• Şir Bürcündə Doğulan İnsanla Münasibət

Təriflənməyə Hava və Su kimi Ehtiyacı Olan, Lovğa, Səxavətli və Eyni Zamanda Qürurlu Şir Bürcü ilə Səmimi Münasibət Qurmağın Yolları.

05.02.2020     03:07

Şir Bürcü: 23 İyul - 23 Avqust Tarixində Doğulmuşdur.

Şir bürcündən olan kişiləri ifrat özünəvurğunluq və eqoizm uçuruma yuvarlada bilər. Onlar hər zaman yüksəkdə durmağa öyrəşiblər. Ona görə də belələrini yalandan tərifləməklə hər bir işə (o cümlədən yaramaz işlərə də) sövq etmək mümkündür. Bu sayaq insanlar bir anlıq parlamaq üçün çox şeyi qurban verərlər. Aşağı səviyyəli Şirlər eqoistdir. Belələri tərəddüd etmədən ailəsini, uşaqlarını onlara məftun olduğunu göstərə bilən başqa bir qadından ötrü ata bilərlər. Onlar hətta ailələrinin çörəkpulunu düşünmədən sağa-sola xərcləməyə qadirdirlər. Özlərini təmizə çıxarmaq üçün gözlərini qırpmadan yalan danışa bilərlər. Şan-şöhrətə çox qısqancdırlar. Onların səhvlərini üzə çıxaranlara nifrət bəsləyirlər. Əgər yüksək səviyyəli Şirlər alicənab və müdrik padşahlardırsa, aşağı səviyyəli Şirlər tovuz quşu lələyi taxmış qarğalardır və onlar bu lələyi hər şeydən üstün tuturlar. Şir bürcündən olan qadınlar hər bir halda şahzadədirlər. Onların aşağı səviyyəli olanları çox bədxərc və eqoistdirlər. Belələrinin istəyi başqaları üçün qanundur. Əgər kimsə onların istəklərini yerinə yetirmirsə, ona nifrət edirlər. Bu sayaq qadınlar digər həmcinslərinə yalnız xidmətçi, yaxud da özlərinə maneə kimi baxırlar. Aşağı səviyyəli Şir qadınlar, yüksək səviyyəli Şir qadınlardan qorxurlar. Çünki onların üstünlüyünü çox yaxşı duyurlar. Parlaq (yəni pullu) cəmiyyətdə dolanmağa öyrəşən Şir qadınlar təbii ki, tez-tez borca da düşər və bununla da kriminal ünsürlərin razborkasının qurbanına çevrilə bilərlər. Ümumiyyətlə Şirlər idealist, yaxşı niyyətli, insancıl və lütfkardır. Güclü bir zəkaları vardır və geniş perspektivli düşünə bilərlər. Bəzi Şirlər çox güclü dini duyğulara sahib ola bilərlər. Dini inancları güclü Şirlər bu inanclarına möhkəmcə bağlanacaq və ənənəvi inancları və qaydaları qorumaq, onları lazımınca yerinə yetirmək üçün var güclərini sərf edəcəklər. Bu rəftarları, liberal fikirlilərə son dərəcə qeyri müasir, köhnə moda gəlsə də Şirlər inanışlarında və idealizmlərində son dərəcə səmimidirlər. Hər kəsin olduğu kimi Şirlərin da qüsurları vardır. Mənfi istiqamətləri güclü bir Şir, insanlığın görə biləcəyi ən böyük baş bəlalarından biri ola bilər. Həddindən artıq vüqarı, əslində qüruru, əmr verən tərzi, soyuqqanlılığını itirən təlaşıyla həqiqətən cansıxıcı ola bilər. Əgər rəqiblərinə güc gəlmək istəyərlərsə, zaman-zaman hiyləgərlik etməkdən, gizli işlər görməkdən və onları pisləməkdən çəkinməyə bilərlər. Eqosentrizm, tərif aclığı, özünü bəyənmişlik, dəbdəbəli sözlər, üstünlük duyğusu, həyasızlıq, buyurqanlıq, təpədən baxma Şirlərin mənfi xüsusiyyətləri arasında sayıla bilər. Bütün bunların yanında, Şirlərin başqa mənfi xüsusiyyətləri vardır. Lüksə düşkünlük, güc arzusu, sərhədsiz cinsi şəhvət, romantik mübtəlalıq kimi. Bu mənfi xüsusiyyətlər bəzən o cür irəliyə gedə bilər ki; hər kəs onlardan sanki ardına baxmadan qaçar. Ancaq Şirin qürurunun hər şeydən əvvəl gəldiyini bilmək lazımdır. Ona görə Şir, ümumiyyətlə çox düşünməyəcək. Qüruru buna mane olar. Diqqətli olmaları lazım olan şey isə idarəolunmayan tələskənlikləridir. Bu, onların enişini hazırlayar. Yaxşı ki, Şirlər çox intizamsız deyildirlər. Bütün bu qopuşların qarşısını alacaq, ümumiyyətlə balanslı daxili müdriklikləri vardır. Onları üzən şeylərə qarşı zəkalarını şüurlu şəkildə istifadə etməyi bacarır və pisliklərin öhdəsindən gələ bilirlər. Professional həyatda daim ən üstdə olmaq istəyərlər. Siyasətçi olsalar, ancaq hökumətdə müdir mövqeyində vəzifə aldıqlarında rahatlayarlar. İş həyatında ya şirkət başçısı olarlar ya da heç olmasa müdir mövqesindədirlər. Mükəmməl təşkilatçılıq qabiliyyətləri vardır. Uzağı görə bilərlər. Yeni proyektlərin təməlini təyin edərlər. Bir proyektdə köməkçi olaraq başlasalar belə çox keçmədən proyektin idarəçisi olarlar. Çünki ehtiraslıdırlar, çünki kiçik və detallı işlər görməyi sevməzlər. Sənət sahəsində bir Şir səhnələrin ulduzudur. Onsuz da teatr ilə Şir çox yaxından əlaqəlidir. Nümayiş dünyası Şirlərin ən rahatlayacağı sahələrdən biridir. Komediyadan çox dramları seçərlər, çünki dramda daha çox şişirtmə və görkəm vardır. Şirlərdən mükəmməl orkestr rəhbərləri, böyük musiqiçilər çıxar. Rəssam olsalar böyük ölçülü kətanla çalışarlar. Şir qadınları da kömək dərnəklərində işləməkdən zövq alır. Şir temperamentlidir, tez qızışandır. Çox böyük daxili qüvvəyə malikdir. İgidlik göstərməyə qabildir. Lakin şöhrətpərəstliyi də vardır. Uşaqlıq xüsusiyyətlərini qoruyub saxlamışdır, sadəlövdür, onu təsir altına almaq asandır, tələyə asanlıqla düşür. Psixoloji duyumunun olmaması ona səhvlərə, bəzən də əsl faciəyə gətirib çıxarır. Lakin nə qədər çətinliklərə rast gəlsə də, təbii şuxluğunu nadir hallarda itirir. Adamlarda olan xainlik onu hər şeydən çox heyrətləndirir. Şir özü vəfalı dostdur. Lakin daimi deyil. Şir səxavətlidir, var-dövləti və cah-cəlalı sevir. Nizamsızlığı və israfçılığı buna gətirib çıxarır ki, yoxsulluq içində ölür. Qonaqpərvərdir. Qumarı, idmanı, yarışları xoşlayır. Bu işarə altında dünyaya gələn adamlar hər hansı peşənin sahibi ola bilərlər. Lakin çox vaxt rəhbər vəzifələr tuturlar. Onlar otağa daxil olan kimi bütün yerdə qalan adamlar ikinci plana keçir. Şirlərə diqqət və şöhrət su, hava kimi lazımdır. Onlar tərifi sevirlər. Şirləri bacardıqca çox tərifləyin. Şirləri məclislərdə, yığıncaqlarda diqqət mərkəzinə çəkin. Hamı ona baxmalıdır, hamı onun haqqında danışmalıdır. Özünüzü ondan asılı kimi göstərin. Qoy o, elə başa düşsün ki, sizin həyatınız, xoşbəxtliyiniz onun əlindədir. Həddini aşmağında bir qorxu yoxdur, qorxmayın. Şirlər bu hərəkətinizdən çox razı qalacaqlar. Şirlərin çox gözəl yumor zövqü vardır. Ona görə də, söhbətə başlamaq və diqqətini çəkmək üçün onu güldürün. Amma bunu unutmayın ki, Şirlər özündən başqa hər şeyə gülməyi sevir. Əgər siz qadın Şirə görüş təyin etmisinizsə, onda səxavətli olun. Onunla ictimai nəqliyyatla getməkdənsə yaxşı olar ki, gözəl bir avtomobildə getməyi üstün tutasız. Şir Qadınlar həmişə özlərini ali cəmiyyətin üzvü sayır, hər şeyi bəyənmir. Əgər ona hədiyyə almaq istəsəniz, bu mütləq parlaq bir hədiyyə olmalıdır. Parlaqlıq rəngdə deyil, Şirlərin hədiyyəyə olan təəssüratındadır. Əgər sizin dəvətliniz kişi Şirdirsə, onda onu diqqət mərkəzində olması üçün qohum-əqrəba, dostların çox olduğu məclislərə aparın. Çalışın, hamı onun haqqında danışsın, söhbət həmişə onun ətrafında fırlansın. Şirlərlə münaqişə etməyin. Siz haqlı olsanız belə, çox üstünə düşməyin. Əgər Şirlərlə ailə qurmaq istəsəniz, ona ailəni hər şeydən üstün tutduğunuzu, ailəyə bağlı olduğunuzu göstərin. Onlar həyat yoldaşına qarşı çox tələbkardırlar. Həyat yoldaşı nəinki gözəl insan, həm də bacarıqlı, ağıllı, başa düşən bir şəxs olmalıdır.

Hazırladı: Elman Yunis

Mənbə: astroloq.com, kayzen.az və wap.sende.bi