• Xərçəng Bürcü Haqqında Ətraflı Məlumat

Xərçəng Bürcündə Doğulan İnsanlar 22 İyun - 22 İyul Tarixində Doğulmuş və Ən Həssas, Qayğıkeş, Ailəyə və Anasına Bağlı Bürclərdir.

01.02.2020     03:58

Xərçəng Bürcü: 22 İyun - 22 İyul Tarixində Doğulmuşdur.

Bürclər sistemində 4-cü yeri tutan Xərçəng bürcü bir qayda olaraq iyunun 22-dən, iyulun 22-nə qədər (31 gün) olan dövrü əhatə edir. Xərçəng bürcünün himayədarı Aydır. Antik dövrün münəccimləri hesab edirdilər ki, Ay insanlarda inam, ümid, xeyrxahlıq və digər emosional duyğular yaradır, gündəlik qayğılarla məşğulluğa və ev işlərinə müsbət təsir göstərir. Hələ qədim dünyanın adamları qızmar Yay fəslinə təsadüf edən Xərçəng bürcünün gəlişindən ehtiyat edir, özlərini buna hazırlayırdılar. Belə ki, onlar Günəşlə Ayın bir-birinə daha yaxın məsafədə olduğu bu ərəfəni Xeyirlə Şərin bərabər gücə malik olması və haqqı nahaqdan ayırmağın çətin olması kimi qiymətləndirirdilər. Orta əsrlərdə isə Xərçəngin hakimiyyətdə olduğu dövrü daha çox qadınlar üçün təhlükəli hesab edirdilər. İnsanlar belə qənatə gəlmişdilər ki, mistik məxluqların himayədarı olan Ay qadınları xəstələndirir, onları ailədən təcrid edir, gücdən salır, hamilə olanları öldürür. Bədirlənən Ay zamanında isə qadınların daha zəif və əsəbi olduqları bildirilirdi. Bu səbəbdən də Xərçəng bürcündə daha çox zərif məxluqları qoruyurdular. Bir qayda olaraq bu ərəfədə məzuniyyət götürülür və uzaq səfərlərə çıxırlar. Druidlərə görə, insanların ən tənbəl dövrü də məhz bu ərəfəyə düşür. Ən böyük bəla isə göstərilən müddətdə insanların bir-birinə qarşı yaranmış soyuqluğunun daha kəskin xarakter almasıdır. Hesablamalara görə, ən çox insan tələfatı da məhz adıçəkilən bürcün əhatə etdiyi günlərə təsadüf edir. Bir tərəfdən siyasi olaylar, müharibələr, terror hadisələri, digər tərəfdənsə təbii fəlakətlər insanların sayını kəskin surətdə azaldır. Yerə yapışan, kök, solğun, dəyirmi sifət, enli alın, açıq şabalıdı saçlar, böyük gözlər, iri döşlər, xırda pəncəli ayaqlar və uzun, qələməbənzər əllər… Xərçənglərin zahiri görkəmindən söz düşəndə ilk növbədə bu amil qabardılır. Bütün dövrlərin münəccimləri bu bürc altında dünyaya gələn adamların ilk növbədə dinpərəst olduğunu vurğulayıblar. Qənaətlərə görə, bürclər arasında onlar qədər Axirət dünyasına, Tanrıya inanan yoxdur. Məhz bu inamdan irəli gələrək onlar nə qədər uğursuzluq və faciələrlə rastlaşsalar da, istənilən anda özlərində təmkin tapa bilirlər. Bir qayda olaraq Xərçənglər hündürboy, yaraşıqlı və ağıllı olurlar. Onlar nə qədər eqoist görünsələr də, insanlardan daima qayğı, mərhəmət, bir sözlə, ana doğmalığı umurlar. Belə adamların taleyini xoş təsadüflərlə bəxtlərinin gətirməsi təşkil edir. Xərçənglər hədsiz dərəcədə hissiyyatlı və əyləncə həvəskarı olurlar. Kənardan baxana elə gələ bilər ki, bu bürcün sakinləri qapalı, səriştəsiz və kobuddurlar. Çünki görünən mənzərə məhz deyilənlərlə eynilik təşkil edir. Lakin dərindən bələd olduqda, onların xoş davranışlarının, mərhəmətinin şahidi olmaq da mümkündür. Xərçəng bürcü, insanların duyğularını, fərqli romantik mühitləri araşdırar və yaşayar. Su bürcü olan Xərçəng, qabaqcıl bürclər arasında ehtiraslarını və müstəqillik arzusunu ən hiyləgərcə dilə gətirəndir. Yumşaq görünüşünə baxmayaraq qabaqcıl qrupun bütün xüsusiyyətləri eyni güclə, Xərçəngdə də vardır. Tez tez dəyişən duyğulara sahib Xərçəng bürcünün çox zəngin bir iç dünyası vardır. Su qrupundan olan Əqrəb bürcündən fərqli olaraq, Xərçəng bürcü dəyişkən təbiətlidir. Yeniliklərdən xoşlanmamasına baxmayaraq lazım olduğu zaman dəyişiklikləri başladıb qəbul edə bilər. Xərçəng bürcü, başqa bürclərdən yalnız Balıq bürcündə olan dərin bir şəfqət və mərhəmət duyğusuna malikdir. Dərin iç dünyası üzündən, eniş çıxışlardan bir çox insandan daha çox təsirlənir. Sevinci də, ağrını da daha çox hiss edər, normal bir insandan daha çox əzab çəkə bilər. Zodiakın dördüncü bürcü, xəyalları, dumanlıqları, suları idarə edən Ayın təsiri altındakı Xərçənglərdir. Ayın dəyişik görünüşləri kimi ruh halları da dəyişən Xərçənglər su qrupuna aiddirlər və qabaqcıl xüsusiyyət daşıyarlar. Med-cezirleri, suları idarə edən planetləri Ayın təbiətinə bənzəyən bir xarakteristikaları vardır. Buna görə həm şəffaf həm də Ayın görünməyən zamanlarında olduğu kimi zaman-zaman qaranlıq və sirrlidirlər. Xərçənglər ziddiyyətli bir quruluşdadır. Gülməyi sevir, yumor hissi güclüdür, mehriban, rəğbətli, yarımsevər bir yoldaşdır. Onları az tanıyan biri bəzən melankolik ruh halında əziyyət çəkdiyin düşünə bilər. Həyata və yaşamağa çox bağlı eyni zamanda ölməyə üzülən biridir. Xərçəng bəşəriyyətin doğulmasının əlaməti hesab olunur və həyat və ölüm sirlərini birləşdirir. Astrologiyanı başa düşən birisi, problemlərinizi həll etmək üçün gündən-günə cəmiyyətdən təcrid oluna biləcəyinizi görür. Xərçənglər demək olar ki, bütün bürclər içində ən sirli xarakterə sahibdir. Heç bir bürcün bu qədər təzadları yoxdur: Sevinc və ağrı, yaxşı və pis, məlahətli və cazibədar kimi əks xarakterlər heç bir bürcdə yoxdur. Ona söylənilən bir fikri sorğulamadan qəbul edir, qısa zaman sonra bu fikrin öz fikrimi, başqasının fikridirmi fərq edə bilməz. Az etiraz etməyə çalışır və tərəf olmamaq üçün özünü hər kəsdən uzaqlaşdırır. Xərçəng ümumiyyətlə hər şeyi bəsləmək, böyütmək və qorumaq istəyən ən insani bürcdür. Bundan əlavə, ən böyük xüsusiyyəti onun özü ilə ruhən barışmasıdır. Bu xüsusiyyətin itirməmək üçün hər şeyin ortaya qoyar. Bir problemə ancaq özünü təhlükədə hiss edəndə və müstəqilliyinin azaldığın gördükdə baş qoşar. Ancaq reaksiya vermə müddəti zəifdir, problemlərlə qarşılaşdıqda öncə geri çəkilər, planlar qurar, olacaq hadisələri düşünər və sonra hərəkətə keçər. Gözlənilməz bir vəziyyətədən uzaq olmaq üçün diqqətini ona yönəldər. Verdiyi sözlər onun ruh halı ilə bağlıdır. Biraz xəsis olsa da, dəyər verdiyi insanlar və ailəsi üçün hər şeyini fəda edəcək dərəcədə istəklidir. Digər insanların problemləri onları üzər, amma müdaxilə etməzdən əvvəl başqa birindən kömək gəlib-gəlmədiyin bilmək istər. Əgər başqa birisi bu problemə yardım etməzsə, o zaman Xərçəng hərəkətə keçər və yardım edər. Həmişə passiv olan və hər şeyin sonunu gözləyən Xərçənglər iş dünyasında da aktiv deyillər. Qəpik-quruşu da yaşamaq üçün yetərli biləcək biridir. Xərçənglər hərşeyə gec reaksiya verir, özlərin arxa planda saxlayır. Verəcəyi qərarlar öncədən bilinməz. Bütün Xərçənglər şəxsi həyatlarında olduğu kimi, peşə həyatlarında da çox narahatdırlar. Əqrəblər kimi soyuqqanlı olmağı öyrənməlidirlər. Xərçəngin dəyişkən ruh halı saatın hər dəqiqəsində dəyişə bilər. Özlərinə sərf edən qaydalardan və ya başqalarının fikirlərindən faydalanmağı sevir.  Bundan əlavə, onlar emosionaldır və duyğularının onları  idarə etməsinə izin verirlər. Başla düşünmək yerinə, ürəklərinin səsini dinləyərlər. Məsələn: Xərçəng ilk tanıdığı insanı müsbət xarakter kimi gördüsə, sonra onun keçmişini və kimliyini araşdırmayacaq dərəcədə düşüncəsiz biridir. Yəni, başları ilə düşünmür. Duyğuları çox həssasdır. Yanlış sözlə dərin sarsılır və özlərinə qapanırlar. Haqlı tənqidləri belə çox gec qəbul edərlər. Gələcəyə yox, keçmişə bağlı insanlardır. İrəli atılmaq yerinə, öz yuvalarına çəkilirlər. Xərçəng qadını və kişisi evinə bağlı insanlardır. Ailələrini hər şeydən çox sevər və bunun üçün özlərini qurban verərlər. Xərçənglər yaxşı yumoru ilə ətrafda tez fəq edilir. Yaxşı natiqliyi ilə dincləyiciləri ətrafına toplayarlar. Adətən diqqət mərkəzində olmağı sevir və diqqət edilməməsinə baxmayaraq, hörmət edilməsini istəyər. Xərçənglər əsasən mehriban, duyğusal, utancaq, ürkək, içə dönük, həssas, incə, anlayışlı, qoruyucu, keçmişi unutmayan, güvənsiz, müdafiəsiz, dəyişkən ruh halı olan bir bürcdür. Həyatlarındakı hər bir qərarda duyğusallıq edirlər. Duyğularına qapılma hisləri çoxdur. Xərçənglər duyğusal tiplərdir və ətrafdakı insanlardan da eyni şeyi gözlədikəri üçün çox vaxt problem yaşayırlar. Xərçəng öz ailəsinə və yaxın dostlarına çox qayğıkeşliklə yanaşır. O, kiminlə dostlaşırsa, demək olar uzun müddət, bəlkə də həmişəlik bu münasibati saxlayır. Xərçənglər öz doğmalarının uğurlarına sevinirlər məğlubiyyətlərinə çox kədərlənirlər. Xərçəng ailəsinə və dostlarına ziyan vuran şəxslərə qarşı çox təcavüzkar olar. Öz doğmasını və dostunu müdafiə edəndə utancaqlığını və qaraqabaqlığını bir tərəfə atar. Hücumu ən yaxşı müdafiə hesab edən Qoçlardan fərqli olaraq Xərçənglər özünümüdafiəyə üstünlük verirlər. Xərçənglər ətrafdakı insanların onlar barədə nə düşündüklərinə və demələrinə çox əhəmiyyət verirlər. Xərçəng inadcıl, vicdanlı və incə işilə uğur qazana bilir. İlk addımı atmaqla gələcək müvəffəqiyyətin bünövrəsini qoyur. Çox şeyi müstəqil şəkildə özü yerinə yetirir. Xərçəng  bütün bürclərin arasında ən gizlin xəzinədir. Sevdiklərini və dostlarını çox sevməsinə baxmayaraq, bunu çox bəllli etməzlər. Onları incidən adamları gec bağışlayır və əsla unutmurlar. Musiqi  və dini mövzular ilə maraqlanırlar. Mübahisə və dava-dalaşdan heç xoşları gəlmir. Duyğularını gizli saxlayarlar. Xərçəng, utancaq, ürkək, içə dönük ola bildiyi kimi parlaq və göz qamaşdırıcı da ola bilər. Qısaca bir Xərçəngdə insanlığın bütün halları vardır.

Hazırladı: Elman Yunis

Mənbə: astroloq.com, kayzen.az və wap.sende.biz