• Xərçəng Bürcündə Doğulan İnsanla Münasibət

Utancaq, Duyğusal, Ailəyə və Anasına Çox Bağlı Xərçəng Bürcünün Xasiyyətin Bilərək Onlarla Yaxşı Münasibət Qura Bilərsiniz.

05.02.2020     02:21

Xərçəng Bürcü: 22 İyun - 22 İyul Tarixində Doğulmuşdur.

Xərçənglərin xəyal gücləri sərhədsizdir. Bu geniş təxəyyül sayəsində yüksək bir empatiya qabiliyyəti inkişaf etdirmişlər. Başqalarının hiss etdiklərini asanca anlaya bilərlər, özlərini onların yerinə qoya bilərlər. Fantaziyaya uzanan bir iç dünyaları vardır. Bəzən həyatlarını romantik ideallarına görə şəkilləndirməyə çalışarlar. Sənətə və ədəbiyyata düşkündürlər, xüsusilə də teatrı çox sevərlər. Teatrdakı axış və hərəkət, oyunun eniş və çıxışları onlara Ayın təsir etdiyi qabarma-çəkilmələri xatırladar və həqiqi həyəcan duymalarına gətirib çıxarar. Onsuz da ədəbi, sənətkar qabiliyyətləri müdhişdir. Kəskin eşitmə duyğuları və mimika qabiliyyətləri onları səhnədə böyük müvəffəqiyyətə yönəldə bilər, müvəffəqiyyətli aktyorlar ola bilərlər. Xərçənglə ilk söhbətə başlamaq üçün, öncə ona məsləhət almaq məqsədilə müraciət edin. Xərçəng ürəklə, canbaşla cavab verəcək. Amma nəbadə söhbətə "mən sizi haradasa görmüşəm" - ilə başlayasız. Çünki onlar keçmişlərində yaşadıqları üçün çox gözəl yaddaşları var. Həmsöhbətiniz qadın Xərçəngdirsə uşaqlar haqqında danışın, onlar uşaqları çox sevirlər. Əgər kişi Xərçəngdirsə, onda siyasət, incəsənət və ümumi tanışlardan söhbət açın. Xərçənglərlə səmimi söhbət zamanı onun şəxsi problemləri haqqında danışmayın. Çünki sirr saxlamaqda usta deyillər. Hətta bir anlıq onlar sizə bütün problemləri, sirləri haqqında danışa bilər. Çox keçmədən, yeni tanışla bu qədər səmimi danışdığı üçün peşman olacaq. Onun münasibəti dəyişə, o hətta sizdən yan gəzə də bilər. Etibarını qazanmalısız. Bu söhbəti çoxdan unutduğunuzu ona göstərib, onu inandırın. Zaten özü də çox tez unudacaq. Rəsmi yaddaşları yaxşı olsa da, zehni yaddaşları yaxşı deyil. Yaxşı olsaydı, hərşeyi açıb Sizə deməzdi. İlk görüşü teatra və ya konsertə təyin edin. Xərçənglər romantik musiqiyə çox həssasdırlar. Əgər Xərçənglərə hədiyyə almaq istəsəniz, onda evdə istifadəyə lazım gələn əşyaları seçsəniz yaxşı olar. Çərçivəli şəkillər, mətbəx ləvazimatları və s. onların xoşlarına gəlir. Xərçənglər kolleksiya toplamağı xoşlayır. Hansı əşyaların çatışmadığın bilib, məhz ondan alsanız, Xərçəngin ürəyincə olar, ona dünyanı bağışlamış olarsınız. Marka, kibrit qabı onlar üçün qızıl qədər qiymətlidir. Gümüş-zinət əşyalarını sevirlər. Mücrü də alıb hədiyyə etsəniz, siz onların ürəyini valeh etmiş olarsınız. Kişi Xərçənglər analarına qarşı çox mehriban olduğundan, siz də onlara xüsusi diqqət və ehtiram göstərin. Xərçənglərlə münasibətdə bunu da unutmayın ki, onlar çox həssasdır, insanların onlara laqeydliyini və diqqətsizliyini sevmirlər. Sanki hamı onlar ilə mehriban olmaq məcburiyyətindədir kimi bir fikir başlarında var. Çox duyğusal bürcdür. Məntiqi şeylərdən çox, duyğusal şeylər ilə onun diqqətini çəkə bilərsiniz. Bu xasiyyətləri birazda qadınların xasiyyətlərinə bənzərdir desək yerinə düşər.

Hazırladı: Elman Yunis

Mənbə: kayzen.az və wap.sende.biz