• Tərəzi Bürcü Haqqında Ətraflı Məlumat

24 Sentyabr - 23 Oktyabr Tarixində Doğulmuş Tərəzi Bürcləri Dəqiqliyi Sevir, Qərarsızdır və Bahalı Şeylərin Düşkünüdür.

01.02.2020     04:02

Tərəzi Bürcü: 24 Sentyabr - 23 Oktyabr Tarixində Doğulmuşdur.

Tərəzi bürcü mükəmməl bir sosiallığı olan nümayəndə kimidir. Yəni insanları bir-birləri ilə tanış edərək şən ictimai mühitlər yaradar. İnsanlarla həmişə bir yerdə olmağı sevən Tərəzi bürcü tək başına qalınca nə edəcəyini bilməz. Qrup işlərində və ortaqlıqlarda möcüzələr yaradar. Qabaqcıl qrupun verdiyi xüsusiyyətlərlə son dərəcə aktiv və avtoritar olan Tərəzi, özü kimi müvəffəqiyyətli insanlarla dostluqlar qurub hər kəsi ətrafına toplayar. Qabaqcıl qrupun hökm edici xüsusiyyəti Tərəzi bürcünün sevimli xarakteri ilə xas bir şəkildə birləşincə insanları barmaqlarında oynadar. Zodyakın yeddinci bürcü, gözəllik, sevgi, eşq və uyğunlaşma planeti Venera tərəfindən idarə olunan Tərəzilərdir. Hava qrupuna aiddirlər və qabaqcıl xüsusiyyət daşıyarlar. Tərəzinin simvolunu araşdırmaq bu bürc haqqında çox şey söyləyəcək. Yeddinci ev eyni zamanda partnyorluğun, ortaqlıq əlaqələrinin evidir. Bu səbəblə Veneranın eşq uşaqları Tərəzilər, digər bürclərdən daha çox evliliyə əhəmiyyət verərlər, mütləq bir sevgiliyə sahib olmaq arzusu duyarlar. Tərəzi Zodiakda cansız bir simvol tərəfindən təsvir edilən yeganə bürcdür. Bütün digər bürclər ya heyvan ya da insan şəkilləriylə simvolizə edilmişlər. Bir çox müasir astroloq bu vəziyyəti Tərəzinin ən çox istənən Zodiak tipi olmağıyla izah edər. Bunun səbəbi, heç şübhəsiz, Tərəzi bürcünün bərabər gəldiyi mövsümlə yaxından əlaqəlidir. Çünki Tərəzi ilin başı, baharın bütün əhəmiyyətli işlərinin nəticəsinin biçildiyi mövsümün ən yüksək nöqtəsini təmsil edər. Havada bir rahatlama, bir yetkinlik vardır, insanlıq yay günəşinin son işıqlarından zövq almaqdadır, etdiyi məhsul biçinindən topladığı məhsulların kefinə çatmaqdadır. Bəlkə də bu səbəblə Tərəzilər, on iki Zodiak xarakteri içində ən mədəni, ən gözəl görünüşlü insanlardır. Tərəzi bürcündə doğulan şəxslər qayğıkeş olub hər şeylərini bölüşməyə hazırdırlar, qərarsızdırlar. Venera planeti onlara çoxlu dost bəxş edir və şöhrət gətirir. Həmçinin Tərəzini şübhələr içində saxlayaraq hansı yolu seçməyi, kimə üstünlük verməyi dəqiq göstərmir. Tərəzi ömrü boyu heç kimlə mübahisə etmədən yaşaya bilər. O, insanlarla razılıq və harmonik münasibətlər əsasında ünsiyyətdə olur. Veneranın adamı olan Tərəzi başqa insanlarda ilk növbədə nə isə müsbət bir şey görə bilir. Tərəzilər başa düşdükləri bir işi görər və oşlamadıqları şeylərdən imtina edərlər. Tərəzi tarazlıq bürcüdür və balanslaşma bu bürcdə dünyaya gələn insanlar üçün çox böyük əhəmiyyət kəsb edir. Onlar həyatda nəyinsə həddən artıq olmasını xoşlamırlar. Çox işləməyi, pul ödəməyi, tünlüyü və s. Tarazlığın, ölçünün pozuiduğu yerdə onlar harmoniya və mütənasibliyi bərpa etməyə can atırlar. Bəzən bu, çox qəribə nəticələrə gətirib çıxarır. Tərəzilər nəzarətdə olan rəngarəng situasiyaların öhdəsindən çox asanlıqla gəlirlər, lakin onların nəzarətindən kənar olan vəziyyətləri tarazlamaq cəhdi təhlükəli ola bilər. Məsələn: Tərəzi tərəfdaşının incikliyini və pis münasibətini dözərək qəbui edir ki, onunla əlaqəsi kəsilməsin. Tərəzi vəziyyəti tarazlamaq naminə daha diqqətcil və səxavətli olur. Başqa on bir bürcdəkilərə nisbətən Tərəzi yaxın tərəfdaşa daha çox ehtiyac hiss edir. İnsanların çoxusu əsasən bir nəfərlə xüsusi münasibətlər qurarlar. Tərəzilər isə öz həyatlarındakı hər bir tənha insanla qarşılıqlı intim əlaqələrə yaxın bir səviyyədə münasibətlər yaradırlar. Onlar hər bir insanda nə isə maraqlı, yaxşı bir keyfiyyət tapıb qarşılıqlı əlaqə və münasibətlərə girirlər. O, hər bir insanda qeyri-adi keyfiyyətlər görməyi bacaran yeganə bürcdür. İnsanlar fiziki, intellektual və ruhi-mənəvi enerjiyə malik olurlar. Tərəzi isə qarşılıqlı münasibətlər qurmaq enerjisinə malikdir. Bu enerjinin yeganə mənfi bir cəhəti odur ki, Tərəzi yalnız tərəfdaşı ilə təkbətək qalanda ondan istifadə edə bilir, əks təqdirdə həmin enerjini realizə etmək üçün adamların çox olduğu yerdə növbə ilə ünsiyyətə girmək lazım gəlir. Başqa insanlara qida və sevgi zəruri olduğu kimi, Tərəziyə (həm də Əkizlər və Dolçaya) də rəngarənglik çox vacibdir. Tərəzi bürcün yaxşı xasiyyətli, cazibədar, simpatik, yumşaq, dözümlü, ağıllı, çalışqan, acı, kədərli, inadkar, tənbəl, səbirsiz hiss edə bilərsiniz, bəzən isə bütün bunların əksinə çevrilmiş forması da ola bilər. Bu xarakterin əksinə çevrilməsi üçün yanlış bir söz kifayətdir. Tərəzi bürcünün daxilində dərin ziddiyyət olar. Yalnız yaxınlarından deyil, ətrafdakılardan da çox şey gözləyirlər. Tərəzi buna görə əziyyət çəkir. Mövzu nə olur-olsun fərq etməz, Tərəzinin mübarizəyə ehtiyacı var və heç bir səbəb olmadan qəsdən mübarizə aparar. Kənd həyatının bütün üstünlükləri təriflənsə də, onlara qarşı çıxacaq. Onu əsəbləşdirib mübahisəyə qoşmanız üçün ümumiləşdirmələr haqqında söhbətlər etməyiniz kifayətdir ki, Tərəzi partlasın. Şəxsi müzakirələrdən qorxur. Bunun üçün sinir sistemi çox zəifdir. Bədii döyüşlərdə neytral qalmağa çalışır. O, bu müzakirəni lazımi qətiyyətlə davam etdirə bilmədiyi üçün güzəştə getməyə çalışır. Bir tərəfdən, faktlar və ədalət üçün səy göstərməsi, digər tərəfdən onların başqaları tərəfindən təsdiqlənə bilməsi Tərəzinin qərar verməsini çətinləşdirir. Hadisələr onu qərar verməyə məcbur edənə qədər bütün imkanları nəzərə alır və ölçür. Təəccüblü bir səylə, qərarsız olduğunu inkar edəcəkdir. Tez qərar verməyə də tənbəllik edər. Qərarın bütün nəticələrini əvvəlcədən nəzərdən keçirməyə vaxt ayırmayan tələskən insanlara da nifrət edir. Sənətə və bütün gözəlliyə meyilli olarlar. Axı Tərəzini bütün gözəlliklər planeti olan Venera idarə edir. Tərəzi adamı bütün mühitlərdə müasir bir zövqə malikdir. Zövqlü geyinər təbii incəliklə hərəkət edər. Gözlərindəki təbəssüm heç vaxt azalmır. Gözəl və rahat evini zövqlə bəzəyəcəyi qiymətli rəsmlər, klassik antik əşyalar və moda aksesuarlarına sahib olmağa çalışır. Evinə mənəvi gözlə baxır. Plan və məhdudiyyətlər onun üçün çox can sıxıcıdır. Tərəzi bürcündə doğulan insanlar bəzən xəyalpərəst olarlar.  Təşəbbüs göstərməyə nifrət edirlər, çünki vaxtlarının çoxunu xəyal dünyasında keçirməyi sevirlər. Səhv etməkdən qorxurlar. Mübarizə əzimləri azdır.  Ətraflarında baş verən neqativ hadisələri dərhal hiss edirlər və içlərində sakitliyin qoruyarlar. Sonra qəfil böyük enerji ilə partlayar və özləri də buna təəccüblənərlər. Problemləri könüllü şəkildə həll edərlər. Tərəzi bürcü yaxşı ev sahibidir. Yaxşı yemək bişirmək də onun işidir. Onun maraqları gündəlik həyatda baş verən kiçik hadisələrdən tutmuş siyasi məsələlərə qədərdir. İnsanları bir araya gətirmək ona zövq verir. Bir neçə dəqiqə ərzində səmimi bir atmosfer yaratmağı bacarır. Dinləyər, ancaq söhbət etdiyi insanla dərhal dərin dostluq qurmaz. Dostları onun üçün vacibdir, xüsusən də tək olmadığını təmin etmək üçün vacibdir. Dostluğunda öz şəxsiyyətini qorumağı bacardığından ətrafındakı dostlarını ehtiyaclarına görə dəyişdirər. Tərəzi bürcündən olanlar təzadlı xarakterə malik olduqları üçün onları anlamaq çətinlik yaradır. Orta əsrlərdə belələrini "ən etibarsız adam" adlandıran  münəccimlər onlara tapşırıq və ya sirr verməkdən ehtiyat edirdilər. Tərəzilər nadir hallarda özlərindən çıxır və demək olar ki, əsəbiləşərkən ümumiyyətlə, hay-küy, dava-dalaş qaldırmırlar. Amma adi bir sözlə münaqişə yaratmaqda da qabiliyyətlidirlər. Onlar hər şeydə sərbəstliyi sevir, başqalarının təklif və məsləhətlərini qulaqardına vururlar. Buna baxmayaraq əgər onlar bu üsulu başqaları üzərində tətbiq etsələr, ömürləri boyu təhlükəli məqamlar yaşayırlar. Tərəzilər 25 yaşdan sonra böyük iddialarla yaşayır, az qala hamını özlərinə xidmət etməyə çağırırlar. Həmin ərəfədə onlara "Yox" deyənlər asanlıqla düşmənə çevrilirlər. İnadkarlıq etdikdə onların öhdəsindən gəlmək çox çətin olur. Belələri sərbəst fikir irəli sürmək, müstəqil hərəkət etmək istedadına nadir hallarda yiyələnirlər. Tərəzilər təsir altına başqalarından daha tez düşürlər. Bu bürcün kişiləri qadınlarına nisbətən qaşqabaqlı deyil, zarafatcıl və deyib-gülməyi sevən olurlar. Deyilənə görə, bu bürcdən olanların əksəriyyəti hamıdan yaxşı yalan danışa və rəhbərliyə yaltaqlana bilir. Bu, onların əsl peşəsidir. Bu işarəyə mənsub qadınlar ciblərində qəpik-quruş olanda belə, "Komfort" mebel salonundan bahalı avadanlıq almaq, "Cipdə" gəzmək, xarici səyahətlərə çıxmaq və daş-qaşlar almaq xəyalına dalırlar. Kişi Tərəzilər zahiri görünüşdən həddindən artıq cazibədar, ehtiraslı görünürlər. Bu adamlar məhəbbət magiyasının ən gözəl biliciləridir və bundan məharətlə istifadə edirlər. Lakin başqalarının məhəbbət oyunları üçün onlar praktiki olaraq sarsılmazdır. Tərəzi bürcü tez-tez şər qüvvələrin hücumuna məruz qalır. Onlara müxtəlif dini ayin və mərasimlərdə iştirak etmək məsləhət görülmür. Əks təqdirdə böyük fəlakət və xəstəliklərlə üzləşə bilərlər. Başqa bürclərə təhlükə törədə bilən şeylər Tərəzilərə böyük uğurlar gətirə bilər. Məsələn, opal daşı onlara çox faydalıdır. Əgər istəsələr, belələri fövqəltəbii sirlərə malik olar, xüsusən də müalicə sahəsində böyük uğurlar qazanarlar. Maraqlı orasıdır ki, Tərəzi bürcünə aid insanların əksəriyyəti fövqəltəbii elmlərlə məşğul olurlar. Tərəzi ali sintezi təcəssüm etdirir. Onların əsas problemi insan həyatının müxtəlif sferalarını əhatə edən harmoniya axtarışıdır. Bu adamlar vəziyyəti tez başa düşməyi, reallığa uyğunlaşmağı və tanış olmayanlara ümumi qiymət verməyi bacarırlar. Tərəzilər üçün informasiyanın ünvanı və mənbəyi maraqsızdır. Çünki onlar intellektual, aktiv və məntiqli bir fərddir. Buna baxmayaraq, heç bir halda emosional deyillər, soyuqluğu belə açıq-aşkar nümayiş etdirirlər. Onların daxilən can atdığı şey hər zaman ədalətli hakim yerini tumaqdır ki, bu hakim də öz nöbəsində məsələyə hərtərəfli yanaşaraq ədalətli qərar çıxarır. Ali Tərəzi həyata bir neçə prizmadan yanaşır. O, tez-tez qəti qərar qəbul etməkdə, müəyyən qədər şüurlu qəddarlıq göstərməkdə çətinlik çəkir, həmişə müxalifinin nəzərləri ilə ətrafa baxa bilir. Ümumiyyətlə, Tərəzi istənilən şeyə istənilən nöqtədən baxmağı bacarır. Bu şəxslər istənilən ideologiyanın üstündə durub onu müdafiə etməyə meyllidirlər, bir şərtlə ki, onun düzgünlüyünə tam əmin olsunlar. Fərdi etikaya malik olduqlarından vəziyyəti nəzərə alırlar. Ali Tərəzi ən məsuliyyətli bürcdür. Əgər övladınız bu bürcün himayəsində doğulubsa, ciddi sınaq qarşısında qalacaqsınız. Hər an sizi həm müsbət, həm də mənfi mənada sürprizlər gözləyir. Valideyn kimi bilməlisiniz ki, bu bürcdən olan uşağınızın gələcək taleyi birbaşa sizin tərbiyyələndirməyinizdən asılı olacaq. Çünki yuxarıda qeyd etdiyimiz kimi, bu adamlar təsir altına tez düşürlər və hər şey ağıllarına batır. Hələ uşaqlıqdan yaddaşları möhkəm olan Tərəzilər müxtəlif dövrlərdə baş verən hadisələri bütün təfərrüratıyla yadda saxlaya bilirlər. Valideyn kimi onu da unutmayın ki, belə uşaqların gözündən heç nə yayınmır. Əgər övladınızın gələcəyini xoşbəxt görmək istəyirsinizsə, məsləhətlərimizə qulaq asın. İstər cəmiyyətdə, istərsə də ictimai proseslərdə fəaliyyət göstərən Tərəzilər tez məşhurlaşsalar da, nadir hallarda liderə çevrilirlər. Bu isə onların özlərinə inamsızlıqlarından irəli gəlir. Bu adamlar həmişə kənardan kiminsə kömək edəcəyini düşünürlər. Onların qəlbində daima narahatlıq və nisgil olur ki, bu da ömürlərinin sonuna qədər davam edir. Duyğu və hisslərin qarşılıqlı münasibətlərində Tərəziləri başa düşmək olduqca çətindir. Bu adamlar öz qabiliyyət və bacarıqlarından heç vaxt razı olmurlar. Tərəzi bürcünə şamil edilən adamların çoxlu sayda düşmənləri olur. Bu səbəbdən də onların həyatı daima təhlükəyə məruz qalır. Əksər hallarda sui-qəsdlərin qurbanı olurlar. Amma gözəl intuisiya, səmimi dostlar, səliqə-sahman, ciddi xarakter, yaradıcılıq eşqi və başqa müsbət keyfiyyətlər də məhz bu bürcə şamil edilir. Yüksək incəsənət duyumu, artistlik qabiliyyəti olan Tərəziləri bu sahələrdə şöhrət və varlanmaq gözləyir. İş yerində Tərəzinin adı "Tənbəl Tərəzi"dir, bu əslində tam doğru sayılmaz. Kobud və murdar işləri sevmədikləri doğrudur, ancaq çaşdırıcı dərəcədə enerjili də ola bilərlər. Çoxu xeyli təvazökar olsa da, bəziləri həddindən artıq ehtiraslıdır. Həddindən artıq ucları sevməmələrinə qarşı yaxşı bir diplomat olarlar ancaq yaxşı bir siyasətçi deyildirlər. Çünki mülayimdirlər və bir məsələnin hər istiqamətini görə bilmə qabiliyyətləri vardır. Bu da siyasətçilər üçün yaxşı olsa belə iqtidarda qalmasını təmin edən bir xüsusiyyət sayılmaz. Yüksək ədalət duyğuları səbəbiylə müvəffəqiyyətli vəkillər və hakimlər ola bilərlər. Antikvar taciri, vətəndaş cəmiyyəti işçisi və bankçı olmağa da uyğundurlar. Çünki məsələ başqalarının pulu olduğunda son dərəcə etibarlıdırlar. Bəzi Tərəzilərin moda dizaynına qarşı qəribə bir marağı vardır. Aktyor, musiqiçi, tənqidçi, iç memar və əyləncə sahəsində də müvəffəqiyyətli ola bilərlər. Bəziləri böyük bir yaxşı niyyət və intizamla kömək işlərində çalışar.

Hazırladı: Elman Yunis

Mənbə: astroloq.com, kayzen.az və wap.sende.biz