• Qız Bürcü Haqqında Ətraflı Məlumat

24 Avqust - 23 Sentyabr Tarixində Doğulmuş Qız Bürcü Ən Çalışqan, Qoçaq, Tənqidçi, Vasvası, Deyingən və Cəsarətsiz Bürclərdən Biridir.

01.02.2020     04:01

Qız Bürcü: 24 Avqust - 23 Sentyabr Tarixində Doğulmuşdur.

Qız bürcü, Əkizlərdən daha praqmatik, ən az onun qədər ağıllıdır. Qız bürcü insanı xüsusilə kommunikasiya qabiliyyətindən istifadə edə biləcəyi mövzulara yönəlmək istər. Qız bürcü, özünü bir çox mövzu ilə maraqlanaraq dağıtmaz amma oda özünü detallarda itirər. Heç bir bürc Qız bürcü qədər vasvası, detalçı, diqqətli, dəqiq və qüsursuzluq axtarışında deyil. Çalışqan Qız bürcü həmişə bir şey etmək, məhsuldar olmaq istər və gördüyü işi ən yaxşı şəkildə bitirmək üçün səy göstərər. Boşa zaman keçirdiyi zaman özünü pis hiss edər. Torpaq bürcü olan Qızın təşkilatçılıq, müqayisə, ölçmə, dəyər biçmə və qüsursuz hala gətirmə qabiliyyətləri çox inkişaf etmişdir. Dəyişən bürcdən olduğu üçün heç vaxt qatı bir insan deyildir. Asan uyğunlaşa bilən, səhvlərinin fərqinə vardığı anda dərhal səhvlərdən imtina edə bilən bir adamdır. Zodiakın altıncı bürcü, ünsiyyət, zəka planeti Merkurinin uşaqlarıdır. Torpaq qrupuna aiddirlər və xüsusiyyətləri dəyişəndir. Astrologiyada altıncı ev sağlamlıq və xidmət evidir. Bu evin xüsusiyyətləri, Qızın Latınca "bakirə" mənasını verən Virgo adıyla birləşdiyi zaman, Qız xarakteristikası haqqında bir xeyli məlumatlı olmamızı təmin edər. Qız, Zodiakda bir dişi tərəfindən təmsil edilən yeganə bürcdür. Qrupu olan torpaq və dəyişən xüsusiyyəti də onun haqqında çox məlumat verir. Bakirənin, təmiz, saf, əl dəyməmiş, qüsursuz, iffətli, düz mənaları Qızların xarakteristikasını anlamamız mövzusunda xeyli zehin açıcıdır. Dəqiqlik olmasını tələb edirlər. Nadir hallarda ehtirasa qapılırlar. Qayda-qanuna, səliqə-sahmana məhəbbət bəzən onlarda eybəcər şəkil alır. Demək olar həmişə aydın, analitik zəkaya malikdirlər,yaxşı işçidirlər. Siyasət, iqtisadiyyat və elm ilə məşğul olmağa qabildirlər. Biliklərini daim dərinləşdirməyə və genişləndirməyə çalışırlar. Adətən uzun ömür sürürlər. Hörmət qazanırlar, lakin vasvası və xırdaçı olduqlarından adamlarla tez-tez savaşırlar. Qız bürcündə doğulan insanlar təmənnasız olub imkanları və gücləri çatan dərəcədə başqalarına kömək edirlər. Qızlar çalışqan və hörmətlidirlər. Onlar adətən daha təmizkar, səliqəlidirlər və başqa insanlara nisbətən daha sağlam həyat tərzi keçirir və çox səbirlidirlər. Bununla belə, Qızlar bütün bürclər arasında ən pis ad (reputasiya) qazanıblar. Demək olar ki, hər bir insanın zəhləsi getdiyi bir Qız bürcü var. Nəyə görə? Qızın bütün xarakter əlamətləri Merkuri planeti ilə şərtlənib. Merkuri böyük deyil, cəld və ağıllıdır, lakin çəkisinə və həcminə görə o qədər də əhəmiyyət kəsb etmir, emosional baxımdan qurudur. Merkurinin bütün adamlarına, o cümlədən Qızlara eyni xüsusiyyətlər xasdır. Onlar həmişə ən xırda təfərrüatları görürlər, cəldlik və ağıl sayəsində müşahidəçi və nüfuzedici olurlar. Qızlar əşyaların quruluşunu, onlarla rəftan öyrənməyə can atırlar. Onlar bir işi ən yaxşı tərzdə görmək üçün zəruri olan vərdişlərə yiyələnmək naminə təcrübə keçirlər., Hər şeyi yaxşı yerinə yetirmək üçün səbir lazımdır, Qızlarda isə səbir və dözüm kifayət qədərdir. Qızlar bir işi öyrənməmişdən əvvəl onu yaxşı başa düşməlidirlər. Öyrəndikdən sonra isə ətrafdakı insanlara öz bacarıqlarını həvəslə göstərirlər və onlara kömək etməyə hazır olurlar. Elə buradan da Qızlar pis ad çıxarırlar. Onlar insanlara düz etmədiklərini göstərəndə, bu kömək kimi deyil, tənqid kimi başa düşülür. Belə çıxır ki, Qızlar ətrafdakı insanların səriştəsizliyini nümayiş etdirirlər. Lakin əslində belə deyil. Onlar həqiqətən səmimiyyətlə kömək etmək istəyirlər. Başqa on bir bürc altında doğulanların çoxusu insanlar üçün təmənnasız nə isə etməkdə maraqlı deyillər, elə ona görə Qızların hərəkət və münasibətlərini düzgün qiymətləndirə bilmirlər. Onları idarə edən soyuq planetə görə heç də hamını özləri kimi qiymətləndirmək düzgün deyil. Qızlardan başqa Əkizlər, Oğlaq və Dolça bürcləri altında doğulan insanlar da məntiqi hisslərdən yüksək tuturlar, qalan səkkiz bürc isə başa deyil, ürəyə üstünlük verir. Qız xırda incəliklərə, detallara çox diqqət yetirərkən ümumi mənzərəni çox vaxt qavraya bilmir. Onlar başqalarının görmədiklərini gördükləri halda ətrafdakı insanların gördükləri tam, bütov obrazı, çox vaxt nəzərdən qaçırırlar ki, bu da müəyyən problemlərin yaranmasına səbəb olur. Qızlarla dostları arasında və şəxsi həyatında ciddi çətinlikləri olur. Onlar o qədər çalışqan və inadkardırlar ki, heç ağıllarına belə gəlmir ki, başqa insanlarda xarakter dəyişikliyi ola bilər. Hərdəmxəyal tərəfdaşlar Qız bürcünü qorxudur. Münasibətlər kompromislər üzərində qurulur. Lakin Qızlarda bu çox zəifdir; onlarda kompromis çoxaldıqca şəxsi həyatları da yaxşılaşır. Əgər özünüzü müzeyə bənzər bir evdə hiss etsəniz və orada qələmlər yazı stolu üzərinə səliqəli yerləşdirilib, kitablar böyüklük sırasına görə düzülüb və otaq təravətlidirsə, əmin olun ki ev sahibi Qız bürcündə doğulmuşdur. Qız bürcün çevrəsində olan qarma-qarışıqlıq qədər heçnə narahat etməz. Manyakcasına səliqə sahmana fikir verən vasvası biridir. Qız bürcünün ən önəmli özəlliyi ağıllı və doğrunu yanlışdan ayırabilmə bacarığının olmasıdır. Qız bürcündə doğulanlar diqqətlidirlər, ölçüb-biçərlər, düşünərlər, qarşılaşdırarlar və sonra qərarlarını verərlər. Bürclərin ən problemlisi, əsasən də birinə söykənmə ehtiyacı olan Xərçəng üçün, Qız bürcü rahatlıq və güvən qaynağıdır. Bəzi insanların ağlını başından alan və mümkünsüz olduğu düşünülən vəziyyətlər Qız bürcün çaşdıra bilməz. Verdiyi qərarları komputer qədər güvənli və doğru verər. Həkim və tibb bacısı kimi peşələrdə ani qərar verib insanların həyatın qurtaran varsa, çox güman oda Qız bürcündə doğulub. Buraya qədər söylədiklərimizi bir yerə toplasaq, Qız bürcü qarışıq olmayan və biraz da tək yönlü bir bürcdür. Fərqli bir ruhsal yönu yox kimidir. Amma höküm verməyə tələsməyin. Çünki QIz bürcünün bütün xarakterin hələ tam söyləmədik. Qızlar çox ağıllıdır, əsla vecsiz və ya soyuq deyillər. Duyğusal anlarda nadirən reaksiya göstərməsi Qızların duyğusuz olduğunu isbat etməz. Qız bürcü zəif nöqtələrini tamamilə bildikləri üçün özlərindən şübhə etməyə meyilli olarlar. Amma şübhələri onları mənəvi cəhətdən zədələməz. Qızların müqəddəs kitabı təqvimləridir. Ona ən önəmsiz anları belə işarə edəcək. Ətraflarına qoruyucu divar hörərlər və sonra da həbsdəymiş kimi yaşadıqlarından şikayət edərlər. Qızların digər özəlliyi də özlərinə daha çox diqqət etmələridir. Buda başqa bürcləri əsəb edir. Qızlar böyük iddialar və reallıq arasındakı uyğunsuzluğu tez anlayır. Buna görə sakit və xoşbəxt olduğu anlar çox nadirdir. O hər şeyi çox ciddiyə alar. Kiçik bir tənqid və ya kobud bir söz Qızları incidir. Tənqidi sözləri səhv anlayırlar. Zəif nöqtələrinə baxmayaraq, Qızların ölçülü və güvənilir bir xarakteri var. Sakit görüntülərinin altında gizlənmiş olan şübhə və güvənsizlik bir gün peyda ola bilər. Sadəcə Qız bürcü Əkizlər, Balıqlar və Oxatan bürcləri kimi ikiüzlü deyillər. Qız bürcü idarə etməni itirərsə, onu rahat buraxın. O özü-özün bu vəziyyətdən daha tez çıxaracaq, nəinki sizin müdaxilə etməniz. Qızlar fiziki səbəblərdən çox, duyğusal səbəblərdən yaranan xəstəliklərə qarşı çox həssasdır. Başqalarının problemlərini həll edərkən, öz problemlərini də həll edir. Ona görə də yardım işlərində Qız bürcündən olan insanlar daha çoxdur. Əgər vəhşi və manyakcasına vasvası xasiyyətini görməzdən gəlsək, Qızlar güvənli, çalışqan, diqqətli və ağıllı insanlardır. Ailələri və dostları ilə səmimidirlər. Onlara yaxınlaşmaq asandır. Əşyaları diqqətli istifadə edərlər. Onlara bir şeyi müvəqqəti versəniz, geri qaytaran zaman ilk verdiyiniz kimi təmiz və qüsursuz alacağınıza əmin ola bilərsiniz. Qızlar nizam-intizamlı bir həyat yaşadıqları üçün uzun ömürlü olarlar. Yalnız yaşamağı sevərlər. Qonaqlığı və səs-küyü çoxda sevməzlər. Arxa planda olmağı və sadəcə ən yaxşı bacarıqlarının söylənilməsin sevərlər. Onlara ehtiyac duyulduğunu bilmək Qızları xoşbəxt edər. Çünki bu bürcün nümayəndələri yardım etməyi çox sevir. Bir çox mədəniyyət sahəsində bacarıqlıdırlar. Qızlar əsasən yaşlandıqda sabit və tənbəl olur. Ağıllarını onlara yardımçı olan bir xidmətçi kimi görərlər. Qızlar çalışqan və praktik insanlar olub, həyatları boyunca ən önəmli şey İşdir. İşləmək, iş görmək, birisinə yardım etmək onları çox xoşbəxt edir. İş onların hobbisidir desək yerinə düşər. Güvəndikəri insanlara yardım etməyi sevməsinə baxmayaraq, inanmdığı və tənbəl olan birinə qarşı çox soyuq davranırlar. Qızlar işləyən və qoçaq insanlar olduğu üçün, özləri kimi insanları sevirlər. Ömürboyu dincəlmədən çalışarlar. Onların dincəlmə forması da başqalarına yorucu gələr. Qızların bu qədər qoçaq olmasına baxmayaraq, kimsə onların bu qoçaqlığından asanca istifadə edə bilməz. İşgüzar, yardım sevər olmasına baxmayaraq, lazım gəldikdə Yox kəliməsin də söylərlər. Qız bürcündə doğulan insanlar əsasən arıq, uzun boylu, incə belli, üzləri ağ və ya qarabuğdayıdır.  Enli alını, qızarmış sifəti, şabalıdı, qara və ya xurmayı saçları, qonur gözləri olar. Saçları əsasən sağlam və uzun olur. Gözləri sanki insanın içini oxuyar. Baxışları biraz Əqrəb bürcünün baxışlarına bənzəyər. Daim hərəkətdə səliqə-sahmanda olarlar. Sistemli və səliqəli xasiyyəti xarici görünüşlərində də görünər. Onları əsla səliqəsiz və pinti bir halda görməzsiniz. Geyimləri klassik və zövqlüdür. Həmişə rahat yaşamağı xoşladıqları üçün, sevdiyi geyimləri geyinərlər. Ancaq Oxatanlar kimi bədxərcliyə qaçmazlar.

Hazırladı: Elman Yunis

Mənbə: astroloq.com, kayzen.az və wap.sende.biz