• Qoç Bürcündə Doğulan İnsanla Münasibət

Əsəbi, Lider, Eqoist, Mübahisəçi, Təcavüzkar və Səbirsiz Xarakteri Olan Qoç Bürcündə Doğulmuş İnsanlarla Aşağıdakı Qaydalara Əməl Edərək Münasibət Qura Bilərsiniz.

04.02.2020     02:42

Qoç Bürcü: 21 Mart - 20 Aprel  Tarixində Doğulmuşdur.

Od qrupudur. Marsın himayəsi altındadır. Xarakteri güclüdür. Hökmlüdür. Bu bürcdə dünyaya gələn adamlar qüvvətli və çevik olurlar. Onlarda rəhbərlik istedadı vardır. Kişilərin və qadınların ümumi cəhətləri aşağıdakılardır: nikbinlik, şöhrətpərəstlik, bir qədər tez qızışmaq, şişirtməyə meylli. Kişilər təcavüzkarlığı, nəzakətsizliyi ilə fərqlənir başqalarının mənafeyi və iradəsi ilə hesablaşmırlar. Hərəkət etməyi, iş görməyi xoşlayırlar. Onlarda ədalət hissi güclüdür. Qoç səbirsiz, hövsələsiz olduğuna, diplomatiya bacarmadığına görə tez-tez çətin vəziyyətə düşür. Qoçun həyatının başlıca mənası işdir. Qoç bürcündə doğulan insanlarla ilk tanış olduqda intellektual söhbətlərdən başlasanız yaxşıdır. Söhbətə Qoçun başlaması məqsədə uyğundur. Sizin isə onun danışığına diqqətlə qulaq asan şəxs rolunda çıxış etməyiniz məsləhətdir. Qoçların söhbət əsnasında özündən razı tonda çıxış etməsi sizi təəccübləndirməsin. Sadəcə olaraq, Qoçlar həmişə ağıllı, cəld, səmimi görünmək istəyirlər. Uşaq kimi səmimidirlər. Onlarla ünsiyyətə girdikdə bu aydın görünür. Öz fikirlərinizi Qoçlara göstərdikcə nəyin düzgün, nəyin səhv olduğunu onlara bildirməyin. Onlar bunu xoşlamırlar. Sadəcə olaraq "bəlkə belə olsa yaxşıdır" söyləməniz ən yaxşı variantdır. Qoçlara ən çox "Nə edim?" sualı ilə müraciət etsəniz, bu onların xoşuna gələr. Məsləhət vermək, öyrətmək Qoçların ən çox sevdiyi məşğuliyyətdir. Qoçlara tez-tez kompliment söyləməyi, onları tərifləməyi yaddan çıxarmayın. Tərifləmə əsasən xarici görünüşünə, ağlına, istedadına görə olmalıdır. Əgər Siz Qoçlarla görüş təyin etmisizsə, nə badə bu görüşə gecikəsiz. Bu hər şeyi korlaya bilər. Qoçlar çox vaxt özləri məsuliyyətli olmasalar da, insanlardan məsuliyyət istərlər. Özü gecikən zaman gecikmənin səbəbini böyük bir hadisə kimi danışacaq. Qoçlarla münasibətdə lider olmaqdan çəkinin. Sadəcə olaraq, hər şeydə onunla razılaşın. Qoç bürcündə doğulan qadınlar da, kişilər də çox aqressivdirlər. Bunu nəzərə alın. Onları hirsləndirməkdən çəkinin. Ailədə Qoçlar başçı olmağı və hər şeyə özləri nəzarət edib qərar verməyi xoşlayır. Qoç bürcündə dünyaya gələn adamlar adətən ortaboylu, orta çəkili, uzun boyunlu, ala və ya qəhvəyi gözlü olurlar. Nisbətən sarı bəniz, yuxarı dartılmış çatma qaşlar, qabarıq burun, şabalıdı saçlar, qabağa çıxmış iri dişlər və almacıq sümüklər, dəyirmi al yanaq, quru, pıtraq, bəzən də qıvrım saçlar, enli sümük, dəqiq, ifadəli baxışlar Qoçlar üçün xarakterikdir. Əgər siz Qoç bürcündən heç olmasa bir nəfər tanıyırsınızsa, onda həmin şəxsdə dinamikliyin, qorxmazlığın və qüvvətin nə olduğunu görərsiniz. Kişi Qoçlar paxıl, lakin sona qədər mübariz, qəddar və hətta daşürəkli olurlar. Qadın Qoçlar dünyəvi məsələlərdə çoxluq gedən yolla gedir, digər məsələlərdə isə yalnız öz fikirlərinin yeridirlər. Buna baxmayaraq, statistika göstərir ki, Qoçların 90 %-i bütün ömrü boyu "Mama uşağı" kimi qalırlar. Kişi Qoçlar demək olar həmişə yaxşı, vicdanlı əməkçilərdir. Zahirən sağlam görünsələr də, canları zəifdir. Qoçların demək olar hamısının əsəb sistemi çox zəifdir. Onlar tez qızışırlar, kobuddurlar, təmkinli deyillər. Kişi Qoçlar bədxasiyyətləri ucbatından çox vaxt ailəcanlı olmurlar, burada hər şey qadının diplomatiyasından və nəzakətindən asılıdır. Qadın Qoçlar demək olar hamısının peşəsi vardır. Onlar kişi ixtisaslarına asanlıqla yiyələnirlər, nikahda ağalıq etməyə çalışırlar. Qoç liderdir. Bir əlaqədə Qoç varsa avtomatik olaraq liderliyə can atacaq və çox vaxt da bunu bacaracaq. Qoçlar ümumiyyətlə yaxşı lider olurlar. İdarə etdikləri insanlara qarşı məsuliyyəti boyunlarına götürürlər. Ancaq tərs vəziyyətdə, yəni başqalarının lider, Qoçunda tamaşaçı olma vəziyyətində hər şey dəyişir. Qoçlar yaxşı bir izləyici sayılmazlar, çünki hər şeyin qabaqcılı olmaq istəyərlər. Bəzən həyatın qaydaları gərəyincə, izləyici olmaları lazım olduğunda, uyğunlaşma təmin etmələri lazım olan insanlarla fikirləri uyğunlaşmırsa vəziyyət daha dəhşətli olar, işlər daha da çətinləşər. Qoçlar "Mən" demək üçün doğulmuşlar. Özləriylə son dərəcə əlaqədardırlar, özləriylə maraqlanma halı həm mənfi həm də müsbət mənaları əhatə edər. Özlərinə etibarları tamdır ancaq bu özünə güvən bəzən "eqosentrizmə" uzanır. Sıx enerjiləri səbəbiylə Qoçlar aqressiv təbiətli sayıla bilər. Narahatdırlar və zaman-zaman mübahisəçi ola bilərlər. Dik başlı, tez alovlanan və asan inciyən təbiətləri vardır. Özlərini əsəbi hiss etsələr qısqanc və kindar ola bilərlər. İntiqam saatını qura bilərlər. Təcavüzkarlaşa bilərlər.

Hazırladı: Elman Yunis

Mənbə: kayzen.az və wap.sende.biz