• Qoç Bürcü Haqqında Ətraflı Məlumat

Qoç Bürcündə Doğulan İnsanlar 24 Oktyabr - 22 Noyabr Tarixində Doğulmuş və Ən Səbirsiz və Ən Tez Ailə Quran Bürclərdir.

01.02.2020     03:49

Qoç Bürcü: 21 Mart - 20 Aprel  Tarixində Doğulmuşdur.

Qoç bürcü bürclər sistemində ilk yeri tutur. Yeni başlanğıcları və doğuşları təmsil edir. Qoç bürcü təbii, instinktiv, təzə, saf və həyatdan zövq alır. Torpağın oyanışı ilə üst-üstə düşən Qoç bürcü hər şeydən əvvəl insanlara xeyir-bərəkət, çal-çağır və ən əsası barışıq gətirir. Qoç bürcündə dünyaya gələn adamlar ilk növbədə qeyri-adi həyat qüvvəsinə, nikbinliyə malik olmaları ilə seçilirlər. Onlar öz şərəflərini qorumağı bacarır və onu hər şeydən üstün tuturlar. Bu bürcdə doğulanlar ətraflarında cərəyan edən hadisələrə hamıdan tez reaksiya verir, daima müasir dövrlə yaşayırlar. Loru dillə desək, ömrü boyu kommunist olan Qoçlar indi ən demokratik bir lider də ola bilir. Bu bürcün adamlarının böyük əksəriyyəti şöhrətpərəst olsa da, ehtiyatlı, enerjili, eləcə də hiyləgərdirlər. Əgər kənardan kimsə istiqamətləndirməsə, Qoçlar heç vaxt xoşbəxt olmurlar. Çünki onların maksimal romantikliyi çətinliklə baş-başa qalanda köməklərinə çatmır. Bu adamlar mehriban olduqları qədər də eqoistdirlər. Belələri sevgidə nadir hallarda yanılır, həmişə özlərinə layiqli tərəf-müqabili seçirlər. Amma başqalarının təhriki ilə evlənib qəlblərinin ziddinə gedəndə bədbəxt də olurlar. Qoça enerji verən iş və ya yeni ideya olmadıqda, az qala bütün dünya onun gözündən düşür. Lakin adətən bu hal tez keçib gedir və Qoç yenə də həmişəki nikbin vəziyyətinə qayıdır. Düşüncə və ideya baxımından ona daha çox yabanı, cilanlanmamış, lakin çox böyük enerjiyə malik olan ideyalar xarakterikdir. O, bir qədər dar düşünür və etiraza qulaq asmır. Depressiyada olan Qoç əsasən belə düşünür: "Mən orijinal birisi deyiləm, heç kim məni görmür, heç kim məni olduğum kimi görə bilmir, görmək istəmir". Nifrət, əsəbilik və qəzəb partlayışları isə daha çox primitiv Qoç üçün xarakterikdir. Ali Qoç primitiv Qoçdan son dərəcə fərqlənir. Adi Qoç kobud, primitiv, bir sözlə, əsl əsgərdirsə, Ali Qoç daha çox ordunu böyük savaşlara ruhlandıran və aparan generaldır. Ali Qoçda nə kobudluq var, nə də vəhşilik. Bu xüsusiyyətlər onda anlaşma və müdrikliklə əvəz olunub. Böyük işləri həyata keçirməyə qabil olan güclü enerji isə dəyişməz qalır. Ali Qoçu allahlardan odu oğurlayıb insanlara bağışlayan Prometeylə müqayisə etmək olar. Eynilə Prometey kimi o da öz enerjisini insanlarla bölüşür. Qoçlar şəxsi maraqlarını hər şeydən üstün tutan adamlardır. Onlar daima keçmişin acı xatirələri ilə yaşayır, sınmış qəlblərində ağrı gəzdirirlər. Bu səbəbdən də haqqında danışdığım bürc demək olar ki, heç vaxt ürəkdən gülmür. Hətta belə bir şey baş verərsə, buna inanmaq çətindir. Çünki onların gözləri həmişə kədərli olur. Qoç bürcünün sakinləri yüksək intuisiya, hissetmə, öncəgörmə qabiliyyətlərinə görə digərlərindən fərqlənirlər. Onların gözlərində güclü hipnoz bacarığı da olur. Hətta bu səbəbdən orta əsrlərdə belə adamları cadugərlikdə günahlandırıb tonqalda yandırırdılar. Yeri gəlmişkən, mart ayında doğulan Qoçlarla apreldə dünyaya gələn Qoçların arasında böyük fərqlər var. Belə ki, mart ayında doğulanlar digərlərinə nisbətən daha tez məşhurlaşır, daha çox ədəbiyyat və incəsənətə meylli olurlar (Səməd Vurğun, İsmayıl Şıxlı, Lütvəli Abdullayev, Cəfər Cabbarlı və b.). Aprel ayında doğulanlar isə bir qədər radikal, əsəbi və siyasət həvəskarı olurlar (Etibar Məmmədov, Ramiz Mehdiyev, Ramil Usubov, İsgəndər Həmidov, Tofiq Qasımov və b.). Bu adamlar üçün həzin bir musiqi, şam işığı və müvəqqəti tənhalıq yetər ki, "dağı dağ üstünə" qoysunlar. Utancaqlıq onlara yaddır. Həyat onlar üçün maraqlı bir macəra deməkdir. Həyatın təklif etdiyi şeyləri ələ keçirmək və həyatdan zövq almaq istəyirlər. Bəzi insanlar Qoçun tipik eqoist xüsusiyyətlərə sahib olduğunu düşünər. Qoç bürcü başqalarının onlar haqqında nə düşündüyünü, hərəkətlərinin təsdiqlənib-təsdiqlənməməsini öyrənməyə çalışmır. Başqalarının onu bildiyindən döndərməsinə izin verməz. Qoç həyatın hər anını daimi bir meydan oxumaq kimi görür. Qoç bürcü özünü cəsarətli və enerjili göstərir. Bunlar onun fitri liderlik keyfiyyətləridir. Bunları tək hərəkət etmək istəyi kimi də başa düşmək olar. Qoç hər şəraitdə çox rahat yaşaya bilir. Qoç bürcü hər şeyə dərhal reaksiya verir. Buna görə də ən çox nifrət etdiyi şeylər həll olunmayan problemlərdir. Uzun müddət mübarizə aparmalı olduqda tez-tez dözümünü itirir. Beləliklə, bütün gücünü sərf etdiyi o məqsədə çatmaq istəməməsi təəssüratını yaradır. Onlar daim yenilik axtarışındadır. Bəzən açıq və dürüst olması ilə digər insanlara zərər verirlər. Əslində yaralama düşüncəsi ağlından belə keçmir. Qoçlar səmimi olmasına baxmayaraq, bəzən paxıllıq da edirlər. Qoça bir şeyi bəyəndirməyə çalışmaq, çətin və yorucu bir işdir. Qoçun yardımın rədd etdiyinizdə, onu yaralamış, məyus etmiş və əsəbləşdirmiş olursunuz. Laqeyd görünsə də, son dərəcə duyğusal və həssasdır. Cəsur və girici xüsusiyyətləri ilə iş həyatlarında önəmli nöqtlərə gələrlər. Məsələn: Adolf Hitler kimi biri olarlar. Qoçlar atəş qrupuna aiddirlər və qabaqcıl xüsusiyyət daşıyırlar. Yazın bütün xüsusiyyətləri Qoçların təbiətlərində müşahidə edilir. Yaz kimi həyəcanlı, qabaqcıl, həvəsli, yumşaq və sərtdirlər. Yazda bütün təbiət canlılar, duyğular inkişafa başlayır. Eyni xüsusiyyətlər Qoçlarda da vardır. Qoç bürcü aktiv və enerjili olmaları ilə tanınır. "Mən, mən" egoları çoxdur. "Mən etdim, mən gördüm, mən bacardım" kimi sözlər onlara xasdır. Bu bürcdə doğulanlar çox praktikdir. Hadisələr qarşısında həvəslərini gizlədə bilmirlər. Canlılığı və inadkarlığını itirmədən həyəcanla irəliləyirlər. Məqsədlərinə doğru irəlilədikcə öz hərəkətləri ilə özlərini sübut etmək istəyirlər. Eqoist və səbirsiz davranışları səbəbindən bəzən çətin vəziyyətə düşürlər. Belə anlarda işə başlamadan işlərini dayandırırlar. Danışıqları şişirdir, bəzən həqiqəti dəyişdirərək söyləyirlər. Yüksək dərəcədə anlayışa sahib olan Qoçlar həyat səhnəsində aparıcı rol oynamağa üstünlük verirlər. Son dərəcə qısqancdır və müstəqilliklərini sevirlər. Qoç bürcündən olan insanları xarici görünüşdən tanıya bilərik: Kol kimi burunlarına qədər uzanan qaşları və bariz üz xətləri olar. Uzun üzlü və uzun boylu olurlar. Qollar və ayaqlar güclüdür. Kürən və qıvrım saçları var. Baxışı nüfuzlu və itidir. Onların sağlam dərisi var. İdmanla məşğul olmağa can atdıqları üçün bir çox idman salonlarında Qoç bürcündən olan məşqçilərlə rastlaşa bilərsiniz. Düşünmədən hər münaqişəyə, mübahisə və müzakirəyə burnun soxar. Qoçlar gec-tez başında və ya üzündə xəsarət alırsa heç təəccüblənməyin. Qoç münasibətlərində səmimiyyət və dürüstlük axtarır. Düşündüyünü deyir və qəlb qıra biləcəyini düşünmür. Göründüyü kimidir, yanıltıcı deyil. Münasibətlərdə sürətlidir və sürətli nəticə əldə etməyi sevir. Olmayacağını biləndə dərhal qərarını verir və növbəti münasibətlərinə keçir. Çağırış və rəqabəti sevir. Bir komandir kimi idarə etmək istəyi var. Tezdir, bir prosesdən digərinə keçmək onlar üçün çətin deyil. Hər şeyi tez bir zamanda istifadə etmək istəyi bəzən can sıxıcı olur. Sakit və səbirli bir həyat yoldaşı və ya tərəfdaş axtarırlar. Ancaq özləri elə də səbirli deyil. Əksər Qoçlar rüşvət verməyi xoşlamadığı kimi, almağı da sevmirlər. Yalnız haqq-ədalət tərəfdarı kimi tanınan belələri bunun naminə hətta güclü təzyiqə, ölümə də tuş gəlirlər. Əgər metroda və ya avtobusda hansısa bir qıza xuliqanlar sataşsa və hamı susduğu halda birisi qızı müdafiə etsə, bilin ki, o, mütləq Qoç bürcündəndir. Amma nədənsə orta əsrlərdə bu adamları ən aqressiv və dağıdıcı kimi qələmə verirdilər. Acıdil, çoxdanışan, "Həmişə öz fikrim həqiqətdir" düşüncəsində olan Qoçlar başqaları tərəfindən qəbul edilməyəndə məyus olur, bəzən sakit bir guşəyə çəkilib insanlardan təcrid də olunurlar. Amma heç vaxt ruh düşkünlüyünə mübtəla olmur, əksinə, daha əzmkarlıqla mənəvi boşluqlarını qısa bir zamanda doldurmağa çalışırlar. Qoçlar digər bürclərə nisbətən o qədər də səliqə-sahmana fikir vermirlər. Daima zövqsüz və ya sadə geyinən bu adamlar kənardan necə qiymətləndiriləcəklərinə əhəmiyyətsiz yanaşırlar. Onlar baş verən hər bir hadisənin mahiyyətindən daha çox romantik meyarlarına diqqət kəsilirlər. Qoçlar təzadları sevir, "Necə varamsa, o cür də qəbul et!" prinsipinə üstünlük verirlər. İşə birinci başlayır və bir qayda olaraq hamıdan tez finişə gəlib çatır. Qoçların işi olanda hamıdan artıq xoşbəxtdirlər. Qoç bürcündə doğulanlar hər hansı bir iş haqqında azacıq fikirləşən kimi dərhal ona girişirlər. Başqaları üçün həddən artıq tələsik olan işlər, Qoçlar üçün demək olar ki, adəti bir şeydir. Qoç çox qabiliyyətlidir. Onun qəlbi ruh coşqunluğu ilə doludur. Bəzən Qoçu təəccübləndirir ki, niyə başqaları onun etdiklərini bacarmırlar. Qoç həyatı bədəni ilə hiss edir və məhz buna görə də həmişə ayaq üstə qalmağı və daima nə iləsə məşğul olmağı xoşlayırlar. Fəaldır, və özünü yaxşı hiss edir. Xəstələnəndə isə özünü tamam bədbəxt hesab edir, çünki hər şeydən yüksək qiymətləndirdiyi bədəni lazımınca işləmir. Xoşbəxtlikdən bu tez-tez olmur. Qoçun kifayət qədər həyat qüvvəsi var ki, kiçik xəstəlikləri dəf etsin. Belə xırda mərəzlərdən təkcə baş ağrısı, onun təbii enerjisi xarici şəraitdən asılı olaraq ləngiyəndə tez-tez əziyyət verir. Başqa sözlə, çətinliklər yarananda da Qoç xüsusilə cani-dildən hərəkət etməyə cəhd göstərir, lakin heç nə almayanda və heç bir ümid işığı görünməyəndə onu baş ağrıları tutur. Qeyri bürclər altında doğulanlar geri çəkilib başqa bir işin qulpundan yapışardılar. O, isə məqsədinə nail olana qədər gərgin işləməkdə davam edir. Qoçun gücü məhz bundadır, lakin onun hərdənbir çeviklik göstərməsi də pis olmazdı. Qoç özünü fəal vəziyyətdə daha yaxşı hiss etdiyinə görə imkan düşən kimi yeni bir işə başlayır. Çox götür-qoy etməyi, ən yaxşı üsulu tapmağı o, vaxt itkisi hesab edərək dərhal işə girişməyə üstünlük verir. Qoç öz qabiliyyətinə o qədər əmindir ki, uğursuzluq barədə heç düşünmür də və müəyyən dərəcədə məhz buna görə çox vaxt müvəffəqiyyət qazanır. Qoç öz problemlərinin üzərinə elə bir enerji və qətiyyətlə atılır ki, onların çoxusu sadəcə olaraq əriyib gedir. Xoşbəxtlikdən Qoçun yaddaşı çox zəifdir. Onu yalnız hal-hazırda baş verənlər maraqlandırır və əgər nə isə diqqətini cəlb edirsə, keçmiş haqqında bütün fikirləri yoxa çıxır. Qoç hansısa bir uzaq gələcək üçün işləmir ki, nə vaxtsa onun bütün bugünkü səyləri mükafatlandırılsın (bu xarakteri Oğlaq bürcü kimidir). Atılqanlıq, cinsi enerji və döyüş tanrısı Mars planetinin idarə etdiyi Qoçlar tam da planetlərinin və mövsümlərinin xüsusiyyətlərini göstərərlər. Atılqan, həvəsli, lider və tələsəndirlər. Kiçik quzu macəraçı, şövqlü, hissiyyatlı, həvəsli və enerji doludur. Həm düşüncədə, həm də hərəkətdə liderlik onların ən əhəmiyyətli xarakteristikalarından biridir. Qoç bürcü, daim yeni fikirlərə açıqdır və enerjiylə partlayar, daşar. Əlbəttə bu enerjinin meydan oxuyucu bir tərəfi də olacaqdır. İddia və meydan oxumaq da Qoç təbiətinin bir başqa xüsusiyyətidir. Hər hansı bir meydan oxuyucu vəziyyət Qoç təbiətini tətiklər və özünü dərhal bu vəziyyətlə mübarizə etməyə həsr edər. Asan-asan da ipin ucunu buraxmaz. Ümumiyyətlə Qoç girdiyi döyüşü qazanar. Ancaq zaman-zaman istisnalar da ola bilər. Bu səbəblə də Qoçlar bəzən sınarlar. Bu da əsasən səbirsiz təbiətlərindən qaynaqlanır. Dərhal hər mövzuda, anında, indi, tez nəticə əldə etmək istəyərlər çünki, başladıqları mövzularda nəticə əldə etmələri geciksə sıxılma ehtimalları yüksəkdir. Aqressivləşə bilirlər. Bu da kimsə üçün yaxşı olmaz. Qoçlar gənclik illərində daha aktiv olarlar. Hər zaman həyatda uğur qazanmağı arzulayan və bunun üçün davamlı çalışan Qoçun ən pis xüsusiyyətlərindən biri də səbirsiz olmasıdır. Bir problemin dərhal həll edilməsini istəyir. Bu cəhət onu zaman-zaman uğursuzluğa sövq edər. Səbirli olmağı öyrənməlidir və bu həm işdə, həm də sevgidə ona uğur gətirər. 

Hazırladı: Elman Yunis

Mənbə: astroloq.com, kayzen.az və wap.sende.biz