• Tərəzi Bürcündə Doğulan İnsanla Münasibət

Bahalı və Zövqlü Şeyləri Sevən, Eyni Zamanda Hamı ilə Neytral Münasibət Quran Tərəzi Bürcü ilə Ünsiyyət Qurmağın Yolları.

05.02.2020     03:21

Tərəzi Bürcü: 24 Sentyabr - 23 Oktyabr Tarixində Doğulmuşdur.

Tərəzi bürcündə doğulan insanlar zəif və incə bədənləri, hiyləgər və qalın sifətləri, düz burunları, mavi, bəzən də qara-qonur gözləri, kəhrəba və ya şabalıdı saçları ilə digər bürclərdən seçilirlər. Tərəzilər yüksək intellektə malikdirlər. Onların diqqətini çəkmək üçün öz müsbət xüsusiyyətlərinizi göstərin. İncəsənətlə bağlı bütün söhbətlərdə aktiv iştirak edirlər. İstər mövzu rəsm sərgisindən, ya da filmdən düşsün, öz fikrinizi mütləq söyləyin. Görəcəksiniz ki, sizin fikriniz onların fikirləri ilə üst-üstə düşür. Tərəzi ilə yaxından tanış olmaq üçün ilk görüşünüzdə onu konsertə və ya teatr tamaşasına dəvət etsəniz yaxşı olar. Seçimdə diqqətli olun, Tərəzi klassikanı çox sevir. Ona görə də, seçdiyiniz sənət əsəri mütləq bu stildə olmalıdır. Oxuduğunuz kitablar haqqında danışın. Poeziyanı çox sevdiyindən öz aktyorluq sənətinizə, şeir demək qabiliyyətinizə inamınız varsa, əzbər bildiyiniz şeri söyləyə bilərsiz. Bu onların ürəyincə olacaq. Şeir yazıb-yazmadığını soruşun. Əgər yazıbsa, onda söyləməsini xahiş edin. Şeir ürəyinizcə olmasa da yenə tərifləyin. Kompliment söyləməyi unutmayın, amma eyniliyə yol verməyin. Əgər dünən gözəlliyini tərifləmisinizsə, bu gün onun ağlına və istedadına heyran olduğunuzu söyləyin. Tərəzi zövqlə seçilən bahalı hədiyyələri sevir. Ailə münasibətlərində Tərəzilər dava-dalaşdan, söz-söhbətdən qaçırlar. Siz də buna cəhd etməyin. Onlar başqalarından fərqli olaraq, çox vaxt güzəştə gedirlər və ailə problemlərini özləri düzüb-qoşurlar. Bunu nəzərə alın ki, Tərəzi evdə təmizliyi, sakitliyi, rahatlığı sevir. Evdə canlı gülləri saxlamağı unutmayın. Kişi Tərəzi və Qadın Tərəzi uşaqlarını çox sevir. Ailəsinə, uşaqlarına görə hər şeydən keçirlər. İşdə, kollektivdə həmişə hamı ilə mehriban dolanırlar. Tərəzilər elegansları, şarmları, zövqləri ilə tanınmışlar. Ümumiyyətlə nəzakətli, yumşaq, gözəllik və uyğunlaşma düşkünü olaraq bilinərlər. Gözəllik və uyğunlaşma düşkünlükləri həm musiqidə, həm də ictimai həyatlarında özünü göstərər. Tənqidi bir zəkaları vardır və problemlərə, onları parçalara ayırıb baxmağı bacararlar. Bu xüsusiyyətləri səbəbiylə tərəfsiz mühakimə etmə tutumuna sahibdirlər. Ancaq, bu onların düşüncələrinə meydan oxuyan, fikirlərinə qarşı çıxan hər kəsə dözəcəkləri mənasına gəlməz. Hər hansı bir məsələdə nəticəyə çatmaları uzun sürsə də, bir dəfə nəticəyə çatdılarmı onlar üçün gerçək son dərəcə dəqiqdir. Ancaq qüsurları arasında tənqidə dözümsüzlük də gözə dəyir. Bir az təsdiqlənmə aclığı çəkdikləri də doğrudur. Amma ümumi xarakteristikaları balanslı, diplomatik və cüt təbiətlidir.

Hazırladı: Elman Yunis

Mənbə: astroloq.com, kayzen.az və wap.sende.biz