasibət

Ailə Canlı, Ərköyün Uşaq Böyüdən, Dünya Görüşü Geniş və Daim Hərəkətdə Olan Oxatan Bürcü ilə Münasibət Qurmağın Asan Yolları.

05.02.2020     03:21

Oxatan Bürcü: 23 Noyabr - 21 Dekabr Tarixində Doğulmuşdur.

Oxatanla tanış olan zaman ilk söhbəti heyvanlar haqqında başlasanız yaxşı olar. Oxatan evində it saxlamasa da, onlar haqqında çox maraqlanır. Cəngəllik qanununun cəmiyyətdə işləməsini, yırtıcılarla zəiflərin təması məsələsini açıqlayın. İlk görüşü açıq havada təyin etsəniz yaxşı olar. Oxatanlar hədiyyə almağı çox sevir. Bunun üçün çox pul xərcləmək lazım deyil. Bu bürcün sahibləri elə insanlardır ki, hədiyyənin bahalı və ucuz olması yox, sizin ona diqqətiniz üçün vacibdir. Oxatanlar çox ünsiyyətcildirlər. Onların dünya görüşü çox geniş olduğundan, hər barədə söhbət etmək olur. Lakin laqeyd və passiv həmsöhbətdən tez bezirlər. Qadın Oxatanlar evlilik təklifinə o saat cavab verməyə tələsmirlər. Kişi Oxatanlar isə o dəqiqə cavab gözləyirlər. Cavabın uzadılması onun aqressiyasına səbəb olur. Oxatanlar çox sentimentaldırlar. Onlar sevgilisi ilə ilk görüşü ömrünün axırına kimi unutmur, tez-tez xatırlayırlar. Hətta başqası ilə ailə həyatı qursa da, ilk öpüşü yada salır, ya da müqayisə edir. Bu bürcün sahibləri çox ailəcanlı şəxslərdir. Əgər sizin həyat yoldaşınız Oxatandırsa, onda əmin olun ki, mağazadan ağır zənbilləri daşımaq, məişət problemlərini həll etmək onun öhdəsinə düşəcək. Amma Oxatanlara əsla göstəriş verməyin, bu onu qıcıqlandırır. Onlar uşaqları çox sevir. Uşaqlarının bütün ehtiyaclarını özü ödəyir. Onlardan heç vaxt ciddi valideyn olmur. Ona görə də, uşaqların tərbiyəsi ilə özünüz məşğul olsanız yaxşıdır. Oxatanlar uşaqlarının heç bir sözünü yerə salmırlar. Ona görə də, çox vaxt uşaqlar ərköyün böyüyür. Bunu da nəzərə alın ki, çox vaxt ailədə mübahisə uşaqların tərbiyəsi ilə əlaqədar meydana çıxır. Onlar əksər hallarda ailədə aparıcı mövqeni əldə saxlamağa çalışır və buna nail olurlar. Oxatan bürcündə dünyaya gələn adamlar hamı kimi sevib-sevilməyi də bacarırlar. Əgər məhəbbət aləmində kobudluq, hərdəmxəyallıq, tez qızışmaq kimi hallar olmasa, bu adamlar "ilanla" da yola gedə bilərlər. Ən əsası odur ki, Oxatanlar qısqanc deyillər. Amma bu heç də hər şeyə göz yummaq kimi başa düşülməməlidir. Çünki belələrinin qəzəbinə gəlmək dözülməzdir. Əgər tərəf-müqabilləri onları qane etmirsə, Oxatanlar onlardan asanlıqla imtina edir. Bir sözlə, bu bürcdən olanlar öz adlarını təmiz saxlamaq naminə hər şeyə gedirlər. Oxatanlar digər bürclərdən fərqli olaraq daha tez vurulurlar. Amma sevgi məsələlərinə həmişə inamsız yanaşır, "onsuz da alınmayacaq" deyə düşünürlər. Hətta bəzən toya bir həftə qalsa belə, onlar sevdiklərinə qovuşacaqlarına inanmırlar. Əlbəttə ki, söhbət yüksək həyat təcrübəsinə malik olan aktiv Oxatanlardan getmir. Əgər kimsə, qəlbində bu bürcə yer ayırıbsa, ona məsləhət görərdik ki, öz tərəf-müqabilinin inamını qırmasın. Oxatanın təkliflərini eşitsəniz, söz güləşdirməsəniz, birgə xoş günlər yaşayacaqsınız. Oxatan bürcündə doğulan qadınlarda da fərqli cəhətlər çoxdur. Oxatan Qadınlar daha çox kişi xarakterinə malik olur, dostları arasında əks cinsdən olanlar böyük çoxluq təşkil edir. Həm də onlar qadında olan bütün müsbət keyfiyyətləri özlərində toplayırlar (Əlbəttə ki, Qız bürcünün qadınlarından sonra). Qadın Oxatanlar 2 tipdir: birinci tip oğlan xarakterində olan qadındır. Dünyada hər şeydən çox hərəkəti və idmanı sevir. Nikaha və ailə həyatına böyük çətinliklə uyğunlaşır. Dəlisov, müstəqil və sərbəstdir. Öz gümrahlığı, çevikliyi və işgüzarlığı sayəsində hər hansı peşədə uğur qazanır. İkinci tip müstəqil düşüncəli, kübar, ehkamlardan azad qadındır. İncəsənəti, kitabları, istedadlı adamları xoşlayır. Hər işi məharətlə görür. Orijinal və qeyri-adi insandır.

Hazırladı: Elman Yunis

Mənbə: kayzen.az və wap.sende.biz