• Qız Bürcündə Doğulan İnsanla Münasibət

Vasvası, Təmizlik Aşiqi, Çox Çalışqan və Təvazökar Qız Bürcü ilə Münasibət Qurmağın Ən Asan Yolları.

05.02.2020     03:21

Qız Bürcü: 24 Avqust - 23 Sentyabr Tarixində Doğulmuşdur.

Qız bürcündə doğulan insanlar ciddi və ləyaqətlidirlər. Təvazökarlıq onların xarakterinin ən gözəl xüsusiyyətidir. Qızın çox gözəl davranış qaydaları vardır. Onlar özlərini məclislərdə, cəmiyyət qarşısında əsl xanım və ya cənab kimi aparırlar. Qız bürcündə doğulan şəxslərlə özünüzü səmimi, olduğunuz kimi aparın. Qız yalanı, qeyri-səmimiliyi sevmir. Onların xoşuna gəlmək üçün hisslərlə yox, ağılla hərəkət edin. Onlara göstərin ki, siz praktikliyi, düzgünlüyü həyatda hər şeydən üstün tutursuz. Onları bahalı restorana dəvət etməyin, çünki Qız artıq pul xərcləməyi sevmir. Əgər keçirdiyiniz məclislər evdədirsə, onda çoxlu adamlar, tanışlar çağırmayın. Hamının gözü qarşısında ona kompliment söyləməyin. Əgər görüşə çağırdığınız şəxs Qız bürclü qadındırsa, ona qarşı çox diqqətli, nəzakətli olun. Qeyri-adi gözəl davranış qaydaları ilə onun ürəyinə yol tapın. Söhbəti əsasən ondan məsləhət almaq üçün açın, guya siz hansısa bir məsələyə dair nə qərara gələcəyinizi bilmirsiz. Qız bürclü insanlar məsləhət verməyi sevirlər. Onlar öz sağlamlığına qarşı çox diqqətlidir. Onunla rasional qida haqqında danışa, idman və sağlamlıq jurnallarından söhbət aça, yeni məqalələr haqqında məlumat verə bilərsiz. Onlara qarşı diqqətli olun. Təyin etdiyiniz vaxtdan gec olmayaraq görüşə getməyi unutmayın. Görüşə gecikmək yarımçıq adamların işidir. Qız bürcü seçdiyi insana hörmətlə yanaşır. Siz də ona qarşı elə olun. Yadda saxlayın ki, Qız bürcündə doğulan insanlar realistdirlər. Ona görə də, boş yerə vəd verməyin. Qıza ən böyük hədiyyə kitabdır. Oxumağı, mütaliə etməyi sevdiyindən bağışladığınız hər bir kitab onun üçün ən əziz xatirədir. Aşiq Qız ağıllı bir bürcdür. Çox duyğusallığı gərəksiz bilər, məntiqi və praktik zəkası həmişə öndə gələr. Mükəmməlçi və tənqidi yönləri ilə son dərəcə seçicidir. Doğru insanla ailə qurmaq üçün çox səy göstərər. Qızların evlənməsi asan deyil. Məsuliyyət hissi olduqca yüksəkdir, üzərinə düşən işi yerinə yetirər. Ağılı, qoçaqlığı və bacarıqlı olduğu üçün çox yaxşı həyat yoldaşıdılar. Ancaq Qızlardan böyük sevgi, ehtiras və romantika gözləməyə dəyməz. Onlar üçün bu kimi şeylər çox bezdiricidir. Qızlar öz səhhətlərinə lazımi qaydada yanaşır, lakin bəzən ifrata varırlar. Əgər yaxınlıqda aptek və ya sağlam qida mağazası varsa Qızlar oraya tez-tez baş çəkir, ləzzətlə vitamin və dərman içirlər. 

Hazırladı: Elman Yunis

Mənbə: astroloq.com, kayzen.az və wap.sende.biz