• Şir Bürcü Haqqında Ətraflı Məlumat

23 İyul - 23 Avqust Tarixində Doğulmuş Şir Bürcü Ən Lovğa, Qürurlu, Təriflənməyi Sevən, Comərd və Zarafatcıl Bürcdür.

01.02.2020     03:59

Şir Bürcü: 23 İyul - 23 Avqust Tarixində Doğulmuşdur.

Od qrupundan olan Şir bürcü sabit qrupun xüsusiyyətlərini yaradıcı və sənətkar təbiəti ilə əks etdirirlər. Hər hansı bir fikri ən görkəmli şəkildə Şir bürcü ortaya qoyar. Meşələr kralı Şirin özünə sonsuz etibarı nəticəsində nüfuzu hər vaxt və hər yerdə etibarlıdır. Bu bürcün simvolu bir erkək Şirdir. Erkək Şirlər yaxşı ovçu deyillər. Onlar evdə uşaqlara, bala pişiklərinə baxar, dişi Şirlərsə ova gedib "yuvaya" yemək gətirərlər. Amma Şirin dişisi də erkəyi də güc simvoludur. Şirlər ehtiraslı, ürəkli, dominant, iradəli, müsbət, müstəqil, özünə etibarlıdırlar. Özləriylə qürur duyarlar. İstər qayda-qanuna qarşı istər qayda-qanun ilə olsunlar, lider doğularlar və elə qalarlar. Əmr verəcəkləri, əmr edəcəkləri mövqelərdə həqiqətən ən yaxşı xüsusiyyətlərini sərgilərlər. Dürüstlük, cəsarət, doğruluq, əzmkarlıq, sevgi bacarığı, böyüklük, xeyirxahlıq Şir bürcündə birləşə bilər. Bundan əlavə, təkəbbür, qürur, hökmranlıq, təriflənməyi xoşlayan, loğvalıq kimi pis xüsusiyyətlərin atmazlarsa, çox pis insanlara çevrilərlər. Şir bürcü böyük problemləri həll edərkən də sakitliyini tez itirir. İnsanları anlamaq və diqqətlərini hər şeyin mahiyyətinə yönəltmək bacarığı var. Bu xüsusiyyət onu qorxulu bir tənqidçi edir. Xoşuna gəlməyən hərşeyi ağır tənqid və istehza edər. Bir adamı tənqidləri ilə yaralaması onun üçün vacib deyil. Başqa bir insanın həqiqi fikirlərin qəbul etməzlər. Onlar üçün öz yalanları da şirindir. Əsasən doğru bildiyi məsləhətləri paylaşır və qarşısındakı insanın o məsləhətlərə məhəl qoyub-qoymaması  Şirlər üçün önəmli deyil. Canla başla məsləhət verib bəzən insanları sıxa da bilərlər. Hər şeyə burnun soxar və hər şeyi, hərkəsi idarə etməyi sevər. Buda çox zaman mübahisə və münaqişələrlə nəticələnər. Kimsə ondan şübhələnməyə və ya qabiliyyətlərini sınamağa çalışırsa, dərhal pis cavablara məruz qalır. Belə bir yanaşma onu çox incidəcək. Ancaq nikbin insan olduqları üçün ümidsizliyi uzun sürmür. uda onunla ünsiyyəti çətinləşdirir. Digər tərəfdən, çox emosionaldır. Kimsə ondan şübhələnməyə və ya qabiliyyətlərini sınamağa çalışırsa, dərhal yanan cavablarına məruz qalır. Belə bir yanaşma onu çox incitmək üçün sərt olacaq və reaksiyası hər kəsi təəccübləndirəcəkdir. Ancaq ümidsizliyi uzun sürmür, çünki təməl quruluşu nikbindir. Sevdiyi və onu sevən insanları yarı yolda buraxmaz. İnsanları tanımaqda çətinlik çəkərlər. Balaca uşaq kimi də ola bilərlər. Sadəlöv insanlardır. Pis niyyətli adamlar tərəfindən tez-tez istifadə edilərlər. Yalançı və saxtakar adamların qurbanına çevrilə bilərlər. Şirlər həyatı filmdəki oyunçular kimi yaşamağı sevir. Oradakı oyunçuları yamsılayarlar. Onlar zarafatcıl, qoçaq və ünsiyyətcil bir insanlardır. Şəhərin gizli amma seçilmiş yerlərini bilər və ən yaxşı yeməyin harada yeyiləcəyin, eyni zamanda ən məşhur adamların haralara gedəcəyin yaxşı bilərlər. Onu çox zaman antik dükanlarda, ucuzlaşma kimi bazarlarda görə bilərsiniz. Onun həvəsi və tükənməz enerjisi, iş və şəxsi həyatda uğurunun əsasını təşkil edir. Liderliyi sevsələrdə lazım gələrsə təşəbbüs də göstərirlər. Onun üçün məsuliyyət götürmək narahatcılıq yaratmır və "hər şey yaxşı getməlidir" fikri ona ən çətin vəziyyətləri belə asanlıqla idarə etməyə imkan verir. Həm də hadisələri böyütməyi sevirlər, hansı ağır işlə məşğul olduqlarını nümayiş etdirmək və hədəf aldıqları işə başqa insanların maraq və təşəkkürləri toplamaq istəyirlər. Çünki bürclər içində ən çox tərif xoşlayan bürc Şir bürcüdür. Pişik kimi sığal tumar xoşlayandılar. Kimsə ona kömək təklif edərsə, qüruruna görə imtina edər. Belə bir şey onun üçün yerə dibinə enmək kimi birşeydir. Şirlər ümumiyyətlə çox fəal və dinamikdirlər. Ancaq heç kim onlar qədər boş yerə və tənbəl vaxt keçirməyi bilməz. Tənbəlliyə çox meyillidirlər. Lazım gələrsə, həssas və qürurlu ruhlarını sağaltmaq üçün fırıldaq edə bilərlər. Şir öz gücünü və motivasiyasını fikirlərindən alır. Bir şeyə əmin deyilsə və ya özünə şübhə edirsə, onda hərəkətverici gücü yoxdur. Şirlər ailə qurmağa qərar verərlərsə, dürüst, mehriban və sevgi dolu bir həyat yoldaşı və valideyn olurlar. Buna baxmayaraq, həmişə haqlı olduqlarını və hökmranlığını iddia edirlər. Fərdi cazibə gücləri, cazibədarlıqları göz oxşayandır. Uca könüllü bir zəkaları vardır. Belə ki; Şirlərin əmri altında olan kəslər onlara böyük hörmət və sevgi bəsləyərlər. O da "təbəə"sindən ləyaqət gözləyər. Şirlər çox kompleks deyildirlər. Nə istədiklərini bilər və bütün enerjilərini, yaradıcılıqlarını istifadə edərək istədikləri nəticəyə çatarlar. Nəyin arxasından qaçacaqlarını bildiklərindən nəticəyə çatmaları da çətin olmaz. Ona heyran olanlar bir Şirlə rəqs etdiklərinin çox fərqindədirlər, fərqində olmasalar belə qısa zamanda bunu görəcəklər. Bir Şirlə birlikdə olmaq, normaldan böyük düşünməyi, böyük davranmağı tələb edir. Ancaq Şirlərin bu böyük düşünmə ehtirasları və uca idealları bəzən ətraflarındakıları, onlarla birlikdə hərəkət edənləri qorxudar. Yenə də, ancaq Şirlərin bacarıqlılıqları və hadisələrin ya da hər hansı bir problemin tam ürəyinə çatma qabiliyyətləri, onlara bağlı olanların, onlarla birlikdə hərəkət edənlərin etibarını təzələyəcək. Şir bürcündə doğulan insanların adətən hündür boyu, dolu mütənasib bədəni, yumru başı olur. Enli kürəkləri, hündür, açıq alnı, azca əyilmiş burnu, dolu dodaqları var. İri, qara və ya şabalıdı gözləri, məğrur, aydın baxışları, açıq rəngdə saçları və gözəl dərisi olur. Yerişi ləngdir. Xarakteri möhkəm, cəsarətli, müstəqildir. Çox diqqətli, məğrur, xeyirxah, azad düşüncəli, lakin əsəbidirlər. Bu bürc altında doğulanlar arasında çoxlu aktyorlar, rejissorlar, prodüsserlər və teatr adminstratorları var. "Şirlər xüsusiylə malı yaxşı nümayiş etdirmək", - gərək olduğu yerdə daha uğurlu fəaliyyət göstərirlər. Buna görə də dizayn, aşbazlıq, vitrinlərin quruluşu və s. kimi işlər onların ürəyincədir. Qeyd etmək lazımdır ki, Şirlər yeni və təcrübələri az olan işlərə başlamağa meyllidirlər. Buna görə də çox çalışmalarına və istedadlarına baxmayaraq, bəzən öz məqsədlərinə çata bilmirlər. Şirlər pulun özünü yox, onun yaşamağa imkan verdiyi şahanə həyatı sevirlər. Biznes onlar üçün elit bir oyundur. Belələrinin sərmayə qoya biləcəyi ən uğurlu mühit daşınmaz əmlak və əmanət sahəsidir. Vəzifə həvəskarı olan bu bürc idarəetmədə peşəkardır. Çünki onda artistlik bacarığı və özünəinam hissi çox güclüdür. Zaman-zaman çətinliklərə mübtəla olsa da, vəzifə pilləsində hamını təəccübləndirməyi bacarır. Şirin ən zərif yeri olan özünəvurğunluq hissinə qarşı çıxsanız, asanlıqla onun əbədi düşməninə çevrilə bilərsiniz. Bu bürcdən olan vəzifəlilər hədsiz dərəcədə zəif yaddaşa malik olurlar. Bu amildən yararlanıb bütün işləri hiss etdirmədən icra edin və ona yalnız uğurlu nəticə haqqında məlumat verin. Şirin ürəyinə yol tapmaq istəyirsinizsə, cəsarətli və qürurlu olmağınız kifayətdir. Şirlər otağa girəndə orada olanlar arxa plana keçməli, hamı onlara diqqət yetirməlidir. Unikal və digərlərindən üstün olduqlarını göstərməlidirlər. Onlara bu imkanı verin. Deyin ki, hələ bu vaxtacan belə qeyri-adi insan görməmisiniz. Onları tərifləyin. Bu, onlara hava və su kimi lazımdır. Onları tutduqları mərkəzi mövqedən yıxmağa çalışmayın. Öz kamilliklərini nümayiş etdirməyə imkan yaradın. Həyatınızın onların ən kiçik arzularından asılı olduğunu göstərə bilsəniz, daha yaxşı olar. Deyə bilərsiniz ki: "bu lap ağ oldu", amma bir başqa bürclə bu, bəlkə də belə olardı. Şirlərə isə başqa yol yoxdur. Onlar bunu təbii hal kimi qəbul edirlər. Bu adamlar yumor hissinə malikdirlər, gülməyi xoşlayırlar, lakin özlərinə yox. İncəsənətlə, teatrla, ədəbiyyatla maraqlanırlar. Buna görə də Şirləri şəkil qalereyasının açılışına, tamaşanın, filmin premyerasına, ədəbi xarakterli dəbdəbəli yığıncağa dəvət etmək yerinə düşər. Şir bürcündə doğulanlar bilirlər ki, onlar həmişə diqqət mərkəzindədirlər, anadangəlmə bir nömrəli insaniardır.Günəş bütün Günəş sisteminin mərkəzi olduğu kimi, Şir də bürclər silsiləsinin mərkəzidir. Şirə günəşin bütün keyfiyyətləri xasdır. Onlar istiqanlı, hərarət saçan insanlardır və hamı tərəfindən seviləndirlər. Günəş buludlar arxasından çıxıb tutqun havanı dəyişdirdiyi kimi, onlar da elə təkcə öz mövcudluğu ilə otağı işıqlandırırlar. Hər hansı bir tədbir və ya məclis Şirin iştirakı ilə daha da gözəlləşir, onsuz isə bir qədər darıxdırıcı olur. Şirlər fitrətən təbii şəkildə qalibdirlər. Buna səbəb onların eqoizmi və səxavətidir. Şir bilir ki, o, ən yaxşı insandır. Özünə şübhə, özünütənqid, utancaqlıq və hövsələ ona yaddır. Şirlər özlərinə lazım olduğu kimi hərəkət edirlər. Onlar hər şeydə birinci olduqlarına və ən yaxşı insan hesab edildiklərinə görə özlərinə bəraət verirlər. Arzu etmədikləri bir işi görməzlər. Bununla belə, hamı Şiri sevir. Nəyə görə? Çünki səmimi və səxavətlidir. Onu bir qədər tərifləsələr həvəslə hər şeyini bölüşər. Şir gözə görünməyi xoşlayır. Ona elə gəlir ki, bütün dünya Şirin gözə görünən gözəlliyini görməlidir. Şir tamamilə haqlıdır: dünya onu görməyi xoşlayır. Şirlər kimisə aldatmağa və ya alçaltmağa cəhd etmirlər. Bu onlara lazım deyil, çünki öz qiymətlərinə görə hamıdan yüksəkdə dururlar. Onların özünə olan inamı o deməkdir ki, öz vəziyyətlərinə görə narahat olub qorxmurlar və heç kimin uğuruna qısqanclıqla yanaşmırlar. Elə ona görə da Şirlər çox məşhur və səmimi olurlar, gümrahlıq və nikbinliklə aşıb-daşırlar. Biz Şirə dərin şübhə və kədər içində yaxınlaşsaq, o bizə nə etməyi deyə bilər. Hələ üstəlik, özü əldə etdiyi uğuru bizimlə bölüşər və qazandığımız kiçik tərəqqi üçün bizi tərifləyər. Şirlər bizə hərarət və ümid verirlər: əvəzində isə biz onları tərifləməliyik. Şir bürcün təriflə canın al. Şirlər əla təşkilatçılardır. Onlar nə etdiklərini yaxşı bilən insanlardır. Krallar, sədrlər, qubernatorlar, müxtəllf növ rəhbərlər Şir keyfiyyəti və talantına malik olurlar. Əlbəttə, Şirlərin çatışmamazlıqları da olur. Onlar öz nöqsanlarını görmürlər. Onlar bir işdə faktiki bacarıqsızdılarsa, bu bacarıqsızlığın onlara anlatmaq çox çətindir. Çünki daim lovğalanmağa hazırdırlar. Şirlər öz hərarət və səmimiyyətlərinə uyğun gələn tərəfdaş tapıb onunla uzun müddət, bütün həyatı boyu bir yerdə olmaq qayğısına bir o qədər də qalmırlar. Şirləri yeganə olaraq həmişə narahat edən problem vəsait çatışmamazlığıdır. Onların fikrincə, layiq olmadıqları bir həyat səviyyəsində yaşamağa məcburdurlar. Buna baxmayaraq, Şirlər başqa bürclərdəkinə nisbətən daha firavan həyat tərzi keçirirlər. Bilmək olmur ki, onlar daha çox qazanırlar, yoxsa ki, pul yığırlar.

Hazırladı: Elman Yunis

Mənbə: astroloq.com, kayzen.az və wap.sende.biz